Biznesdə sosial məsuliyyət olmaz!

Əziz oxucu, Sizcə biznes sosial məsuliyyətli olmalıdırmı? Ümumiyyətlə biznes özündən başqa nəyisə düşünməlidirmi? Biznes daha çox qazanc əldə etməkdən başqa nəsə hədəfi olmalıdırmı? Bu yazıda istəyirəm Sizlərə biznesdə sosial məsuliyyət haqda fikirlərimi bölüşmək istəyirəm. Beləliklə… vaxtları az olan oxucularımız üçün əvvəlcədən deyim ki, mənim fikrimcə biznes heç vaxt sosial məsuliyyəti, cəmiyyətin rifahını düşünməli deyil. Biznesin bir məqsədi olmalıdır, daha çox pul qazanmaq. Fikirlərimi izah edim.

İlk əvvəl yazı çərçivəsində bizneslə, biznesmen arasında olan fərqi başa düşmək lazımdır. Biznesmen şəxs olaraq doğulduğu yerin abablaşdırılması, oxuduğu məktəbin daha səliqəli olması üçün nələrisə edə bilər, amma o bunu biznesmen olduğu üçün deyil, öz şəxsi adına edir. Etməyədə bilər. Vətandaş mövqeyi ilə, biznesmen mövqeyi fərqlidir. Biznes adamının heç bir şəkildə bizneslə məşğul olub, pul qazandığına görə cəmiyyət qarşısında borcu yoxdur. Özünüz düşünün…

… hansımızsa gecə-gündüz işləyir, öz biznesini inkişaf etdirir və təbii olaraq dövlət büdcəsinə vergi verir. Məqsəd, çox sadədir, daha çox pul qazanmaq. Biznes adamı bütün digər peşələrlə müqayisədə daha çox risk edən, daha məsuliyyətlidir. Biznesmen risk edərək öz sərvətini itirmək təhlükəsi ilə rastlaşır və yaxşı iş qurduğu üçün pul qazanır. Sizcə bu zaman biznes adamının kiminsə qarşısında borcu varmı?! Yoxdur. Əsla yoxdur.

Sosial məsuliyyət tənbəllik xasiyyəti yaradır. Hər şeydə bu belədir… qazandığı pulu necə başqasına vermək olar? Nə məntiqlə, nə sosial məsuliyyət? AZTV-in sözü olmasın, Avropa ölkələrində işsizlərə verilən məvaciblərin yüksək olmasına görə, əhalinin məhsuldarlıq dərəcəsi aşağı düşür.

Biznes adamı sosial məsuliyyəti düşünsə biznesin effektivliyi əldən gedər. Bilirsiz… güclü biznes adamı xərcləri minimum səviyyədə saxlamalı, gəlirləri artırmalıdır. Xərc mənbəyi kimi, butün elementlər iştirak edə bilər: işçilər, avadanlıqlar, binalar və s. Düşünün ki, biznesmen hansısa bir işçini işdən çıxarmır… düşünür ki, bu işçinin ailəsinə pul ehtiyyacdır. Sizcə bu doğrudurmu? İşini yaxşı görə bilməyən adamın, evdə onun əlinə baxan adamının olduğuna görə işdə saxlamaq doğrudurmu? Əsla yox. Biznes rasional düşüncəni sevir. İşini bacarmayan, xərc mənbəyi olan işçi mütləq işdən getməlidir. Heçnəyə baxmadan.

Bir vaxtlar dünyanın ən varlı insanı hesab edilən, Walmart şəbəkəsinin sahibi Sem Uelton amerikada kiçik və orta biznesin düşməni statusunda idi. Hansı şəhərdə Sem yeni mağaza açırdısa, həmin şəhərdə kiçik mağazalar bağlanırdı. Onlar heç bir şəkildə Walmartla rəqabət apara bilmirdilər. Amma unutmaq olmaz ki, məhz Sem Ueltonun açdığı yeni mağazalara görə Amerikada əhalinin rifahı daha yaxşıya döğru dəyişib. Necə? Çox sadə… Walmart qurduğu effektiv biznes model nəticəsində əhaliyə eyni məhsulu daha ucuz qiymətə təklif edə bilib. Biznes effektivliyi sevir. Effektivlik olan yerdə sosial məsuliyyət haqda danışmaz sadəcə gülüncdür.

Bəzən… populist statuslar yazırlar… “bizim məqsədimiz ölkənin rifahını yaxşılaşdırmaqdıknjknfdjnjn…” dostum gülüncdür! Sadəcə gülməlidir. Biznes adamının məqsədi ölkənin rifahını yaxşılaşdırmaqdırsa, əmin olun, o biznes adamı deyil, sadəcə məmurlardan pul tapıb, gələcək arzusu isə nazir olmaqdır. Biznes adamı ölkəni deyil, öz cibini düşünməlidir. Ölkəni düşünmək üçün… hökümət var. Vergilər Nazirliyi var, Gömrük Komitəsi var, nə bilim… DTX var!)) Bilmirəm, kim fikirləşir fikirləşsin, amma biznes adamı sadəcə cibini düşünməlidir.

Hökümətin rolu, biznes adamlarına maksimum imkanlar yaratmaq və fiskal siyasətlə sosial layihələr üçün maliyyə qaynağı toplamaq olmalıdır. Əksi olan anda, hökümət biznes, biznes adamı sosial məsuliyyət haqda düşündüyü anda… məmur biznesləri çiçəklənəcək. Sosial məsuliyyətdan danışan biznesmenin pulu necə qazandığına baxmaq lazımdır, əmin olan qaynaq biznesin özü olmayacaq.

Bizneslə məşğul olmaq bizim əsas məqsədimiz gördüyümüz işlərin effektivliyi artırmaqdır. Ümumiyyətlə iqtisad elminin əsas prinsipini daim yadda saxlamaq lazımdır: Resurslar məhdud, ehtiyyaclar sərhədsizdir. Deməli güclü biznes adamı, minimum resurslardan istifadə edərək, maksimum fayda təklif edə bilirsə, onun işləri super olacaq! Heç bir sosial məsuliyyət, heç bir xəstaxana tikmək, heç bir pensionerlər üçün istirahət yeri tikmək həfəd olmalı deyil. Belə olarsa, biz biznesimizi inkişaf etdirə bilmərik…

Əziz oxucu, biznes adamının ən böyük sosial məsuliyyəti gördüyü işi daha effektiv həyata keçirə bilməkdir. Daha çox pul qazanmaqdır. Yalnız bu fikiri prioritet götürməklə güclü sahibkarlar dünyada olur. İnanın mənə, heç bir güclü biznes sosial məsuliyyət haqda düşünmür, sadəcə bəzən daha çox səhm satmaq, daha prestijli görünmək üçün özünə sosial məsuliyyətli “donu” geyindirir!

Vəssalam. Sosial problemləri deyil, cibinizi düşünün. Digər suallar üçün əmək haqqı alan adamlar var. Hərə öz işini gördükdə effektiv olur.

P.S. Bu bloquda mən sosial məsuliyyət üçün yazmıram… sadəcə xobbimdir. Fikirlərimi paylaşılaram, bir növ mənim üçün “tribuna” rolunu oynayır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN: