image_pdfimage_print

Daha əvvəldə dediyimiz kimi, pərakəndəçilik biznesin lokomotivi olmaqla yanaşı, iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. İstər çalışdığım iş, istərsədə elmi dissertasiya mövzum pərakəndə ticarət şəbəkələrində brendinq olduğundan sahəni ciddi araşdırıram. Çox maraqlıdır ki, artıq ölkəmizdədə pərakəndə ticarət ciddi inkişaf mərhələsinə qədəm qoyub. Paralel olaraq pərakəndəçi şirkətlər öz markalarını (brendlərini) yaradırlar. Bu yazıda Azərbaycan şirkətlərində private label-ər haqda danışmaq istəyirəm.

Dostlarında bildiyi kimi, elmlər namizədi (PhD) diplomunu aldıqdan 3 il keçdikdən sonra, Elmlər Doktoru proqramı üzrə araşdırmalara başlamışam – mövzu: “Pərakəndə ticarət şəbəkələrində brendinq” istiqaməti üzrədir. Təbii olaraq hal-hazırda işlədiyimiz iş bir-başa olaraq bununla əlaqəli olmaqla yanaşı, maksimum şəkildə xarici şirkətləri bençmarkinq edirəm, nəzəri hissələri öyrənməyə çalışıram. Nə gizlədim… bloqdada araşdırdığım, düşündüyüm mövzular barədə paylaşdığım üçün, gələcəkdədə bu sahədə yazılarımız çox olacaq.

Dünyada pərakəndə ticarət şəbəkələrində private labellərin (öz markalarının) payı, ölkələrə görə artmaqla yanaşı, ümumi dünya üzrədə ciddi artım verir. Təsəvvür edin ki, İsmaniya, İsveç kimi Avropa ölkələrində pərakəndə şəbəkələrinin satışda payı 50% keçir, Almaniya, İngiltərə, Polşa kimi ölkələrdə 40% miqdarındadır. İnkişaf etməkdə olan ölkələrdədə səhnə dəyişmir: BRİC ölkələrindən son 2 ildə Braziliyada 6%, Hindistanda 5, Çində 8%, Rusiyada 7% miqdarındadır. AC Nielsonun verdiyi məlumatlara görə dünya üzrə Private Label ən dinamik inkişaf edən brenddir (!)

Dünyada Private Label lider şirkətlərdən əlbəttə, ilk yerləri alman pərakəndəçilər tutur. Lidl dövriyyəsində öz brendlərinin payı 70%, Aldi-ə 50% çoxdur. Avropa ölkələrində keçirilən araşdırmalara görə, istehlakçılar şəbəkələrin öz brendlərini yalnız qiymətə görə deyil, həmçinin keyfiyyət kriteriyalarına görədə seçirlər. Eyni məsələ, dm, rossman kimi şəbəkələr üçündə keçərlidir.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda private label ənənələri İdeal Parfumeriya mağazalar şəbəkəsinin yaratdığı – İdeal Make Upla başladı. Ən azı, mən elə bilirəm. O vaxtlar brend italiyada istehsal edilən, amma yerli brend kimi təqdim edilirdi. Əsas məqsəd olaraq şirkətin pərakəndə şəbəkənin gücündən maksimum istifadə etmək idi, həgin ki. Hesab edirəm ki, Azərbaycan kimi balaca bazar tutumu olan ölkələrdə belə ürəkli addım atmaq o vaxt üçün çox çətin idi. Bununla belə, İdeal bunu yerli bazarda İLK edənlərdən idi.

Bugün, ölkəmizdə əksər lider pərakəndəçilər bu istiqamətdə yeniliklər edirlər. Yazı çərçivəsində bunlardan ən uğurluları barədə danışmaq istəyirəm.

Kontakt Home – Hoffman. Son illərdə Azərbaycanımızda ən dinamik inkişaf edən pərakəndəçilərdən biri kimi, şirkət private label strateqiyasına xüsusi önəm verir. Hoffman brendi altında Kontakt geniş məhsul portfeli təklif etməklə yanaşı ciddi reklamlar edir. Ümumiyyətlə adətən, private labellər reklam edilmədiyini bildiyimiz halda, Kontakt bu modeldə yeniliklər etmiş kimi görünür, eyni anda istər mağazalarda yaxşı yerlər vermək, istərsədə KİV-də reklamlarla görünür şəbəkə Hoffmana böyük ümidlər bəsləyir. Çox yaxşı işləyirlər. Hər dəfə dediyim kimi, Kontakt-ın fəaliyyətini çox bəyənirəm. Halal olsun!

Araz Supermarket – bir sıra private labellər. Son dövrlərdə ciddi artım potensialı ortaya qoyan Araz Marketdə private labelləri ciddi əhəmiyyət verir. İstər içməli sularda çıxardığı private labellər, istər energetik içkilər bazarında yeniliklər Araz piştaxtalarında çox maraqlı görünür. Amma Kontaktdan fərqli olaraq Araz öz markalarımı qətiyyən reklam etmir, məntiq çox sadədir, reklama çox ehtiyyac olmayan kateqoriyalarda daha münasib qiymətli təkliflər vermək. Dünya təcrübəsində private labellər bəzən pərakəndə şəbəkələrə təhçizatçılar daha rahat danışıqlar etmək üçündə lazım olur. Bu arada Bazar Store private labellər son vaxtlar görünür.

Təbii ki, ölkəmizdə private label bazarı hələlik çox balacadır. Keçmiş sovet ölkələrindən Rusiyadan başqa Ukrayna, Kazaxstan kimi böyük bazarlarda AC Nielson rəqəmlərini görə pay 3-4% çatdığı halda ölkəmizdə hələlik bu bazar çox balaca görünür. Azərbaycanda Private label bazarının olmaması əlbəttə, məmur biznesinin “çiçəklənməsi” faktoru ilə bir-başa asılıdır. Əks təqdirdə əslində Private Labeli anlayışını inanın ki, bizdən yaxşı edən ölkə olmaz!) Tam ciddi.

Yaxın bir ildə ölkəmizdə private label məhsulların artacağına tam əminəm, çünki bugün ki, iqtisadi durum tam olaraq bu təfəkkürü tələb edir.

ƏIAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close