image_pdfimage_print

Həftənin ən stresli iş günündə stresdən yazmaq çox maraqlı görünür. Əminəm ki, çoxlarımız üçün həftənin birinci günü ən stresli və yorğun günlərdən olur. Məndədə bu belədir. Hətta nə gizlədim, bəzən iş günlərinin stresi o qədər çox olur ki, istirahət günlərinidə, işlə məşğul olmuş oluram. Bu çox pisdir. İstəyirəm, bu barədə Sizinlə dərtləşəm. Öz aramızda söhbət edək, elə bu bloqdada qalsın, yaxşı?

Hər dəfə xarici səfərlərə getdikdə bir şey ciddi şəkildə diqqətimi çəkir – insanlar çox rahatdılar. Bəli-bəli. Gördükləri iş bizim etdiklərimizdən 10 dəfə daha çox, məhsuldarlıqları eyni şəkildə, sərf etdikləri vaxt – bizdən daha az (!), AMMA digəl ki, adamların simasında gülüş var, insanlar həqiqətəndə xoşbəxt görünürlər. Rahatdılar. Bəs bizdə (məndə – aşıq gördüyünü çalar) niyə bu belə deyil. Niyə mən harda olmağımdan, nə etdiyimdən asılı olmayaraq mağazalardan gələn hesabat e-mallərini “həsrətlə” gözləyirəm. O hesabatda olan problem, mənim gunümü tam olaraq məhv edə bilər və ya əksinə. Niiiyə?

Sözü gedən məsələlər barədə çoxlu düşündükdən sonra, bir neçə nəticəyə gəlmişəm. Mənə belə gəlir ki, qeyri-müəyyənlik insan beynində ciddi şəkildə stres, yorğunluq yaradır. Başqa sözlə desək, insan bilmədiyi mövzularda daha stresli olur. Yadlıq hissi, bizi daha çox həyacanlanmağa, düşünməyə, hirslənməyə sövq edir.

Həftənin birinci günləri, tətildən qayıtdıqdan sonra olan həftə və ya xəstəlikdən sonra iş gününün stresli olma səbəbinin kökündə problemlərdən kənar qalmaq durur. İnsan hansısa mövzunu yaxından izləmədikdə baş verən prosesləri başa düşə bilmir. Nəticədə bizim beynimizdə “kaşa” yaranır və bizə elə gəlir ki, vəziyyət bərbatdır. Dəhşətli məqam burasındadır ki, biz vəziyyəti bərbad hesab etdiyimizdən xırda problemlər belə faciyə kimi görünür, beyin düzgün işləmir, vəziyyəti qiymətləndirə bilmirik.

Bəzən sakit dayanıb, su içmək belə, bu vəziyyətlərdə bizi son dərəcə pis gərarlardan qoruya bilər. Sakit və səbrli olmaq çox vacibdir. Amma bunun üçün insan orqanizmi buna hazır olmalı, stresi rahat qarşılaya bilməlidir. Stresə qarşı immunitet olmalıdır.

Bir əldə iki qarmız tutmazlar… anlayışı, əslində müasir dövrdə stresdən uzaq qalmaq üçün ideal resept təklif edir. Xatırlayıram, bu haqda daha əvvəldə danışmışdıq. Eyni vaxtda bir neçə bir-biri ilə fərqli işlərlə məşğul olmaq, insan beynində qeyri-müəyyənlik dərəcəsini artırır. Hələ-hələ bu biznesdirsə, bu insanın beyni ciddi təziqlər altındadır. Eyni vaxtda aparılan iki fəaliyyət heç bir zaman, balanslı inkişaf edə bilməz.

Hamıya məlumdur ki, biznes muasir dövrdə olan ən stresli insan fəaliyyətidir. Bu təbiidir, çünki biznes adamı digər peşə sahiblərinə görə daha çox risk edir, öz üzərinə digərlərinin məsuliyyətini götürür, çoxlu sayda bir-birləri ilə əlaqəsi olmayan fəaliyyətlərlə məşğul olur (olmalıdır) və s. Deyilənləri nəzərə alaraq biznes adamının səhvinində dəyəri daha ağır (dəyərli) olur. Sahibkarın buraxdığı səhv nəticəsində çoxlu sayda insanlar iş yerini itirə bilər.

Burada diqqətinizi bir metaforaya çəkim. Yeni avtomobil sürməyi öyrənən adamlar, rolu daha möhkəm tuturlar, avtomobildə gedən proseslərə daha çox diqqət edirlər, əlbəttə ki, daha həyacanlı olurlar və təbii olaraq səhv etmə ehtimalları artır. Eləcədə biznesdə həyacanlı olduqda, özünü məlumatsız hiss etdikdə səhv etmə ehtimalımız artır.  Rahat olmaq şərtdir.

Mənə elə gəlir ki, stresi azaltmaq, rahat olmaq üçün mütləq aşağıda qeyd etdiklərimi etmək lazımdır. Sizi bilmirəm, mən sabahdan başlayacam. Daha konkret…

  1. Səhər qaçışı. Bu haqda daha əvvəldə yazmışdım. O yazı, bu yazı. Səhərlər qızımı (Qurban olduğum hamının övladını sağ eləsin) məktəbə qoyduqdan sonra səhər qaçışı edirəm. Lider TV-in yanında olan Yasamal parkı, H. Cacid bağında və ya aıtı-bazar günləri yeni bulvarda səhər qaçmaq stresə qarşı yaxşı imunitet yaradır. Yoxlayın – Mən sınamışam.
  2. Gündəlik işlərin siyahısı. Bunu arada-bir edirəm, amma sabahdan başlayıb tam edəcəm. Bu çox vacibdir. Belə etdikdə, hadisənin bitmə ehtimalı olur. Prosesdən, hədəfə doğru hərəkət etmiş oluruq. İş – proses yox, hədəfə çatma vasitəsi olmalıdır.
  3. Bir sahə – horizontol hərəkət. Hər dəfə bunu deyəndə 175 ildən çox, yalnız çarpayı istehsal edən alman şirkəti yadıma düşür. Təsəvvür edirsiniz? 2 əsr istehsalçı olasan və yalnız çarpayı istehsal edəsən. Dünya bu istiqamətə doğru hərəkət edir.
  4. Gərar verdikdə çox, icra etdikdə az düşünmək. Hansısa işin edib/etməmə gərarı vermək üçün ciddi təhlil etmək lazımdır, amma gərar verdikdən sonra bir daha qayıtmağa dəyməz. Belə olduqda daha az stresimiz olacaq.
  5. Az yemək, çox su içmək. Bu haqdada danışmışdıq, sözü gedən tarixdəndə maksimum tətbig etməyə çalışıram. Çox ciddi müsbət dəyişikliklər var. Sizdə edin, sınamışam.
  6. Ailəyə, dostlara və Sizə həzz verən işlərə vaxt ayırmaq. Bu sözü kommnet etmək istəmirəm. O qədər aydındır, yox?

Əziz oxucu, biz burda Sizə qeyri-adi nesə demirik, özümüzü maraqlandıran mövzular barədə danışırıq. Bu mövzu hal-hazırda mənim üçün çox vacibdir. Vacib olan şeylər barədə Sizinlə dərtləşməkdən həzz alıram. Xahiş edirəm, əgər bu haqda fikirləriniz, tövsiyyələriniz varsa mütləq və mütləq kommnetlər verin. Yaxşı?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close