image_pdfimage_print

Dünyanın ən böyük pərakəndə ticarət şəbəkələrinin tərkibinə 6 ildən çoxdur Amazon daxil olub. Əlbəttə, burada çoxlu hesablama üsulları var və biz məqalə çərçivəsində dünyanın ən böyük pərakəndə şəbəkəsinin Walmart, Amazon və ya Alibaba olması barədə danışmırıq. Mövzumuz muasir ticarət baş verən yeniləklərdir. Amazon, Alibaba kimi sırf onlayn ticarətlə məşğul olan şirkətlər bugün dünya ticarət bazarının liderlərini çevrilirlər. Bilirsiz bundan nə nəticələr çıxarmaq olar?

İlk əvvəl deyim ki, dünyada bizneslər tam olaraq internetləşmiş durumdadırlar. Bu çox banal səslənsədə həqiqətəndə ənənəvi biznes özünün çox ağır dövrlərini yaşayır. Əlbəttə, Azərbaycan kimi balaca və biznes ənənələrinin zəif olduğu ölkələrdə bu çox hiss edilmir. Amma fakt fakt olaraq qalır – onlayn ticarət inkişaf edir.

Ümumi olaraq 10 mindən çox mağazası olan dünyanın ən böyük pərakəndə ticarət şəbəkəsi Walmart 2016-cı ilin iyul ayında Amerika tarixində ən böyük alışını həyata keçirdi. Onlayn-ticarət meydançası olan JET.com 3 mlr. dollara Amazon əldə etməsi heç bir şəkildə təsadüfi deyil. Bununla Walmart onlayn ticarətdə öz mövqeyni gücləndirmək və Amazonla elə, Amazonun meydanında rəqabət aparmağa başladı. Təsəvvür edirsiniz?! Dünyanın ən böyük pərakəndə şəbəsi 3 mlr. dollara “hava” olan internet saytını aldı. Öz aramızdı rəhmətlik Sem Uelton bunu bilsəydi… nə düşünürdi!?

Xatırlatmalıyam ki, Amerikada illik edilən alış-verişlərin 10% məhz Walmartda edilir. Həmçinin bir həftə ərzində şirkətin mağazalarını 100 mln. nəfər ziyarət edir. Bu dünyada ən çox ziyarətçi qəbul edən məkan deməkdir. Amerikada çörək və bişmiş un məmulatları satışının 25% Walmartda edilir.

Bu azmış kimi, Walmart öz internet saytından istənilən miqdarda (limitsiz yəni) alış veriş edənlərin bir-başa evlərinə pulsuz çatıdırılma edir. Bu xidmət 2016-ci ildən aktiv edilmişdir. Təbii ki, bu yalnız Amerika daxilindədir. Ən azı, hələlik bu belədir.

Digər tərəfdən Amazon öz növbəsində boş durmur. Son 2 ildə Amazon offlayn istiqamətində təsirini artırmağa davam edir. Təsəvvür edin ki, yalnız Amerika, Almaniya və İngiltərə ərazisində şirkət 1500-ən çox məhsul qəbul etmə nöqtəsi açmışdır. Həmçinin Amazon burada françayzinq məntiqindən istifadə edir. Məsələn, Almaniyada Amazon qəbul yeri açmaq françayzinq üsuli ilə həyata keçirilir. İlkin ödəniş edirsən və Amazon öz məhsullarını sənə göndərir. Bu arada son dərəcə mənfəətli biznes hesab edilir (françayzinq alan üçün).

Həmçinin Amazon aktiv şəkildə yeni formatlı kibrit offlayn mağazalar haqqında düşünür. Məsələn 2016-ci ildə şirkət kassasız mağaza açmışdır. Çox sadə, mağaza daxil olursunuz və smatrfonla məhsulların üzərində olan QR kodu skan edib, “aldım” düyməsini basırsınız. Nəticədə məhsul pulsuz şəkildə Sizin mənzilə göndərilir.

Amazon Prime Day adlı bir günlük endirim kampaniyalarında etdiyi dövrüyyə Amerikada “qara cümə” kampaniyasında edilən dövriyyədən çox olmuşdur. Düşünün bir şirkət endirim günü, butün ölkə şirkətlərinin yığışıb endirim etdiyi gündən çox sata bilir. Bunu biz biliriksə, əlbəttə Amazonda oturan baş bilənlər daha yaxşı hiss edirlər, elə deyil?

Amazon haqda marketoloq dostlarımızı maraqlandıracaq digər bir xəbər istehlakçılar haqda məlumatların yığılması və emal edilməsi prosesidir. Son illərdə şirkət müştəri alışlarının qruplaşdırılması və təkrar alışlar üçün xüsusi seqmentasiya modelləri hazırlamışdır. Artıq seqmentasiya belə dünyada bizim bildiyimiz standart üsullarla həyata keçirilmir. Amazon şirkətində xüsusi müştəri seqmentasiya modeli hazırlanmışdır. Bu model, şəxslər deyil, davranışlar seqmentasiyası üzərində dayanır. Yəni bazar nominal ifadələrlə deyil, emosional davranışlarla hesablanır… (bu ayrı bloq mövzusu olsada sadəcə dedim özünüz maraqlı olsa araşdıra biləsiniz).

Son illərdə Alibaba Grupun əldə etdiyi nəticələridə danışdığımız mövzuya əlavə etsək, onlayn ticarətin dünyada necə böyük ağırlıq payına sahib olduğunu bir daha hiss etmiş olaraq. Şirkət 2016-cı il ərzində, 482,1 mlr. dollar dövriyyə etmişdir. Bu Walmart dövriyyəsindən daha çoxdur (dünyanın 17 ölkəsində 10 mindən çox mağazası olan Walmart) . Düzdür deyə bilərsiniz ki, Alibaba biznes məntiqində yerlərin icarə verilməsi durur və bu bizim bildiyimiz ənənəvi ticarət deyil. Həmçinin şirkət öz saytında çoxlu sayda saxta brend malların satışına mane ola bilmir. Brendlərin kopyaları satılır. Ola bilər ki, düz deyirsiniz. Amma nəzərə alın ki, bu dövriyyə onlaynda edilmişdir.

Həmçinin, dünyanın ən bahalı şirkətlərinə nəzər salın… Apple, Google, Facebook, Microsoft… məncə buda dünyanın internet dünyası olduğunun bir daha bariz nümusədir. Dünya üzrə internetin biznesdə çəkisi hər keçən gün artır. Bəs Azərbaycanda!?

Azərbaycanda işlər düşündüyümüz kimi deyil. Daha əvvəldə (müsəlmanın əvvəli, yəni 3 il bundan əvvəl) demişdik, bizim ölkədə internet biznes son dərəcə yorucu və ciddi biznes üçün yaxşı yer hesab edilmir. Bizdə internetdən pul qazanmaq, ona qoyulan zəhmətə proporsional deyil. Hələlik deyil. Bunu ölkədə retail biznesin içində (istər onlayn, istər offlayn) olan biri kimi əminliklə deyirəm. Gələcəkdə necə olacaq!? Bilmirəm…

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

3 Comments

  1. Salam Ilkin bey.
    çası olan JET.com 3 mlr. dollara Amazon əldə etməsi heç bir şəkildə təsadüfi deyil. Bununla Walmart onlayn ticarətdə öz mövqeyni gücləndirmək və Amazonla elə, Amazonun meydanında rəqabət aparmağa başladı.
    Yazdiginiz bu hissede sehv anlasilma olub diyesen.Zehmet olmasa baxin.Birde vaxtile siz internetde biznesin esl vaxti oldugunu ve ustelik birnece ideyada teklif etmisdiniz.Indi gorunduyu qeder sizde Azerbaycanda internet biznes potensialina inanmirsiniz.Bunu siz onlayn mebel satisi saytinin fealiyyete baslamasindan sonra basa dusdunuz ya nece zehmet olmasa bu barede fikir deyin.

  2. Salamlar!

    Blogu diggətlə oxuduğunuz üçün çox sağ olun. Azərbaycanda internet bizneslərdə böyük pullar qazanmaq çox çətin görünür, çünki bazar balacadır və bu bazar üçün ciddi investisiya qoyub iş görmək effektiv görünmür. Məncə. ForHome əslində öz seqmentində kifayət qədər effektivdir, amma dediyim kimi, böyük pullar yalnız internetlə həqiqi görünmür.

    Təklif kimi verdiyim biznes ideyalar məncə, yaxşı icra olduğu zaman effektiv ola bilər.
    Walmart və Jet.com gəldikdə… Sizə tam başa düşmədim. Məncə hər şey yazdığım kimidir!

    Uğurlar

  3. Etrafli ve tez cavabiniz ucun minnetdaram.Onu demek isteyirdimki jet.com-u Walmart alir amma siz amazonun elde etdiyini yazmisiniz.

Leave a Reply to Ilkin

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close