Monthly Archives Fevral 2017

Ölkənin ən mötəbər biznes tədbiri olan – Milli Marketinq Forumuna bugünlərdə hazırlıq prosesi start verildi. Nə az, nə çox düz beş il, mütəmadi olaraq may ayının sonlarında (27 – 29 may) ətrafında keçirilən tədbir Azərbaycan Marketinqin yerini sözün tam mənasında göstərir. Yalnız 2 gün, ölkənin marketinq icması butün diqqətini Milli Marketinq Forumuna cəmləyir. Bu il Forum, xüsusi olacaq. Bilirsiz niyə?

Əziz oxucu, real biznesdə olduğumuz hər gün yeni nələrsə öyrədir, bizi daha sistemli işləməyə sövq edir… yox səhv dedim, sövq etmir – məcbur edir. Biznes dəyişmək, yeniliklərə açıq olmağı tələb edir. Əgər bunu sahibkar (biznesin başında duran) etməsə, bazar – müştəri onu çox sərt cəzalandırır. Çox sərt. İstəyirəm yazı çərçivəsində təzəlikcə başa düşdüyüm bəzi həqiqətləri Sizinlə bölüşüm. Özünüz özünüz üçün gərarlar verərsiniz.

… beş ildən bundan əvvəl başlayan və bugün ölkəmizin ən böyük biznes icmasına çevrilən – Marketinq AİR haqqında Sizinlə söhbət etmək istədim. Bizim üçün əhəmiyyəti, verdikləri, aldıqları barədə. Amma öz aramızda qalsın, yaxşı?

Bugünlərdə bloqumuzda paylaşdığımız: “Biznesdə sosial məsuliyyət olmaz” yazısı geniş müzakirə edildi. Müzakirəni daha üst səviyyədə etmək üçün Rusiyanın ən böyük biznes adamının intervyusundan çıxarış videosunu qoyuram. Məncə bizim kimi düşünür))

Bu arada Qaliski 25% üzdən iraq millətdən olsada düşüncələrini çox bəyənirəm və mənim hal-hazırda dünyanın ən güclü pərakəndəçisi hesab edirəm. Nə gizlədim bu adamdan çox şey öyrənirəm.

Daha əvvəldə dediyimiz kimi, pərakəndəçilik biznesin lokomotivi olmaqla yanaşı, iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. İstər çalışdığım iş, istərsədə elmi dissertasiya mövzum pərakəndə ticarət şəbəkələrində brendinq olduğundan sahəni ciddi araşdırıram. Çox maraqlıdır ki, artıq ölkəmizdədə pərakəndə ticarət ciddi inkişaf mərhələsinə qədəm qoyub. Paralel olaraq pərakəndəçi şirkətlər öz markalarını (brendlərini) yaradırlar. Bu yazıda Azərbaycan şirkətlərində private label-ər haqda danışmaq istəyirəm.

Əziz oxucu, Sizcə biznes sosial məsuliyyətli olmalıdırmı? Ümumiyyətlə biznes özündən başqa nəyisə düşünməlidirmi? Biznes daha çox qazanc əldə etməkdən başqa nəsə hədəfi olmalıdırmı? Bu yazıda istəyirəm Sizlərə biznesdə sosial məsuliyyət haqda fikirlərimi bölüşmək istəyirəm. Beləliklə… vaxtları az olan oxucularımız üçün əvvəlcədən deyim ki, mənim fikrimcə biznes heç vaxt sosial məsuliyyəti, cəmiyyətin rifahını düşünməli deyil. Biznesin bir məqsədi olmalıdır, daha çox pul qazanmaq. Fikirlərimi izah edim.

Bugün, 11 fevral ölkəmizdə ilk dəfə olaraq SAT Forum adı altında Satış Forumu təşkil edildi. Forumda ölkənin lider şirkətlərinin TOP menecerləri ilə yanaşı, Türkiyyədən gələn qonağımız Güvən Borçada iştirak etdi. Çox maraqlı oldu. Amma mən bugün Sizlərə Forumun əsas surprizi olan Filin-Fili reklam kampaniyası barədə, daha dəqiq dəsək, Fil Reklam agentliyinin təqdimatı barədə söhbət etmək istəyirəm.

Bugünlərdə Gəncədə yeni mağazamızın açılışına görə reqionlarda daha çox vaxt keçirdim və yerli TV-ən ElTV-in səhər proqramına dəvət aldım. Yevlaxlı olduğum üçün reqional kanallarda müsahibə vermək mənim üçün böyük onurdur. Sizlərində çox vaxtınızı almadan intervyunun video görüntülərini təqdim edirəm. İnanıram ki, maraqlı olacaq.

Müsahibədə daha çox biznes qurmaq, marketinq, Azərbaycanda biznesin vəziyyəti barədə söhbət etdik. Əvvəlcədən vaxtınızı sərf etdiyiniz üçün təşəkkür edirəm!

Bugünlərdə 525-ci qəzət və bir neçə aparıcı internet saytlarında müsahibəmiz dərc edilmişdir. Buradan maraqlı suallar üçün təcrübəli jurnalist dostumuz Dünya xanım, Muradovaya təşəkkürümüzü bildiririk. İntervyuda, biznes, şəxsi inkişaf, marketinq və ümumi vəziyyət barədə fikirlərimizi paylaşdıq. İstəsəniz aşağıdan oxuya bilərsiniz.

Close