image_pdfimage_print

… beş ildən bundan əvvəl başlayan və bugün ölkəmizin ən böyük biznes icmasına çevrilən – Marketinq AİR haqqında Sizinlə söhbət etmək istədim. Bizim üçün əhəmiyyəti, verdikləri, aldıqları barədə. Amma öz aramızda qalsın, yaxşı?

Marketinq AİR bizim üçün sadəcə bir təlim deyil, müasir AİR əslində ölkənin biznes icmasını özündə birləşdirən böyük bir icmadır. Bəli-bəli. Bu icma özündə çox dərin, amma dərin olduğu qədərdə sadə idealoqiyanı birləşdirir – paylaşmaq. Nə biz, nə AİR məzunları, nə bu icma ilə əlaqəli olan kimsə, “öyrədəcəm”, “öyrətdim” kimi terminlərdən istifadə etmir. Etməyəcəkdə. AİR sadəcə paylaşır. Paylaşır demişkən… mart ayının birindən Marketinq AİR yubiley 10-cü istiqaməti başlayır. Hər dəfə olduğu kimi, bu dəfədə yerlər demək olar ki, dolub.

Bugünlərdə dostlarımızla söhbət edirdik… və yadıma çox maraqlı bir günlər düşürdü, tarix düşdü. Deməli Embawood şirkətində Marketinq Direktoru vəzifəsində çalışırdım, eyni zamanda PhD dissertasiyamı bitirmişdim və valideynlərimin təziqi ilə ADİU yavaş-yavaş dərslər deməyə başlayırdım. Bu dövrlərdə bölgələrdə ilk mağazamızda açılmışdı (ilk mağazam elə Embawood və Madeyra şirkətinin dilerliyi olub). German Studio olaraq ikinci ilimizə keçirdik. Hər şey çox çətin və qarışıq idi…

…digər tərəfdəndə Marketinq AİR təlimlərini keçirmək üçün, Rafiq və Anarla söz danışmışdıq. Yeni işə başlayırdıq, bazarda heç bir təlim, heç bir Marketinq adına aktivlik yox idi. Sakitçilik… Marketinq AİR 1, yəni ilk, AİR üçün dəyişməz qalan konsepsiyamızı düşünmüşdük (We Share) və ilk AİR-də 80 nəfərdən çox dinləyici dostumuzla start vermək üzrə idik. O vaxt mənim iş yerim Statistika Komitəsinin yanında idi (Embawood ofisi) və təlimlərin Caspian Plazada olan IB Club ofisində keçirməyimiz məni qismən xilas edirdi… AMMA və LAKİN!)

lakinlər çox idi. Rafiq və Anar müəllimin işləri çox rahat idi. Onlar sadəcə çalışdıqları şirkətdən çıxıb təlimə gəlirdilər. Məndə vəziyyət çox bərbad idi. Hətta oturub hesabladım ki, mən Marketinq AİR çərçivəsində qızımın üzünü görə bilməyəcəm. Hesablama çox sadə idi, mən 09:00 – 18:00 – Emba-da olacam, həftənin 1 günü MBA dərs deyəcəm (axşam), həftənin 3 günü AİR-ə dərs deyəcəm axşam (2 qrup var), həftənin bir günüdə o vaxt bir konsaltinq proekti var idi orda olmalı idim. Beləliklə… əgər xəstələnməsəydim, həftənin 5 günü tam doluyam. Bu arada çalışdığım şirkətdə hər ay, ən azı bir xarici ezamiyyətdən olan biri kimi, məsələ düşündüyünüzdəndə çətin idi. Bəs həftə sonu?! Həəə, bax burda məsələ qarışırdı. Həftə sonuna məni German Studio və bölgələrdə olan mağazam gözləyirdi ( o vaxt cəmi 1 mağaza var idi, Yevlaxda).

Rafiqlə, Anar yaxşı xatırlayır… bugünə qədərdə gülürlər. Hansısa bir həftə xarici ezamiyyətə gedəsi oldum. Mənim yerimi müəllimlər dərs dedi və növbəti həftə və tam olaraq 6 gün (!) dayanmadan AİRdə oldum. Yumşaq desək, (çox yumşaq desək) bəzən yorulurdum!))

Amma Sizdən nə gizlədim, çox əyləncəli idi. Düzdür, o vaxt qızımın üzünü çox az görürdüm, amma düşünürəm ki, etdiklərim faydalı və demək olar ki, “keçiləcək gunahlar” idi. İndi bəzən düşünürəm ki, görəsən o vaxt necə çatdırırdım? Axı dərs demək, işdən sonra həmdə… çox stresli olur. Birdə biz hər bir AİR dərsi günlərlə hazırlaşırdıq. Hər şey, birinci dəfə idi. Təsəvvür edirsiniz?!

Dostum… bu yazıları yaza-yaza bilirsən nə düşünürəm? Görəsən AİR-ən başqa hansısa digər fəaliyyəti bu qədər enerji sərf edərdimmi? Məncə yox. Baxın, biz mart ayının birindən artıq, 5ci il, 10-cü AİR edəcəyik. Yenə 2 ay, yenə keyslər, bildiklərimizi paylaşmaq. İnanırsan, hər AİR 5 il bundan əvvəl olduğu qədər hazırlaşıram. Hər dəfə. Başqa heç bir işə bu qədər həssas yanaşmıram. Hətta… sonuncu açdığımız Gəncə mağazamızın, açılışına cəmi 2 gün qalmış getdim. Hər şey hazır idi… AMMA Marketinq AİR başlayanda, tam fokusum orda olur.

Sizə deyim ki, Anar və Rafiqdədə bu belədir. AİR bizim üçün prioritetdir, AİR bizim üçün vacibdir. Bizim üçün çox şey AİRdən başlayır. Bəlkə elə buna görə bizim ilk olaraq balaca otaqda başladığımız istiqamət bugün özündə ölkəmizin ən geniş şəbəkələşmiş biznes ictimaiyyətini təşkil edir. Özünüz diqqət edin… Milli Marketinq Forumu, Dijital Marketinq Konfransı, SAT forum, Dijital AİR, Facemark, dərc edilən kitablar… axı bunlar yalnız 3 nəfərin işi deyil. Siz bilirsiniz, Milli İnsan Qaynaqları Forumu AİR məzunları tərəfindən edilir?

Marketinq AİR bizə çox şey verib. Şəxsən mənə AİR məzunları elə yerlərdə, elə böyük jestlər ediblər ki, mən bu jestləri çox dəyərli, qiymətsiz hesab edirəm. Baxın, Sizə bir söz deyim… müasir dünyada, vermədən almaq olmur. Tam səmimi. Amma əmin olun, Marketinq AİR hər bir məzunununa dəyərlər qatıb. Bunu danan AİRçi ola bilməz. Bizim məqsədimiz heç vaxt öyrətmək olmayıb, biz sadəcə biliyimizi paylaşırıq, hətta biz məzunlarımızdan öyrənirik. Kimlər üçün AİR yaxşı dostlar qazandırıb, kimlər üçün AİR bilik mənbəyi olub, kimlər üçün iş yeri, kimlər üçün yeni həyat, hətta bəzi dostlarımız üçün AİR ömür-gün yoldaşı bəxs edib. Bilirsiz artıq biz AİR toyundada iştirak etmişik: iki AİR məzunu ailə həyatı qurub. və… bu son deyil!)

Marketinq AİR-in gücü, onu idealoqiyası və məzunlarındadır. Məhz bu iki amil, AİR belə güclü edib. Hər bir məzun, hətta bizdən küsəndə, hətta bizdən inciyib bizdən müxalif olanda… hər bir məzun bizim AİR brendinə öz töhfəsini verib. Biz onların hər biri çox sevirik. Biz onlarla fəxr edirik.

P.S. Birdə Sizə deyim, Marketinq AİR hər bir işində çox davamlıdır. Birlisiz bu vacibdir.

Əziz oxucu, əgər mən Sizin yerinizə olsaydım, mütləq və mütləq Marketinq AİR-də iştirak etmək şansımı dəyərləndirərdim. Əmin olun, həyatınıza çox maraqlı iki ay qazandıracaqsınız. Özünüzə AİR hədiyyə edin!)

Bu dəfə olacaq Marketinq AİR xüsusi olacaq. Hər cəhətdən. İstər mövzular, istər qonaqlar, istər yanaşma. Butün təşkilatı işləri bu dəfə SAT Groupa outsorsinq etmişik. Hər şey super olmasını istəyirik. Qeydiyyat üçündə SAT Gruopa və ya Facemark istifadə edilir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close