image_pdfimage_print

Əziz oxucu, Sizcə biznes sosial məsuliyyətli olmalıdırmı? Ümumiyyətlə biznes özündən başqa nəyisə düşünməlidirmi? Biznes daha çox qazanc əldə etməkdən başqa nəsə hədəfi olmalıdırmı? Bu yazıda istəyirəm Sizlərə biznesdə sosial məsuliyyət haqda fikirlərimi bölüşmək istəyirəm. Beləliklə… vaxtları az olan oxucularımız üçün əvvəlcədən deyim ki, mənim fikrimcə biznes heç vaxt sosial məsuliyyəti, cəmiyyətin rifahını düşünməli deyil. Biznesin bir məqsədi olmalıdır, daha çox pul qazanmaq. Fikirlərimi izah edim.

İlk əvvəl yazı çərçivəsində bizneslə, biznesmen arasında olan fərqi başa düşmək lazımdır. Biznesmen şəxs olaraq doğulduğu yerin abablaşdırılması, oxuduğu məktəbin daha səliqəli olması üçün nələrisə edə bilər, amma o bunu biznesmen olduğu üçün deyil, öz şəxsi adına edir. Etməyədə bilər. Vətandaş mövqeyi ilə, biznesmen mövqeyi fərqlidir. Biznes adamının heç bir şəkildə bizneslə məşğul olub, pul qazandığına görə cəmiyyət qarşısında borcu yoxdur. Özünüz düşünün…

… hansımızsa gecə-gündüz işləyir, öz biznesini inkişaf etdirir və təbii olaraq dövlət büdcəsinə vergi verir. Məqsəd, çox sadədir, daha çox pul qazanmaq. Biznes adamı bütün digər peşələrlə müqayisədə daha çox risk edən, daha məsuliyyətlidir. Biznesmen risk edərək öz sərvətini itirmək təhlükəsi ilə rastlaşır və yaxşı iş qurduğu üçün pul qazanır. Sizcə bu zaman biznes adamının kiminsə qarşısında borcu varmı?! Yoxdur. Əsla yoxdur.

Sosial məsuliyyət tənbəllik xasiyyəti yaradır. Hər şeydə bu belədir… qazandığı pulu necə başqasına vermək olar? Nə məntiqlə, nə sosial məsuliyyət? AZTV-in sözü olmasın, Avropa ölkələrində işsizlərə verilən məvaciblərin yüksək olmasına görə, əhalinin məhsuldarlıq dərəcəsi aşağı düşür.

Biznes adamı sosial məsuliyyəti düşünsə biznesin effektivliyi əldən gedər. Bilirsiz… güclü biznes adamı xərcləri minimum səviyyədə saxlamalı, gəlirləri artırmalıdır. Xərc mənbəyi kimi, butün elementlər iştirak edə bilər: işçilər, avadanlıqlar, binalar və s. Düşünün ki, biznesmen hansısa bir işçini işdən çıxarmır… düşünür ki, bu işçinin ailəsinə pul ehtiyyacdır. Sizcə bu doğrudurmu? İşini yaxşı görə bilməyən adamın, evdə onun əlinə baxan adamının olduğuna görə işdə saxlamaq doğrudurmu? Əsla yox. Biznes rasional düşüncəni sevir. İşini bacarmayan, xərc mənbəyi olan işçi mütləq işdən getməlidir. Heçnəyə baxmadan.

Bir vaxtlar dünyanın ən varlı insanı hesab edilən, Walmart şəbəkəsinin sahibi Sem Uelton amerikada kiçik və orta biznesin düşməni statusunda idi. Hansı şəhərdə Sem yeni mağaza açırdısa, həmin şəhərdə kiçik mağazalar bağlanırdı. Onlar heç bir şəkildə Walmartla rəqabət apara bilmirdilər. Amma unutmaq olmaz ki, məhz Sem Ueltonun açdığı yeni mağazalara görə Amerikada əhalinin rifahı daha yaxşıya döğru dəyişib. Necə? Çox sadə… Walmart qurduğu effektiv biznes model nəticəsində əhaliyə eyni məhsulu daha ucuz qiymətə təklif edə bilib. Biznes effektivliyi sevir. Effektivlik olan yerdə sosial məsuliyyət haqda danışmaz sadəcə gülüncdür.

Bəzən… populist statuslar yazırlar… “bizim məqsədimiz ölkənin rifahını yaxşılaşdırmaqdıknjknfdjnjn…” dostum gülüncdür! Sadəcə gülməlidir. Biznes adamının məqsədi ölkənin rifahını yaxşılaşdırmaqdırsa, əmin olun, o biznes adamı deyil, sadəcə məmurlardan pul tapıb, gələcək arzusu isə nazir olmaqdır. Biznes adamı ölkəni deyil, öz cibini düşünməlidir. Ölkəni düşünmək üçün… hökümət var. Vergilər Nazirliyi var, Gömrük Komitəsi var, nə bilim… DTX var!)) Bilmirəm, kim fikirləşir fikirləşsin, amma biznes adamı sadəcə cibini düşünməlidir.

Hökümətin rolu, biznes adamlarına maksimum imkanlar yaratmaq və fiskal siyasətlə sosial layihələr üçün maliyyə qaynağı toplamaq olmalıdır. Əksi olan anda, hökümət biznes, biznes adamı sosial məsuliyyət haqda düşündüyü anda… məmur biznesləri çiçəklənəcək. Sosial məsuliyyətdan danışan biznesmenin pulu necə qazandığına baxmaq lazımdır, əmin olan qaynaq biznesin özü olmayacaq.

Bizneslə məşğul olmaq bizim əsas məqsədimiz gördüyümüz işlərin effektivliyi artırmaqdır. Ümumiyyətlə iqtisad elminin əsas prinsipini daim yadda saxlamaq lazımdır: Resurslar məhdud, ehtiyyaclar sərhədsizdir. Deməli güclü biznes adamı, minimum resurslardan istifadə edərək, maksimum fayda təklif edə bilirsə, onun işləri super olacaq! Heç bir sosial məsuliyyət, heç bir xəstaxana tikmək, heç bir pensionerlər üçün istirahət yeri tikmək həfəd olmalı deyil. Belə olarsa, biz biznesimizi inkişaf etdirə bilmərik…

Əziz oxucu, biznes adamının ən böyük sosial məsuliyyəti gördüyü işi daha effektiv həyata keçirə bilməkdir. Daha çox pul qazanmaqdır. Yalnız bu fikiri prioritet götürməklə güclü sahibkarlar dünyada olur. İnanın mənə, heç bir güclü biznes sosial məsuliyyət haqda düşünmür, sadəcə bəzən daha çox səhm satmaq, daha prestijli görünmək üçün özünə sosial məsuliyyətli “donu” geyindirir!

Vəssalam. Sosial problemləri deyil, cibinizi düşünün. Digər suallar üçün əmək haqqı alan adamlar var. Hərə öz işini gördükdə effektiv olur.

P.S. Bu bloquda mən sosial məsuliyyət üçün yazmıram… sadəcə xobbimdir. Fikirlərimi paylaşılaram, bir növ mənim üçün “tribuna” rolunu oynayır!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Ilkin bəy salam.
    Social Responsibility haqqında yazırsınızsa yəqin bununla bağlı mövcud nəzəriyyələrdən xəbəriniz var. Yuxarıda müdafiə etdiyiniz Shareholder nəzəriyyəsinə əsasən həqiqətən də şirkətlərin yeganə bir məsuliyyəti var o da səhmdarları qarşısında olan məsuliyyət, yəni gəlirlərin artırılması. Yuxarıda qeyd etdiyiniz məqamların əksəriyyəti bu nəzəriyyənin bahisi hesab edilən məşhur iqtisadçı Milton Friedman-ın 1970-də New York Times Magazine-də çıxmış olduğu və çox məşhur olan “The Social Responsibility of Business is to Increase its Profits” məqaləsində (http://umich.edu/~thecore/doc/Friedman.pdf) qeyd olunub. Amma bir məqam xaric və önəmli bir məqam xacir. Sizin yazınıza əsasən şirkətin məqsədi yalnız pul qazanmaqdır və yəni pul qazanmaq üçün hər şey edə bilər. Məsələn, işçilərinin hüquqlarını pozsa da olar, uşaq əməyindən istifadə etsə də olar. əhalinin içməli su kimi istifadə etdiyi su hövzələrinə çirkab və ya tullantı kimyəvi məhsulları sızdırsa da olar! Siz yazınızda bu məqamı qeyd etməsəniz də yazınızdan dolayısı ilə belə nəticəyə gəlinir, ən azı əksi qeyd olunmayıb. Əsaslandığınız nəzəriyyənin banisi Friedman adını çəkdiyim məqaləsində belə qeyd edir:
    That responsibility is to conduct the business in accordance with their desires, which generally will be to make as much money as possible WHILE CONFORMING TO THEIR BASIC RULES OF THE SOCIETY, BOTH THOSE EMBODIED IN LAW AND THOSE EMBODIED IN ETHICAL CUSTOM.
    Önəmli olan və sizin qaçırdığınız məqamı işarələyirəm. Şirkətlərin qazanc istəkləri qanunvericilik və etik normalar çərçivəsində olmalıdır. Bu məqamı mütləq mənada qeyd edin, yoxsa yazınıza əsasən şirkətlər qazanc ovuna cıxdıqda qarşılarında heç bir sərhəd olmadığı qənaətinə gəlinir.
    Ümumilikdə isə CSR ilə bağlı məşhur olan əks nəzəriyyə Freeman tərəfindən yaradılmış Stakeholder nəzəriyyəsidir ki, bu nəzəriyyəyə əsasən şirkətlər sosial məsuliyyətli olmalıdırlar və araşdırmalara görə “ investments in CSR can lead to welfare increase (Forest, Stavins & Vietor 2008) and bring about economic efficiency (Leming 1998)” (üzərində işlədiyim məqalədən bir hissə). Araşıdacağınız təqdirdə, həqiqətəndə CSR-iyə çəkilən xərclərin mənfətin artımın təsirinə etdiyi ilə bağlı araşdırmalara rast gələcəksiniz.

    Belə bir sual: Sizin bir şirkət olaraq xəstəliklərdən əziyyət çəkən üşaqlara yardım etmənizin sizin şirkətinizin imicinə və dolayısı ilə gəlirlərinə təsir etməzmi? Stakeholder nəzəriyyəsinin tərəfdarları da bunu iddi edir. Sosial məsuliyyət yönümlü xərclər nəticə etibari ilə səhmdarlrın gəlirlərinin artırılmasına xidmət edir. Zatən şirkətin məqsədi də bu deyilmi????

    Sosial məsuliyyətli olmaq üçün heç də xəstəxana və ya istirahət yerləri tikməklə məhdudlaşmır, daha az xərc tələb edən amma cəmiyyət üçün önəmli olan fəaliyyətlər mövcuddur.

    Insanlar fərdi şəkildə cəmiyyət üçün yararlı olmaq üçün nələrsə edə bilər amma şirkətlər səviyyəsində olduqda bunun miqyası və əhəmiyyəti daha geniş ola bilər.

    Sonda: Sizin yazıları bu sahə ilə maraqlanan gənclər oxuyur və elmi əsası olmayan və zəif arqumentər gətirdiyiniz yazı palyaşmanız əslində cavan nəsli yalnış yönləndirmənizə səbəb olacaq. Gələcəyin sahibkarları olan hazırkı tələbələr sizinı bu yazınızı əsas olaraq götürsə və gələcək fəaliyyətində yalnız maddiyyatı fikirləşsə sizin və mənim ovladlarımın yaşayacağı cəmiyyəti təsəvvür etmək belə istəmirəm. Gəlin övladlarımız xətrinə, indiki cavanları sosialməsuliyyətli olmağı aşılayaq, mən tələbələrimə aşıladığım kimi.

    Hörmətlə

    Emiliya Əhmədova
    Azerbaijan State University of Economics
    Lecturer on Marketing

    http://umich.edu/~thecore/doc/Friedman.pdf

Leave a Reply to Emiliya Ahmadova

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close