image_pdfimage_print

Bugün, 11 fevral ölkəmizdə ilk dəfə olaraq SAT Forum adı altında Satış Forumu təşkil edildi. Forumda ölkənin lider şirkətlərinin TOP menecerləri ilə yanaşı, Türkiyyədən gələn qonağımız Güvən Borçada iştirak etdi. Çox maraqlı oldu. Amma mən bugün Sizlərə Forumun əsas surprizi olan Filin-Fili reklam kampaniyası barədə, daha dəqiq dəsək, Fil Reklam agentliyinin təqdimatı barədə söhbət etmək istəyirəm.

Yazıya keçməmişdən əvvəl deyim ki, Sat Forum bizim çox saylı biznes tədbirlərimizin sırasına daha birinə yazdırdı. Ən vaciblərindən birini. Bilirsiz satış biznesin ürəyidir və Satış Forumunu təşkil etmək ölkə biznesi üçün həyatı əhəmiyyət kəsb edir. Forum təşkilatçıları kimi, Sat Group şirkətinin çıxış etməsi isə, heç təsadüfi deyildi, bununla Azad müəllim bir daha sübut etdi ki, ölkəmizdə Satış Təlimləri dedikdə ilk ağıllarda olan məhz bu dostumuz olacaq.

Foruma özəl olaraq hazırlanmış SAT kitabı isə, bizi ikiqat sevindirirdi. Çox sevinirəm ki, artıq bizim hər bir forumumuza bir kitab dərc edilir. Bu superdir…

… super olan yalnız budurmu?!

Əsla yox!

Satış Forumunda Fil reklam agentliyinin təqdimatı ümumi səhnəyə ikiqat rəng qatdı. Fil reklam şirkətinin icraçı direktoru və həmtəsisçisi isə, bizim hər birimizin yaxın tanıdığı, Forumlarımızın əsas gücü, ağıllı və işgüzar Aysel xanım Cəbrayilovadır. Bəli-bəli. Bir çox kişilərin böhran dövründə bizneslərini bağlayıb, korporativ şirkətlərdə işləməyə getdiyi dövrdə, Aysel xanım, Kapital Bankda olan korporativ karyerasını deyil, şəxsi biznesi tərəf seçim etdi.

Sizi əmin edirəm bugün Ayselin etdiyini çox az adam edə bilər və Sizi əmin edirəm ki, indi Ayselin Kapital Bankda olan yeri uğrunda, boş vakansiya uğrunda “mübarizə”  gedir.  Başqalarıda danışır!)) Həyat bələdir, güclülər, hər zaman öz biznesini qurur. Zəiflər isə, qurulan bizneslərə, görülən işlərə baxıb tənqid edir. Normaldır. Biz artıq bu hadisələrə gülürük!)

Aysel xanım, biznesin çox sadə qanunu mükəmməl bilir – danışmaq yox, işləmək lazımdır. Yadıma düşür, Fil reklam agentliyi ideyası ilk çıxdığı vaxtlar (təxminən 3 ay bundan öncə) şirkətinin yaradılması, bazara girməsi barədə müzakirələr gedirdi. İlk baxışdan çox riskli idi. Özünüz düşünün, bugün reklam şirkətləri bazardan çıxır, digər tərəfdən bir xanım, biznesə girmək istəyir!

Fil reklam agentliyinin tizer konsepsiyası hazırlandı, çox maraqlı idi. Nə az, nə çox düz 2 aya qədər (dekabr ayının 27-dən) tizer reklamlar başladı… reklam konsepsiyası sistemli düşünülmüşdü. Filin-fili adlı Facebook səhfəsində satirik tərzdə reklam-marketinq istiqamətləri barədə postlar dərc edilirdi. Butün sektoru səhfəni izləyirdi. Hamı. Hətta bir çox postlara verilən kommentləri gördükdən, gülməyimizi güclə saxlayırdıq. Son vaxtlarda bir-başa olaraq bizi tənqidə kekmişdilər… “dözürdük”))

Darıxırdım evdə yenə, gəzişirdim internetdə…

Hardan çıxdın sən qarşıma, bu axşam eee, filin-fili…

Qorxma filim dəyməz sənə, o mərhəmətli əyləncəli, mənim filim gözəldir.

Fil gəlir, yol verin…

Sizdən nə gizlədim, Forumda ən sevdiyim an, bu mahnının, Fil mahnısının təqdimatı oldu. Super idi… 

Fil reklam agentliyi Marketinq AİR ailəsinə çox doğmadır. Bir tərəfədn Aysel xanım Marketinq AİR məzunudur, digər tərəfdən reklam agentliyinin təsisçiləri arasında yaxın dostlarımız var. AMMA ən əsası… Fil reklam agentliyini doğma edən biznesə olan yanaşmadır… Sizə əminliklə deyə bilərəm ki, bu şirkət çox uğurlu olacaq. Bilirsiz niyə?

  1. Şirkətin rehbəri dijital marketinq sahəsində professionaldır. Aysel xanım, ölkəmizdə keçirilən Dijital Marketinq Konfransının yaradıcılarından olmaqla yanaşı, uzunmüddət ölkənin aparıcı şirkətlərində sosial medianın idarəedilməsində böyük rola malikdir. Bank of Baku-nun təşkil etdiyi “Məhdudiyyətlərə meydan oxuyaq!” korporativ məsuliyyət və ya Kapital Bankda təşkil edilən “Sən 1 dənədir” kampaniyasının iştirakçısı reklam agentliyi qurursa… deməli bu şirkət biznesin ən vacib dəyəri olan müştərini yaxşı başa düşəcək.
  2. İşə ciddi investisiya qoyulub. Mən artıq 2 aydır görürəm, Sizdən mütləq gedib baxarsız… şirkət özünə mükəmməl ofis hazırlayıb. Ən son kompyuter texnikası, mükəmməl ab-hava, bir sözlə… mütləq Fil reklam agentliyinin ofisinə gedin – Dəmirçi Biznes mərkəzində yerləşir. Aysel xanımın işə yanaşması, ofisdən içəri girən kimi hiss edilir. Bilirsiz, əgər biznesə ciddi yanaşmanın birinci subutu qoyulan investitsiyalardır. Aysel Cəbrayılova Fil reklam agentliyinə həmtəsisçilərlə birlikdə ciddi investisiya qoyub.
  3. Komanda formalaşıb. Fil reklam agentliyinin artıq ikinci aydır ki, ştatı demək olar ki, 70% tam hazırdır. İstər dizaynerlər, istər operatorlar, istərsədə kreativ direktor tərəfindən agentlik ən mükəmməl kadrlarla “silahlanıb”. Biznesdə kadrlar uğurun böyük hissəsi deməkdir. Amma… burda bir məsələyə diqqət edin. Ən mükəmməl kadrlar yalnız, mükəmməl rəhbərin yanında olurlar. Aysel xanım, Kapital Bankdan ərizə yazaraq işdən çıxması və öz bilik, vaxt, bacarığını tam olaraq Fil reklam şirkətinə həsr edir. Bu əsl biznesdir.
  4. Müştəri portfeli var. Fil reklam agentliyi artıq kifayət qədər müştəri bazasına malikdir. Bu o deməkdir, agentlik tam olaraq sıfırdan qurulsada ilk dövrlərdə satışları mütləq olacaq.

Əziz oxucu, Aysel xanımın rəhbərlik etdiyi şirkətin uğurlu olacağına çox inanıram. SAT Forumda Filin təqdim edilmə üsulu sözün tam mənasında marketinq dərsliklərinə düşəcək formadadır. Fəxr edirəm ki, Azərbaycanımızda belə ürəkli, işini sevən, risk etməyi, öz üzərinə məsuliyyət alıb, ciddi bizneslə məşğul ola biləcək xanımlarımız meydana çıxır.

Fil reklam agentliyinin seçdiyi mükəmməl bir sloqan var… dost agentlik… inanıram ki, Fil öz fəaliyyəti adını daşıdığı səhfə kimi Full işləyəcək və yaratdığı reklam kampaniyaları ilə fil boyda uğurlar yaradacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close