SAT Forum-a DƏVƏTLİSİNİZ

Əziz oxucu, ölkəmizdə satış təlimləri, satışı öyrənmək deyildiyi zaman ilk yada düşən şirkət heç şübhəsiz ki, SAT Gruop şirkətidir. Bu şirkət bəlkədə yeganə təlim şirkətidir ki, sırf olaraq satışı necə artırmaq olar suallına cavab axtarır. Butün biznes fəaliyyətlərini dostlar məhz bu istiqamətə yönəldiblər… AMMA bugün mən Sizə SAT Gruop haqda deyil, sözü gedən şirkətin təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək birinci satış forumu barədə olacaq. Fevral ayının 11-də hər birinizi SAT Foruma dəvət edirəm. 

Bilirsiz niyə SAT Gruop-un fəaliyyəti mənim üçün vacibdir? Çünki Satış biznesin ürəyidir. Satış olmasa inanın heç bir fəaliyyətin əhəmiyyəti yoxdur. Yalnız satış bizi daha sistemli fəaliyyət aparmağa sövq etdirir, yalnız satış biznesin problemlərini üzə çıxara bilir, yalnız satış biznesi mənfəətli edə bilər. Satmaq bilmək isə bu işin açarıdır. SAT Gruop isə, adındanda göründüyü bu işi super bacarır. Satmağı yaxşı öyrədir. Neysə… mövzudan çox uzaqlaşmadan keçək SAT Foruma.

Forum haqda dostumuz Anar Bayramov çox ətraflı (əslində bir o qədər ətraflı deyil, çünki əminəm ki, Forum daha mükəmməl olacaq) amma kifayət qədər məlumat verib. Maraqlı olsa mütləq bu yazıda oxuyun. Biz isə Sizə SAT Forum çərçivəsində dəvət etdiyimiz son dərəcə maraqlı qonaq barədə məlumat vermək istəyirəm…

… bu adamın adını hələdə deyə bilmirəm. Çünki, təşkilatçılara söz vermişəm, amma bir şeydən əminəm qonaq sözün əsl mənasında muasir biznesi başa düşən insandır. İstər dediyi təlimlər, istər yazdığı dillər əzbəri kitab, istərsədə verdiyi konsultasiyalarla qonağımız tam olaraq əfsanə-insandır.

Sözün açığı Foruma gəlmək üçün sözü gedən qonağı dinləmək yetərli olsada… bu yalnız əldə edəcəyiniz dəyərin cəmi 10%. İnanın, Forum çərçivəsində olan qonaqları özüm tanıyıram və bilirəm ki, hər bir spiker konkret olaraq gündəlik biznes fəaliyyətləri etdikləri barədə danışsalar, böyük informasiyalar əldə edəcəyik.

Forum çərçivəsində məndə çıxış edəcəm. Sizlərə şəxsi biznesdə satmağın rolu, kiçik və orta biznesdə mağazaçılıq anlayışından söhbət edəcək. İstər German Studio, istər bölgələrdə olan mağazalarımız, istərsədə ForHome çərçivəsində etdiklərimizi tam səmimi formada Sizlərlə bölüşəcəm.

Əziz dostlar Foruma biletləri göstərilən telefon nömrəsindən +994502411143 sifariş edə bilərsiniz. Çatdırılma pulsuzdur. Əmin olun, çox maraqlı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: