daha çox kitab oxuyun!

Əziz oxucu, hər gün mütləq və mütləq kitab oxumaq lazımdır. Oxuduğumuz kitablar, bizi daha sistemli düşünməyimizlə yanaşı, daha çox işləməyə motivasiya verir. Sizdən nə gizlədim, biznesdən yorulanda, özümü pis hiss edəndə… 3 şey edirəm. Bilirsiz bunlar nələrdir?

Bunların nələr olduğu barədə danışmazdan əvvəl deməliyəm ki, biznesdə yorulmadan, həvəsdən düşmədən işləmək ən öndə gələn biznes üstünlüyüdür, məncə. Biznes uzaqdan göründüyü qədər parlaq olmur və əgər biz elə ilk uğursuzluqdan “əlimizi aşağı” salsaq, biznesimiz tezliklə məhv olacaq. Səbəb çox sadədir – biznes dalğavari olur, ziqzaqlarla doludur və aşağı düşdüyümüz zaman, həvəsdən düşsək bir daha ayağa qalxa bilməyəcəyik.

Daha əvvəl bu haqda yazmışdım ki, kitab oxumaq əla motivasiya qaynağıdır. Bu yazıda fərqli rakursdan eyni məsələ, Sizin diqqətinizi cəlb etmək istəyirəm.

Daim tonusda qalmaq üçün bir-biri ilə əslində heç bir əlaqəsi olmayan, lakin nəticə etibarı ilə eyni hədəfə yönəlmiş 3 əsas fəaliyyət var. Ən azından, məndə belədir. Necə deyərlər “Aşıq gördüyünü çalar…” Biz bu bloqda dediyimiz 3 fəaliyyətin biri barədə danışaceyik. Bu fəaliyyət kitab oxumaqdır.

Sizə maraqlı bir hadisə danışım… bugünlərdə German Studioda olduğum zaman bir müştəri (ailə) gəlmişdi. Elə alındı ki, söhbət edəsi oldum və ailə başçısı hardansa mənim telefonumda Whats Up şəkli olaraq istifadə etdiyim “360 dərəcədə brendinq” kitabının üz qabığını görüb çox təəcübləndi. Kitabı həqiqətəndə özümün yazmış olduğumu soruşdu. Məndə özümün yazdığımı “boynuma” aldım. Çox xoş oldu. Ümumiyyətlə son vaxtlar qıraqdan olan adamların mənim kitabım haqda fikir bildirməsi mənə çox böyük həzz verir. Sevinirəm ki, oxunaqlı kitabın müəllifi ola bilmişəm. Sağ əlim Sizində başınıza!) Neysə… keçək əsas mövzuya.

Sizdən nə gizlədim, mən gün ərzində yarım saat kitab oxuduqdan sonra, daha çox işləmək istəyirəm. Burda çox xırda, amma diqqət edilməsi vacib olan məsələ var. Oxuduğunuz kitabları düzgün seçmək lazımdır. Hesab edirəm ki, oxuduğumuz kitab bizim bir-başa iş fəaliyyətimizlə əlaqəli olmalıdır. Məsələn, mən çalışıram kitab oxuduğum zaman aşağıda sadalayacağım amillərə istiqamətlərə diqqət edim:

  1. Biznes adamlarının real həyat təcrübəsi. Hesab edirəm ki, belə kitablarda “reklam” piyini ayırıb, real hadisələri başa düşmək olur. Əlbəttə, hamımız bilirik ki, belə kitablarda çoxlu “şişirdilmıələr”, “yaxşı göstərmək” və s. kimi məsələlər olur… amma ömründə təlim verməkdən başqa bir iş görməyən adamların kitablarını oxumaqdan yaxşıdır, faydalıdır.
  2. Hərbi kitablar. Bu janr mənim üçün çox maraqlıdır. Həmdə burda oxuduqlarımızı bir-başa həyatda tətbig etmək olar. Bizneslə məşğul olanlar üçün isə, sadəcə bir konspektdir. Demək olar ki, oxu və tətbig et. Tətbig et demişkən… son vaxtlar hiss etmişəm ki, hərbi sistemdə xidmət etmiş adamların menecerlik qabiliyyəti daha yüksək olur.
  3. Niş mövzular barədə kitablar. Burada söhbət konkret suallara cavab vermək üçün yazılmış kitablardan gedir. Məsələn, private label necə düzəltmək olar, mebel sektorunda merçandayzing nədir və s. Yəni konkret olaraq xüsusi kəsimlər üçün maraqlı ola biləcək kitablar. Çox faydalı olur.

Sizdən nə gizlədim… son vaxtlar marketinq, strateji brendinq və s. tipli kitablar oxumuram. Nesə yapışmır mənə, elə gəlir ki, bu kitablar real biznesdən yazmır, hətta elə gəlir ki, hansısa şirkətlərlin uğurunu bilməklə biznesdə nesə əldə etmək olmur. Keçən dəfələrdə dediyimiz kimi, MBA tipində kitablar əslində real biznesdə heçnə vermir. Biznes daha fərqli və realdır. Burda biznes, marketinq haqqında olan kitabları oxumaqla uğur qazanmaq çətin görünür. Məncə!

Əziz oxucu, kitab oxumaq insanı sözün tam mənasında motivasiyalı edir. Bunu sınayın və əmin edirəm ki, effekt görəcəksiniz.

P.S. Amma arada bizim bloqlarıda oxuyun. Mən olsaydım… öz bloqumu oxuyardım, çünki mən burda yalnız real həyatdan yazıram. İnanın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: