Monthly Archives Yanvar 2017

Əziz oxucu, ölkəmizdə satış təlimləri, satışı öyrənmək deyildiyi zaman ilk yada düşən şirkət heç şübhəsiz ki, SAT Gruop şirkətidir. Bu şirkət bəlkədə yeganə təlim şirkətidir ki, sırf olaraq satışı necə artırmaq olar suallına cavab axtarır. Butün biznes fəaliyyətlərini dostlar məhz bu istiqamətə yönəldiblər… AMMA bugün mən Sizə SAT Gruop haqda deyil, sözü gedən şirkətin təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək birinci satış forumu barədə olacaq. Fevral ayının 11-də hər birinizi SAT Foruma dəvət edirəm. 

Həftənin ən stresli iş günündə stresdən yazmaq çox maraqlı görünür. Əminəm ki, çoxlarımız üçün həftənin birinci günü ən stresli və yorğun günlərdən olur. Məndədə bu belədir. Hətta nə gizlədim, bəzən iş günlərinin stresi o qədər çox olur ki, istirahət günlərinidə, işlə məşğul olmuş oluram. Bu çox pisdir. İstəyirəm, bu barədə Sizinlə dərtləşəm. Öz aramızda söhbət edək, elə bu bloqdada qalsın, yaxşı?

Yaxın dostların bildiyi kimi mən biznesdə bençmarkinqin əhəmiyyətinə çox inanıram. Bəlkə buna görə hesab edirəm ki, çalışdığımız sahə ilə bir-başa və dolayı yolla əlaqəli olan hər şey barədə məlumatlı olmaq, yenilikləri izləmək son dərəcə vacibdir. Hər il, yanvar ayında dünyanın ən böyük mebel sərgilərindən olan KolnMesse iştirak edirəm və əminliklə deyirəm bu sərgilər ən azı 6-7 ay üçün lazım olan butün motivasiya “doza”sını təmin edir. Amma bu yazı çərçivəsində biz Sizinlə biznes motivasiya deyil, pərakəndə ticarət barədə danışmaq istəyirik. Daha düzgün desək, pərakəndə ticarətdə diqqət yetiriləsi məqamlardan biri barədə.

Bugünlərdə hələ keçən ildən verilən hədiyyələri incələyirdim… və önümə Fəxri Ağayevin, “Fəxri Yol” kitabı çıxdı. Necə olmuşdusa, bu kitab mənə yalnız bugün çatmışdı və heç vaxt itirmədən kitabı vərəqləməyə, ilk səhfələrini oxumağa başladım – MÜKƏMMƏL. Bilirsiz niyə? Çünki Fəxri bu kitabı yaşaya-yaşaya yazıb. Bu kitabı yazmağa və tərifə layiqdir. Layiqli adamdır. Fəxrini tərifləmək olar. Bu yazıda Fəxridən ilhamlanaraq tərifə layiq bildiyim insanlar haqda yazmaq istəyirəm. Maraqlı olsa oxuyarsız, yaxşı?

Əziz oxucu, hər gün mütləq və mütləq kitab oxumaq lazımdır. Oxuduğumuz kitablar, bizi daha sistemli düşünməyimizlə yanaşı, daha çox işləməyə motivasiya verir. Sizdən nə gizlədim, biznesdən yorulanda, özümü pis hiss edəndə… 3 şey edirəm. Bilirsiz bunlar nələrdir?

Əziz oxucu, biz daim qeyd etmişik ki, biznes adamı mütləq elastik olmalıdır. Başqa sözlə desək, biznesdə hansısa bir fikri bir-başa, sərt və ya güzəştsiz həyata keçirmək uzunmüddətli dövrdə ziyanlıdır. Biznes adamı vəziyyətə, şəraitə görə hərəkət etməlidir. Sizcə həqiqətənmi bu belədir? Son vaxtlar başıma gələn bir neçə hadisə barədə Sizlərə danışmaq istəyirəm. Sonda fikirlərimi Sizə deyəcəm…

Bugün Marketinq Azərbaycan Qrupunun təşkilatı ilə, ölkənin aparıcı marketoloqlarının yeni il şənliyi oldu. 2017-ci ilin daha müsbət olması üçün, əlbəttə marketoloqların birlikdə olması çox vacibdir. Hər il olduğu kimi, bu ildə biz marketoloqları bir araya yığa bildik. Tədbir zamanı bir məsələ diqqətimi çəkdi – tədbiri tam olaraq AİRçilər aparırdı. Tədbirdən ilhamlanaraq silsilə olaraq düşündüyümüz ikinci yazını Sizlərə təqdim etmək istəyirəm… onları tanımalısınız – AİRçi məzunlar…

Daha əvvəl hansısa kitabda oxumuşdum ki, biznesdə verilən gərarların düzgün olması üçün mütləq və mütləq alternativ olmalıdır. Başqa sözlə desək, əgər Sizin verdiyiniz gərar – yeganə gərar, yol kimi görünürsə bunun səhv olma ehtimalı çoxdur. Hansısa bir mövzuda gərar verməyimiz üçün mütləq bizim bir neçə seçim imkanımız olmalıdır. Dekabr ayında başıma gələn bir neşə hadisə bu fikirin doğru olduğundan əmin oldum. İstəyirəm fikirlərimi Sizinlə bölüşüm…

Bugünlərdə KİV-də bəzi şahmatçılarımızın diqqətsizlikdən gileyləndiyini oxudum. Ölkənin bir sıra aparıcı şahmatçıları onlara qarşı Şahmat Federasiyası tərəfindən ədalətsizlik edildiyi barədə məlumatlar verirdilər. Bir vaxtlar şahmatla aktiv məşğul olan biri kimi, məsələ məni çox məyus etdi… AMMA, məni əsas məyus edən bu problemlemin məhz şahmatçıların başına gəldi deyil, ölkəmiz üçün bir növ xroniki hal aldığı idi. Bəli – bəli, bugün ölkəmizdə idmanın bir çox sahələri “köpük” kimi şişirilir. Əslində isə ölkəmizdə idmanın vəziyyəti heçdə ürək açan deyil. Özünüz diqqət edin…

Close