image_pdfimage_print

Əziz oxucu, biz daim qeyd etmişik ki, biznes adamı mütləq elastik olmalıdır. Başqa sözlə desək, biznesdə hansısa bir fikri bir-başa, sərt və ya güzəştsiz həyata keçirmək uzunmüddətli dövrdə ziyanlıdır. Biznes adamı vəziyyətə, şəraitə görə hərəkət etməlidir. Sizcə həqiqətənmi bu belədir? Son vaxtlar başıma gələn bir neçə hadisə barədə Sizlərə danışmaq istəyirəm. Sonda fikirlərimi Sizə deyəcəm…

Sizdə bilirsiz ki, biz bloqda yalnız gündəlik həyatda başımıza gələnləri, doğru bildiklərimizi danışırıq. Biz öyrətmirik. Bizim bloq nəyisə, kiməsə öyrətmək hədəfini qoymayıb, qoymayacaqda. Biz sadəcə öz təcrübəmizi Sizinlə bölüşürük. AİRçilər demiş, biz sadəcə paylaşırıq. Neysə, keçək əsas məsələyə…

…deməli bizim Bakı – Goran yolunda mebel mağazamız var. Keçən ilin dekabr ayında həmin yerin yiyəsi olan şəxs (burdanda ona salam deyirəm, necə deyərlər şəxsi heçnə yoxdur, sadəcə biznes!) bizim həmin reqionda çalışan menecerə deyib ki, icarə haqlarını qaldırmaq istəyirik. Başqa sözlə desək, bizim mağazanın arendası gələn ildən, yanvardan, 30% qalxır (!). Təbii ki, menecer mənə zəng etdi, məndə bu zəngə çoxda fikir vermədim… dedim həgin ki, qabaqdan gəlmişlik etmək istəyirlər… necə deyərlər özləri elə deyirlər ki, biz “Allaha şükr” edib köhnə qiymətlərimizi saxlayaq.

Yanvar ayının birindən, icarədər yeni qiymətlər olduğunu menecerə dedikdə, məndə reqionda idim. Reqionda çalışan menecerimizlə, yer yiyəsinin yanına getdik. Onlara həqiqətəndə ölkədə icarə qiymətlərinin düşdüyünü, bizim həqiqətən çox çətinliklərlə çalışdığımızı dedim… yer yiyəsi isə, bizim çox yaxşı işlədiyimizi və icarə haqqını rahat verə biləcəyimizi deyirdi…

Nə gizlədim, çox məyus oldum. Bir daha məsələni təmkinli şəkildə izah etdim və dedim ki, bu artım bizim üçün yol verilməzdir, biz xərcləri aşağı salmağı düşünürük, Siz isə, arenda qaldırırsız, bu səhvdir. İcarə haqlarını qaldırmaq səhv olduğunu axırıncı dəfə dedim… icarədər isə dedi ki, məndə alınmaz.

Görüşdən çıxıb menecerdən yeni yer tapmağa xahiş etdim. Elə bir günün içində həmin ərazidə yeni yer tapıldı. Tapılan kimidə köçmək gərarı verdik. Kökmək gərarını eşidən kimi, köhnə icarədar… qiymətini köhnə səviyyəyə saldı (!) Bax bu andan diqqətli olun…

Biz bu mağazanın açılışına, təmirini ciddi pul qoymuşduq (mənim üçün ciddi), əziyyət çəkmişdik. Müştərilər bu yeri tanıyırdılar və s. AMMA və LAKİN, mən hec cürə elastik olub, yer yiyəsinə: “Yaxşı qiyməti salırsansa, çıxmıram” sözünü demədim. Əksini dedim ki, biz çıxma gərarını vermişik və heç bir şəkildə burdan qalmarıq.

Necə düşünürsüz? Bu düzgün gərardımı? Həqiqətənmi biz burda prinsipial olmalı edik? Bilmirəm. Amma bilirəm ki, bu addımımızla yer yiyəsinə möhkəm dərs vermiş olduq. Nə olsun? Biznes məgər dərs verməkdir?

İkinci bir prinsipial gərar məndə, hər zaman işçilərlə olur. Əgər bizdə işləyən hansısa bir işçi, işdən çıxırsa, biz onu heç vaxt ikinci dəfə işə almırıq. Defələrlə olub ki, yaxşı işçilərimiz işdən çıxıb, ikinci dəfə işə qayıtmaq istəyib. Mən geri götürməmişəm. Prinsipimiz var. Əgər işçi bir dəfə gedibsə, o bilməlidir ki, ikinci dəfə bura gələ bilməz. Niyə biz prinsip etməliyik? Bu doğrudurmu? Bilmirəm.

Üçüncü məsələ… bizim Yevlaxda françayzisi olduğumuz mağazalardan biri, sərt şəkildə standartlara cavab vermədiyimizi dedi. Daha doğrusu şirkət dedi ki, biz mağaza içərisində digər malları satırıq və bunu etmək olmaz. Biz cavab verdik ki, Siz düz deyirsiz… amma vəziyyət pisdir, böhrandır. Biz mütləq digər mallarıda satmalıyıq, çünki… və s. çünkilər.

Şirkət menecerimizə dedi ki, YOX! Olmaz! Ya mağazanı bağlayırsız, ya da bizim şərtləri edirsiz. Meneceri məni yığdı. Məndə yenədə lazımsız inadkarlıq xəstəliyimə tutuldum… və dedim ki, mağazada olan tabellanı salın aşağa. Biz özümüz oranı, öz bildiyimiz kimi işlədəcəyik. Həmin şirkət getsin, özünü yeni diler axtarsın. Konkret addım atdıq və… və üstündən cəmi 2 saat keçdikdən sonra, şirkət bizim şərtlərimizlə razılaşdı. Eyni formada onlarla işləməyə davam etdik.

Bu doğrudurmu? Şirkət geriyə çəkilməsəydi… biz 6-7 il işlədiyimiz dilerliyi əldə verəcəkdik… düz etdik?! Bilmirəm.

Amma bir şeyi 100% bilirəm ki, bəzən mütləq prinsipial olmaq lazımdır. Düşünürəm ki, biznesdə yalnız müştəri prinsipila yanaşmanı sevmir. Orda yalnız bir inadkarlıq olmalıdır – Müştərini hamı məmnun etməlidir. Hamı müştəri məmnuniyyəti üçün inadla çalışmalıdır. Başqa yerlərdə səhv hərəkət bağışlanmaz. Hətta məncə ən böyük səhv prinsiplərindən kənarlaşmadır. Məncə!

Əziz oxucu, dostum! Sizdə düşünün, fikirlərinizi mənə bir-başa yaza bilərsiniz və ya sosila şəbəkələrdə, blogda kommnetləri qoyun. Müzakirə edək. İnanırsız, son günlər bu haqda ciddi düşünürəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close