image_pdfimage_print

Bugünlərdə hələ keçən ildən verilən hədiyyələri incələyirdim… və önümə Fəxri Ağayevin, “Fəxri Yol” kitabı çıxdı. Necə olmuşdusa, bu kitab mənə yalnız bugün çatmışdı və heç vaxt itirmədən kitabı vərəqləməyə, ilk səhfələrini oxumağa başladım – MÜKƏMMƏL. Bilirsiz niyə? Çünki Fəxri bu kitabı yaşaya-yaşaya yazıb. Bu kitabı yazmağa və tərifə layiqdir. Layiqli adamdır. Fəxrini tərifləmək olar. Bu yazıda Fəxridən ilhamlanaraq tərifə layiq bildiyim insanlar haqda yazmaq istəyirəm. Maraqlı olsa oxuyarsız, yaxşı?

İlk əvvəl deyim ki, yazımızın gəhramanları sözün həqiqi mənasında “kadr arxasında” qalan, amma gördükləri işlərlə baş rolda iştirak edən aktyor qədər əhəmiyyətli, dəyərli insanlardır. Yazı çərçivəsində mən bu insanların yalnız bir neçəsi, daha dəqiq desək – 4 barədə daşıcam. Amma inanın, belə insanlar Azərbaycanımızda çoxdur. Mən onlar qarşısında üzr istəyirəm və bu yazını tərifə layiq olan bütün insanlara həsr edirəm. Beləliklə… tərifə layiq olan insanlardan dördü kimdir?

Xahiş edirəm, bir daha xahiş edirəm bu yazını siyahı kimi və ya burdan olmayan tərifləmək istəmədiyimiz kimi qəbul etməyin. Əziyyət çəkən, halal pul qazanan hər bir şəxs tərifə layiqdir. Biz sadəcə onların dördü barədə danışmaq istəyirik.

Araz Bayramov. Araz ölkəmizdə uroloqiya sahəsində ən tanınmış və son dərəcə savadlı həkimlərdən biri (mənim fikrimcə birincisidir). Deyə bilərsiniz ki, “Sən hardan bilirsən?”. Cavab verim, insanın savadlı olması üçün edilən bütün addımları Araz doktor atır: öz üzərində işləyir, mütəmadi olaraq kitablar oxuyur, beynalxalg konfranslara gedir, bu sahədə elmi araşdırmalar aparır, Fransa Uroloqlar Assosasiyası ilə sıx təməsda olaraq elmi araşdırmalar aparır və s. Adətən bizim düşündüyümüz həkim portreti acıqlı, qaş-qabaqlı birisidir. Amma Araz bu portreti tam sındırıb. Üzügülər, alicənab və ən əsası hər zaman köməyə hazır.

Amma Arazı tərifli edən, onun yalnız ixtisas bilikləri deyil. Araz doktor son dərəcə sadə və alicənab adamdır. Mən ondan çox şey öyrənmişəm, öyrənirəm. Arazı laaap çoxtan tanıyıram. Birlikdə bir çox beynalxalg yarışlarda olmuşuq. Araz şahmatçıdır. Xod gedəndir!)

Əziz oxucu, Araz tərifə layiqdir!

Fəxri Ağayev. Deyirlər ki, qardaşın necə adamdır? Cavab verilir – bilmirəm. Yola çıxmamışam. Mən Fəxri ilə yola çoooox çıxmışam. Rusiya, Ukrayna, Türkiyyə, Kazaxstan və s. və hər dəfəsində bir daha əmin olmuşam ki, Fəxri tərifə layiqdir. Bu yazıyada Fəxrinin son dəfə çıxardığı və əmin edirəm ki, özünü inkişaf etdirmək istəyən hər kəsin oxuması vacib olduğu kitab ilham qaynağı oldu. Fəxri mükəmməl menecer olmaqla yanaşı, sağlamlıq kimi vacib mövzuda ibrət götürüləsi əhəmiyyətli insanlardandır.

Fəxri ilə biz Embawood şirkətindən tanışıq, birlikdə işləmişik. Bir zaman, Fəxriyə son dərəcə ciddi bir layihəyə rəhbərlik etmək tapşırıldı, xatırlayıram o zaman şirkətdə ona qarşı necə simpatiya var idi… AMMA Fəxri sırf şəxsi biznes prinsiplərinə görə bu vəzifədən imtina etdi və hamıya sübut etdi ki, yaxşı insan olmadan, yaxşı menecer olmaq olmur. Mən bu hadisələrin real şahidi olmuşam və hər yerdə olduğu kimi, bugün bu bloqdanda aydın şəkildə yazıram. Fəxri, tərifə layiq insandır!

Cəbrayil Vəliyev. Mənim valideynlərim müəllimdir. Ümumiyyətlə mənim müəllimlərə, öyrətmənlərə qarşı böyük sevgim var. Cəbrayil sözün tam anlamından müəllimdir. Onda müəllimlərə xas olan butün xasiyyətlər var. Cəbrayil müəllimlədə dünyanın bir çox ölkələrində olmuşuq. Pis və yaxşı günlərimiz olub. Amma hər dəfə görmüşəm ki, Cəbrayil insan kimi, insandır. Cəbrayil Vəliyev ölkəmizdə kənd təsərrüfatının inkişaf modelini öz elmi dissertasiyasında “A”dan, “Z”-ə işləyən adamdır. Çox yaxşı olardı ki, bizim Kənd Təsərrüfatı Nazirliyi boş-boş təkliflər yerinə Cəbrayil müəllim dissertasiya mövzusu ilə tanış olardı (!). Sizi inandırıram… bugün ölkə iqtisadiyyatı daha çox inkişaf etmiş olardı.

Cəbrayil müəllimin ən yaxşı bildiyi sahələrdən biridə marketinq araşdırmalarıdır. Xatırlayıram… həyatımda etdiyim birinci marketinq araşdırmasını bir-başa olaraq Cəbrayil müəllimlə birlikdə, onun rəhbərliyi ilə etmişəm. Araşdırma Gürcustanda keçirilirdi… düşünürəm ki, müəllim xatırlayır. Əziz oxucu, Cəbrayil tərifə layiq insandır.

Rekam Bağırov. Rekam müəllimlə tanışlığımız çoooox uzun illərə gedir. Öz işini mükəmməl bilməsi ilə yanaşı, Rekam bu sahənin professionalıdır. Buissnes İnsight şirkətinin yaradıcısı və direktoru olan Rekam müəllim, sözün bir-başa mənasında işlə nəfəs alır. Fokus qruplarda, F2F intevyularda, sorğularda necə işinin üstündə durduğunu, araşdırma nəticələrini SPSS necə öz əliylə vurduğunun şahidi olmuşam. Bəlkə elə buna görədir ki, araşdırma dedikdə ilk ağla gələn mənim üçün Rekam müəllim olur.

Birlikdə çox saylı layihələr etmişik və hər dəfə hiss etmişəm ki, Rekam Bağırov tərifə layiqdir. Demək ki, gün bugündür!)

Əziz oxucu, mən bu insanları şəxsən tanıdığım üçün, onlarla bir ölkədə, bir şəhərdə yaşadığım üçün çox sevinirəm. Əzizlərim, mən Sizinlə fəxr edirəm. Sağ olun, sağ olun ki, varsınız, sağ olun ki, öz varlığınızla bizə həyat dərsi verirsiz. Biz Sizdən öyrənirik!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close