Azərbaycanda idmanın vəziyyəti barədə

Bugünlərdə KİV-də bəzi şahmatçılarımızın diqqətsizlikdən gileyləndiyini oxudum. Ölkənin bir sıra aparıcı şahmatçıları onlara qarşı Şahmat Federasiyası tərəfindən ədalətsizlik edildiyi barədə məlumatlar verirdilər. Bir vaxtlar şahmatla aktiv məşğul olan biri kimi, məsələ məni çox məyus etdi… AMMA, məni əsas məyus edən bu problemlemin məhz şahmatçıların başına gəldi deyil, ölkəmiz üçün bir növ xroniki hal aldığı idi. Bəli – bəli, bugün ölkəmizdə idmanın bir çox sahələri “köpük” kimi şişirilir. Əslində isə ölkəmizdə idmanın vəziyyəti heçdə ürək açan deyil. Özünüz diqqət edin…

…ölkəmizdə idmana qoyulan investisiya, məmurların bizneslərinə çox bənzəyir. Necə ki, məmurlar biznesi pul qazanmaq üçün deyil, gözdən pərdə asmaq üçün edi(r)b, eləcədə idmanın, idman federasiyalarımızın etdikləri gözdən pərdə asmaq üçündür.

Azərbaycanda bir çox mötəbər şahmat yarışları təşkil edilmişdir. Əlbəttə bu superdir. Təsəvvür edin, görün necə günlərin muasiri olmuşuq, ölkəmiz dünya şahmat olimpiyadası (!) , dünya kubokunun seçmə yarışları, gənclər arasında Avropa çempionatı və s. beynalxalq yarışlar keçirilir. Bu yarışlara 10 milyonlarla dollar pul qoyulur. Nə üçün? Təbii ki, ölkəmizdə şahmata olan marağın və insanlarımızın şahmat kimi intelektual oyuna marağının artması üçün. Düzdür?

Digər tərəfdən, bu yarışlarda rekord nəticələr əldə etmiş, barmaqla sayılacaq şahmatçılara vəd edilən, mükafatlar verilmir. Təsəvvür edirsiniz? Məsələn, deyilir ki, Siz filan yarışda filan şeyi etsəniz, filan qədər pul veriləcək. Hər şey olur, amma ödəniş olmur. Şahmatçı xanıma, ev vəd edilir, xanım kirayədə qalır. Şahmatçı nəticələr əldə edir, amma ev verilmir. Sizcə bu biyabırçılıq deyil? Özdə bunu SOCAR söz vermiş olur. O Socar ki…

… o Socar ki, futbol üzrə Avropa Çempionatına sponsorluq edirdi. Yadınıza düşür? Make Your Debut sloqanı ilə. Nə demək istəyirdi görəsən Socar? Vallah, mən tarixi nadiri oxumamışam, amma ölkəmizdə ən gənc iqtisad elmləri namizədi olaraq başa düşmədim. Söhbət heç mənim başa düşməyimdədə deyil, söhbət ondadır ki, adında “Azərbaycan” və “Dövlət” kimi strateji sözlər olan şirkət bu fəaliyyət haqqında ölkə ictimaiyyətinə məlumat vermədi!) Vermədi…

… vərmədiyini görədə, indi şahmatçılarında pulunu vermir! Vermirəm! Vəssəlam. Socar Dünya şahmat federasiyasının sponsorlar listəsində ən “hörmətli” yerlərdə olmasına baxmayaraq, öz ölkəsində 3-4 şahmatçının 50-60 min manatlıq (!) evini almır. Bu ölkədə şahmat necə inkişaf edəcək?

İstəyirsiz futbolumuzdan danışaq. Bilirsiz, dünyada resurslar məhdud, insanların ehtiyyacları isə, sərhədsiz olur. Olmalıdır. Məhz buna görədə dünyada ekonimiks deyilən bir elm var (Azərbaycanda bu elm ağlayır) . Bu elm vasitəsi ilə dünya idarə edilir. Eləcədə futbolda dünyanın bir elementidir. Bizim klublara diqqət edin. Bizim yığmaya diqqət edin.

Futbola qoyulan pullar, ölkəmizdə stadionlara qoyulan pullara hesabalasaq və bu pula nə qədər uşaq futbol məktəbi tikib, mükəmməl futbolçular yetiddirmək mümkün olduğunu düşünün. AMMA yooox, düşünə bilməzsiz! Bilirsiz niyə? Bu bizə maraqlı deyil. Biz istəyirik ki, tez olsun, böyük olsun. Onun üçün yeganə yol, “köpük” yoludur. Biz futbolumuzuda köpüklə idarəedirik. Biz hər şeyi olduğundan böyük göstərməyi sevirik. Biz qəbul edə bilmərik ki, 8-10 yaşında uşaqları götürək, onları yetişdirək və onlarla qalib olaq.

Biz onun yerinə 30+ yaşlarında xarici futbolçular gətirmək, onlara çoooxlu pul vermək istəyirik. Onlar tez-bazar yola verib bizi getsinlər, o balaca yaşlı uşaqlar isə, bizə lazım deyil. Biz axı köpük istəyirik, idmanımızı inkişaf etdirməm yox. Təkrar edirəm, məmur bizneslərimiz kimi, idmana yanaşmamızda elədir.

Bir vaxtlar necə böyük ümidlərlə, sevinclə bölgələrdə tikilən Olimpiya mərkəzlərinə heç getmisiz? İnanırsız bəzi rayonlarda icra hakimləri, məmurluqlarından istifadə edib, ora adamları, bölgədə yaşayan gəncləri qoymurlar. Qorxurlar ki, korlayarlar. Amma onlar başa düşmür ki, bu mükəmməl tikilmiş Olimpiya mərkəzləri istifadə edilmədiyi zaman korlanır. Yalnız mərkəz korlanmır, gəncliyimizdə korlanır!

İdmanda biznes yanaşması olmalıdır. Rusiyanın ən varlı adamlarından olan Serqey Qaliskiy (25% erməni olsada, bu adamdan öyrənməli çox şey var) doğulduğu şəhərin futbol komandasının prezidentidir. Rusiyanın ən innovativ futbol meydançasını tikən milyonçu Kuban şəhərində futbol akademiyasıda yaradıb. Krasnodar futbol komandası Qaliskiylə artıq yüksək liqada oynayır. Amma bizdən fərqli olaraq, köpük yoxdur. Butün futbolçular akademiyada yetişdirilir.

Əziz oxucu, 2017-ci ilin ilk postunu belə neqativ tonda yazmaq istəməzdim, amma ürək ağrısı ilə demək istəyirəm ki, bizi bu “köpük” sevgisi yıxa bilər. Olduğumuz kimi görünməliyik. Hər şeydə. İdmanda, biznesdə, həyatda və s.

Yaxşı olmasada, biz birlikdə edəcəyik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: