image_pdfimage_print

Bugünlərdə sosial şəbəkələrdə qonşu Gürcustanda 6 mln.-cü turisti qarşılama mərasimi böyük populyarlıq qazanıb. Nə demək olar… qonşularımız işləyir! Sozün tam mənasında, baş nazirindən tutmuş, adi biznesmeninə qədər. Son illər Gürcustanda böyük inkişaf erasına qədəm qoyub. Ən əsası isə… Gürcülər bunu sabun köpüyü kimi etmirlər. Bugün Gürcustanın istənilən uğurunda, xalqın “qabar əlləri” hiss edilir. Bilirsiz niyə?

Çox sadə – Gürcustanda məmur bizneslə, biznes adamıda məmurluq məşğul deyil. Burada hamı başa düşür ki, məmur – dövlət qulluqçusu biznesə, iqtisadiyyata xidmət etmək üçündür. İcazə versəniz bu yazıda ürək ağrısı ilə qonşumuz haqda bir neçə fakti nəzərinizə çatdırım. Açıq deyim… ürək ağrısı. Açıq deyim… paxıllıq hissi ilə. Açıq deyim… niyə bizlər bunu edə bilmirik… suallını özümə verə-verə. Açıq deyim… ölkəmizdən gələn neft qoxusuna… nifrət edərək. Neysə, keçək suallara.

Bilirsiz bu reklamın gücü nədədir? Səmimiliyində. Ölkənin baş naziri… baş nazir ay kişi… reklamda turisti qarşılayır. Bundan sonra hansı məmur Hotel işlədən bir biznes adamına qarşı məniyə törədər. Biznesdə süni qiymət olmur, süni maniyələr olur… əzizlərim!)

Yadıma gəlir Gurcustanla ilk tanışlığım, 1999-cu illəri təsadüf edir. Həmin vaxt mən, Yunanıstanın Saloniki şəhərində keçiriləcək, Şahmat üzrə Avropa Çempionatına getmişdim. Səfər məqsədi ilə Batumidən, Türkiyyə keçirdik. Həmin dövrlər Gurcustan çox kasıb, çox zəif görünürdü. Batumiyə, türklər təzə-təzə ayaq basırdı. Ölkə müharibədən təzə çıxmışdı, hər addımda rüşvət var idi. Yadıma gəlir, tamojnuda bizdən pul istəmişdilər, bizdə yarışa gedirik – şahmatçıyıq demişdik. Bir sözlə Gurcustan rüşvət yuvası idi.

Daha sonra tanıdığım Gurcustan, Embawood çalışdığım dövrü təsadüf edirdi. Bu zaman, Sarkaşvili hakimiyyətə gəlmişdi. Təxminən 2006-ci illəri danışıram. Gurcustanda biznes üçün tam yaşıl işıq yanırdı, bu haqda hələ 2012-ci ildə bloqumuzda ətraflı yazmışdıq. Çoxlu xarici investisiyalar cəlb edilirdi və ən əsası ÜDT (Ümümdünya ticarət təşkilatı) üzv olma prosesi gedirdi. Gömrük, Vergi, qanunvericilk tam liberallaşmışdı. Amma əlbəttə ölkədə ciddi problemlər var idi. Hər şey çox yavaş templərlə inkişaf edirdi. Sarkaşvili ikinci dəfə prezident seçildikdən sonra, ölkə turizmdə daha əzmlə inkişaf etməyə başladı.

Daha sonra mənim Gurcustanla əlaqə daha sıx olmağa başladı. Xatırlayıram bir dövr var idi… hər ay Gurcustanda ezamiyyədə olurdum. Gurcustanı, gurculəri yaxşı tanımağa başlamışdım. Aydın şəkildə hiss edilirdi ki, dinamik inkişaf olacaq bu ölkədə.

Xarırlayıram, keçən il, Tbilisidən tranzit olanraq gələndə, hava limanında hədiyyə olaraq bizə çaxır verəndə, başa düşdüm ki, burada biznesi, marketinqi, brend qurmağı konseptual olaraq başa düşürlər. Bilirsiniz… bilirsiniz ki, Milli Brend qurmağın yolu, strateji yol xəritəsi qurmaqla olmur və ya adında “Dövlət” sözü olan, Neft şirkətimizin xalqa demədən… gizlincə Avropa Çempionatında sponsorluğu bizi tanıtmır. Milli brend ardıcıl və sistemli fəaliyyət nəticəsində olur. Biz Milli Brend üçün nə edirik?

Hərdən düşünürəm ki, həqiqətəndə neft bizim üçün bu qədər problemlər yaradıb? Ölkədə olan biznesləri şikəst edən məmurların kökü həqiqətən neftdədir? Bilmirəm. Amma 100% bilirəm ki, ölkəmizdə böyük holdinglər məmurlar tərəfindən sosial təyinatla istifadə edildikcə, bizim Gurcustanla aramızda böyük fərq olacaq. Öz aramızdı, adlarını bildiyiniz Holdinglər gəlir gətirməz nə olacaq, gətirməsə… onsuzda onu quran adamların başqa yerdən böyük qazancı var. Böyük sözü bir-az yumşaq səslənir, hə?)

Siz elə bilirsiniz bizdə olan Şamaxı, Quba və ya Bakıda olan brend Hotellər Gurcustandan geri qalır!? Yox qətiyyən yox. Sadəcə bizim Hotellər əziyyətsiz tikilib, neft pulu ilə tikilib və təbii olaraq tikənlər qiymətini bilmir. Bizim məmur biznesmenlər bizneslərini öz yağlarında bişirməyiblər. Nəticədə işlədə bilmirlər.

Siz düşünürsüz biz ölkəmizin tanıdılması üçün xərc çəkmirik? Çəkirik. Fantaskik pullar ödəyirik. Elə bilirsiz bu reklam çarxının çəkim və ya yayınlama budcəsi Gurcustandan azdır!? Qətiyyən. Sadəcə bizim problemimiz pulumuzun çox olmasındadır. Biz reklam çəkirik Euronews qoyuruq, Gurcustanda sosial şəbəkəyə… nəticə yenədə göz qabağındadır.

Necə ola bilər ki, bizim təyyarə biletlərimiz qonşu Gurcustanda daha bahadır? Həqiqətən. Necə ola bilər? Bizim pulumuz daha çoxdur, deməli təyyarənin daha yaxşısı alırıq, bizim neftimiz var – benzin ucuzdur. Hava limanı bizim. Necə ola bilər? Bilmirəm. Nəticəni bilirəm, orta statistik Azərbaycanlı xaricə AZAL-a uçmur. Nəyin ki, uçmur, Azərbaycandan uçmur. Tiflisdən uçur. Niyə? Niyə bunu biz həll edə bilmirik?

Əziz oxucu, mən çox istəyirəm ki, Azərbaycanımız daha güclü olsun. Axı bura bizim vətənimizdir. Biz burada doğulmuşuq, bir bura mənəvi cəhətdən borcluyuq. Mütləq və mütləq bizdədə sistemli biznes olacaq. Son illərdə olan yeniliklər müsbət tərəfədir. Heç şübhəsiz ki, ölkəmizdə 2012-2014-cu ildə olan məmur özbaşnalığı indi o qədər deyil. İndi biznesmenə daha çox hörmət var. Əlbəttə elədə olmalıdır və Azərbaycanımız tezliklə daha sistemli olacaq.

Biz demirik ki, niyə Gurcustana bizdən çox turist gəlir. Qətiyyən yox. Hər ölkənin öz inkişaf strateqiyası var. Sadəcə biz yaxşılardan dərs almalıyıq və bugün Gurcustan bizə mükəmməl dərs verir. İnanıram ki, tezliklə bizim ölkəmizdədə prioritet inkişaf istiqamətləri aydın şəkildə görünəcək (kağızda yox, əməldə) və bizim haqqımızdada kimlərsə qibtə ilə danışacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close