image_pdfimage_print

Bugünlərdə dünyanın ən böyük mebel sərgilərindən olan Köln Messe çərçivəsində Living Kitchen sərgisində iştirak edirdik. Sərgi özündə mətbəx mebeli istiqamətində olan trendləri birləşdirir və mətbəx mebeli ilə məşğul olan şirkətlər üçün ən vacib görüş yeridir. Bu sərgi iki ildə bir keçirilir – yalnız axırı təklə bitən illərdə (…2011 – 2013 – 2015 – 2017…) və özündə mətbəx otağı ilə əlaqəsi olan butün biznes icmasını birləşdirir. Əlbəttə, artıq 7 ildən çoxdur, Azərbaycanda sırf mətbəx mebeli istiqamətində ixtisaslış şirkət olaraq – German Studio mütləq bu sərgidə olmalı idi. Bu yazıda istəyirəm Sizlərə mətbəx otaqlarında gördüyüm yeni trendlər barədə məlumat verim.

Əziz oxucu, Sevmədiyin işdə böyük nəticələr əldə etmək mümkün deyil. Əgər biz gördüyümüz işdən, həzz – kayf ala bilmiriksə, inanın bu sadəcə özümüzə zülm verməkdir. Vacib deyil, bu şəxsi biznesdir və ya kiminsə şirkətində çalışmaq, görülən işdən həzz almaq vacibdir. Sizdən nə gizlədim… mən istər German Studio, istərsədə bölgələrdə olan mağazalarımızdan sözün tam mənasında həzz alıram. Amma zaman-zaman hamıdan olduğu kimi, nedənsə yorulmaq – həvəsdən düşmək kimi problemlərimiz olur. Sərgidə iştirak mənim üçün dopinq rolundadır.

Hər dəfə, istər mebel sərgilərindən, istərsədə əməkdaşlıq etdiyimiz şirkətlərin təşkil etdiyi ev sərgilərində iştirak etdikdən sonra işə olan həvəsim daha çox artır. Bilirsiz bu çox vacibdir. Neysə… qayıdaq əsas məsələyə, müasir mətbəx mebeli, mətbəx otağı hara doğru gedir.

Ümumilikdə mətbəx mebel sənayesində özəl sifarişə uyğun olan ən birinci otaqdır. Digər sözlə desək, mətbəx otaqlarında adətən sifarişçi məhz onun evinə uyğun mətbəx seçmək istəyir. Ev deyildiyi zaman, söhbət yalnız evin ölçüsündən getmir. Mətbəx əslində qadınının özünü ifadə yeridir və bu anlayış gündən-günə öz aktuallığını artırır. Bu baxımdan mətbəx özəl seçilir. Əgər söhbət German Studio seqmentindən gedirsə (daha premium məhsullardan) burada artıq hər bir detal diqqətə alınır. Təsəvvür edin ki, mətbəx seçimində günəşin düşmə bucağından, mətbəxdə cihazların harada necə yerləşməli olduğundan, yemək masası ilə bişirmə zonası arasında olan məsafələr və s. və s. detallar vacibdir.

İlk baxışdan… məndə düşünürdüm ki, bunlar nəyə lazımdır!? Amma işin içinə daha çox girdiyim anda, başa düşürəm ki, hər bir sual bir başa olaraq mətbəxin rahatçılığına təsir edən amillərin başında durur. Məhz bu detalların vacib olduğu üçün – dünyadan ən mükəmməl mətbəx mebelləri Almaniya istehsalı olur. Baxın diqqət edin. Mətbəx mebellərindən başqa heç bir digər kateqoriyada almanlar mebel sənayesində öndə deyil. Bəs Sizcə niyə məhz mətbəx seqmentində almanların qarşısına çıxan yoxdur?

Bəli – bəli. Məhz mühəndislik anlayışına görə. İtaliyanlar mebeldə dizayn, gözəllik verə bilir… amma almanlar mətbəxdə ən vacib olan funksionallıq anlayışını yaradır və təbii olaraq xırda detallarda alman şirkətləri qədər incəliyə gedən heç bir şirkət ola bilməz.

Köln sərgisində diqqətimi cəlb edən məqamlardan biri, mətbəxin ərazisinin mənzildə yüksək təmlərlə çoxalması oldu. Əgər sovet məişətində mətbəx mənzildə ən xırda yer kimi qəbul edilirdisə, indi mətbəx mənzildə demək olar ki, ən çox kvadratura verilən güşəyə çevrilir. Bu təbiidir. Niyə?

Birincisi ona görə ki, ailənin ən çox görüşdüyü yer mətbəxdir. Hamı işləyir, uşaqlar məktəbdə olur. İşdən qayıtdıqda ailə mətbəxdə cəmləşir və təbii olaraq özünə (mətbəxə) daha çox diqqət tələb edir. Daha çox diqqət daha çox ərazidən başlayır.

İkincisi dünyada sağlam həyat tərzi gündən-günə öz vacibliyini artırır. Sağlam həyat əlbəttə ki, sağlam qidalanmadan başlayır. Sağlam qidalanma üçün biz mütləq mükəmməl qidalanma və (və ya) qidanın hazırlandığı yer olmalıdır. Bu mətbəxdir. Deməli mətbəx daha böyük və rahat olmalıdır.

Üçüncüsü… qadınların cəmiyyətdə rolu hər keçən gün dahada artırır və əgər bir vaxtlar qonaq otaqları (zal) son dərəcə böyük əhəmiyyət kəsb edirdisə bugün qadınların bizə etdiyi diktə ilə mətbəx otaqları dahada böyük miqyasa gəlir. Mətbəx sözün tam anlamında mənzilin ürəyinə çevrilir.

Dostlar, yeniliklər yalnız mətbəx otağının özündə deyil. Mətbəx seçimi prosesi belə bugün gündən-günə öz formasını dəyişir. Biz German Studio olaraq yarandığımız gündən informasiya texnologiyalarının formalarına ciddi əhəmiyyət veririk. Çox sevinə-sevinə deyirəm ki, German Studio olan proqram təminatı müştəri seçimi prosesini son dərəcə asanlaşdırır. 2017-ci ilin ikini yarısından biz tam yeni bir dizayn proqramına keçirik. Siz öz gələcək mətbəxinizi 3D texnologiya ilə rahatlıqla içində ola biləcəksiniz. Təsəvvür edirsiniz?

Çox sadə, bizim salonda Sizə eynək veriləcək və Siz xüsusi TV-də öz gələcək mətbəxiniz rahatca “gəzə” biləcəksiniz. Bununla mətbəx hazır olmadan müştəriyə özəl olan mətbəxi göstərə biləcəyik. Bu superdir! Artıq bu proqramın demo versiyası hazırdır və MDB-də ölkələrində İLK dəfə biz bunu sifariş vermişik. Qurban olduğumuzun köməkliyi ilə oktyabr ayından bizim salonda müştərilər 3D görüntü ilə öz gələcək mətbəxlərində “gəzə” biləcəklər. Sevinirəm. İşdən kayf alıram!)

Əziz oxucu, sevdiyiniz işləri görün. Məncə super olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close