image_pdfimage_print

Əziz oxucu, real biznesdə olduğumuz hər gün yeni nələrsə öyrədir, bizi daha sistemli işləməyə sövq edir… yox səhv dedim, sövq etmir – məcbur edir. Biznes dəyişmək, yeniliklərə açıq olmağı tələb edir. Əgər bunu sahibkar (biznesin başında duran) etməsə, bazar – müştəri onu çox sərt cəzalandırır. Çox sərt. İstəyirəm yazı çərçivəsində təzəlikcə başa düşdüyüm bəzi həqiqətləri Sizinlə bölüşüm. Özünüz özünüz üçün gərarlar verərsiniz.

Sözümüz sözdür. Biz bu bloqda Sizə öz biznes həyatımızda yaşadıqlarımızı bölüşürük. Suyu az, əti çox. Diqqət edin, heç bir bloq postumuzda şəkil olmur. Bilirsiz niyə?! Çünki biz burda Sizə marketinq satmırıq. Nə var onu deyirik. Bizim bloqda çoooxlu hərf səhvləri olur, düzdür? Bilirsiz niyə düzəltmirik və ya korrektor tutmuruq (Vabi-Sabi nəzəriyyəsi yadıma düşdü) ? Çünki biz burda Sizinlə səmimiyyət edirik. Özümüzü Sizə göstərmirik. Neysə… başlayaq, başımıza gələnlərdən!)

Deməli hamınıızn bildiyi kimi, yanvar-fevral ayları mebel sektorunda ən çətin vaxtlar olur. Müştərilər gəlmir, hava soyuq olur, mebel yada düşmür və s. Təbii olaraq, bizim rayonlarda olan mağazalarımızda, satışlarımız bu aylarda xeyli düşmüşdü. Artıq 8-ci ildir ki, mebel satışıyla məşğul olduğumuz üçün, bu düşüşü sezon faktoru kimi qiymətləndirirdik… AMMA və LAKİN. Bir hadisə mənim fikirimi xeyli dəyişdim. Mən hiss etdim ki, problem yalnız sezon fakrorunda deyil, mənim işə səhv yanaşmamdadır.

Məsələnin içərisinə girdikdən sonra hiss etdim ki, bizim təklif etdiyimiz məhsul siyasəti, etdiyimiz kampaniyalar, mağazalarımızın dizaynı, satıcılarımıza yanaşmamız, mağaza rəhbərliyi ilə münasibətimiz… bir sözlə HƏR ŞEY – DƏYİŞMƏZ QALIB. Bəli-bəli. Biz son açdığımız mağazalarda, yenilikləri yalnız yeni buklet hazırlamaqla, yeni kampaniyalarla etmişik. Dolayı yolla, biz köhnəlmişik. Nəyin ki, köhnəlmişik, biz passiv qalmışıq. Bugün satışlarımızın aşağı olması səbəbi… əlbəttə qeyri-sezon amilindəndir (toylar azdıq, qışda təmir olmur, insanların maddi vəziyyəti pis olur, böhran və s.), amma əsas problem bizdədir. Biz yenilənmirik.

Xəbər tutan kimi, “əlimizdə” çıraq məhsul axtarışına çıxdıq. Müştəri təkliflərimizi dəyişmək üçün əlimizdən gələni edirik. Yeni məhsul portfeli formalaşan kimi, məhsullarımızı yönəli kampaniyalar təşkil edəcəyik və s. Bildiyimiz, “dədə-babadan” qalan 4P. Nəticələr barədə Sizə yazacam. Maraqlı olsa oxuyarsız, yaxşı? Bloqu izləsəniz, əlbəttə.

Eyni problem (yenilənməmək) başqa motivlərlə German Studioda var idi. Orda hər il, alman partnyorlarımız yeni kolleksiyalar təqdim edirdi. Çalışdığımız şirkətlər hər il, bizə yeniliklər təqdim edirdi… amma bir məsələdə biz səhv edirdik. Azərbaycan müştərisi, əvvəl ki, müştəri deyildi. Başqa sözlə desək, devalvasiyalardan sonra Azərbaycan isteklakçısı premium mətbəx dedikdə başqa qiymət düşünürdü. Biz bunu vaxtında bildik, yeniləndik. Çox sevindirici haldır ki, bugün German Studio keyfiyyət-qiymət mütənasibliyi olaraq mükəmməl mətbəx mebeli təklif edə bilir. Məhz vaxtında yeniləndiyimiz üçün.

Maraqlı bir söz yadıma düşdü: “Əgər Siz daha əvvəl etdiklərinizi edirsinizsə, heç vaxt daha uğurlu ola bilməzsiniz” nesə belə bir şey, dəqiq yadımda qalmayıb.

Biznes özündə daim yenilənməyi tələb edir. Miqyasından asılı olmayaraq, əgər biz yenilənmiriksə, deməli müştəri bizdən qaçacaq. Çox sadə məntiqdir, insanlar dəyişir: onların yaxşı/pis, bahalı/ucuz, gözəl/eybəcər və s. dəyərləri dəyişməklə paralel özləridə dəyişir. Əgər bizdə bu yeniləklərə uyğun olaraq özümüzü dəyişə bilmiriksə, müştəri bizi daha yenilikçi birinə tərcih edir. Çox banal səslənir!? Dostum, biznes bu banal – sadə məntiqlərin üzərində hərəkət edir. Heç bir mürəkkəb fikir biznesdə uğurlu ola bilməz. Ən çətin işlər, sadə olanlardır. Onları icra etmək çətin olur.

Hər il, Milli Marketinq Forumunun konsepsiyasında yeniliklər edilir, hər dəfə keçirilən Marketinq AİR tam yeni mövzuları özündə əks etdirir və s. Hər sahədə, yenilikçilik mütləqdir. Elementar Facebook, Instagramlar və ya ənənəvi bizneslərdən olan P&G, Coca-Cola, Unilever və ya Apple baxın. Yenilənirlər. Lider qalırlar.

Sual yaranır: yenilik mənbəyi hardan tapılmalıdır? Öz adımdan deyim, yenilik etmək üçün ən mükəmməl informasiya qaynağı – müştərilərdir. Bundan sonra, partnyorlarınız, rəqiblər, digər sahələrdə olanlar çıxış edə bilər. Müştəri qədər təsirlisi əlbəttə yoxdur. Mənim halımda əməkdaşlırımızın fikirləridə çox dəyərlidir. Bizdə əməkdaşlar, daxili müştəri olduqları üçün, xarici müştərilərin fikirlərini daha yaxşı çatdıra bilirlər.

Əziz oxucu, Sizlərədə biznesdə daim yenilikləri izləməyi və öz proseslərinizi yeniləməyi təklif edirəm. Sınayın, mütləq effekt alacaqsınız. Biznesinizdə olan problemlərə görə hər zaman, daxili səbəblər axtarın, daha sonra bu səbəblərin aradan qalxması üçün yeniliklər edin. Alınacaq. Söz verirəm!

P.S. Bu arada yadıma düşmüşkən… həyatda dəyişməz qalan dəyərlərdə var: idealoqiya, sevgi, dostluq. Sadəcə xatırlatma!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close