image_pdfimage_print

Əziz oxucu, dünən Azərbaycan – Almaniya oyununa baxdıqdan və məyus olduqdan sonra dostlarımızla ölkədə olan biznes vəziyyəti barədə söhbət etdik. Masa arxasında istər biznes biliklərinə, istərsədə konkret etdiklərinə görə hörmət etdiyim şəxslər oturmuşdu və onlarla müzakirələr etdik – məmur biznesindən danışdıq.

Danışdıq ki, ölkəmizin rifahı üçün biznes adamları məmurluq, məmurlarda biznesmenlik etməməlidir. İnanırsız, hərə öz işini görsə nə qədər super olar… Özünüz diqqət edin…

Ölkəmizdə olan böyük holdinglərin demək olar ki, hamısı məmurlar tərəfindən biznesdən qazanılmayan pullarla qurulduğuna görə, cəmiyyətimizdə səhv düşüncələr formalaşır. Biznes cəmiyyət qarşısında az qala borclu çıxarılır. Bizə elə gəlir ki, biznes adamı qazandığı pulu bizdən icazə alıb xərcləməlidir. Əlbəttə, pulu xalqı soymaqla qazanan cinayətkar, xalq qarşısında borcludur. Amma halal pul qazanan biznes adamını borclu çıxarmaq qorxuludur.

Necə deyərlər… “xüsusi” yollarla pul qazanan adamlar, pulu xüsusi formada xərcləyə bilər. Amma halal pul qazanmış adam, Sosial Müdafiyə, Vergi və ya Təhsil Nazirliyinin işini görməli deyil. İnanın deyil. Hərənin öz işi var.

Biz, Sosial Müdafiyə, Təhsil, Mədəniyyət, Vergi, Gömrük kimi dövlət qurumlarının fəaliyyətsizliyindən deyil, bu fəaliyyətsizlik nəticəsindən parlayan problemə fokus oluruq. Gücümüz kimə çatır ona qışqırmaq istəyirik? Bilmirəm. İstəmirəm bu faktla razılaşım. Heç istəmirəm. AMMA…

Bir tərəfdən ölkəmizdə şəhid ailəsinin kredit borcunu silmədiyinə görə, hansısa biznes tənqid edilir, digər tərəfdən heç kim (içi mən qarışıq) Sosial Müdafiyə Nazirindən soruşmur ki: “ay qardaş sən hara baxırsan… və s.”

Bir tərəfdən ölkəmizdə mağaza daxilində rus işçinin, Azərbaycan dilinə hörmətsizlik etdiyi üçün ZARA-ya münasibət bildirilir, digər tərəfdən içi mən qarışıq bir nəfər dururb demir ki, “ay Miqrasiya Xidməti, ay İqtisadi İnkişaf Nazirliyi sən hara baxırsan…” və s.

Bir tərəfdən kitabların qiyməti bahadır deyirik, digər tərəfdən Təhsil Nazirliyinin islahatlarında etdiyi səhvləri, şoumenlik etməsinə göz yumuruq. Gücümüz kitab mağazasına çatır axı…

Bir tərəfdən Azərbaycan yığmasında olan futbolçular tənbəllikdə danlanır, digər tərəfdən soruşulmur ki, “Ay Socar sən pulu, xalqın, neft pulları futbola necə xərcləmisən?” və s.

Neysə, mövzunu çox uzatmadan Sizlərdən bu istiqamətdə yazdığım 5 yazını imkan daxilində oxumağınızı xahiş edirəm, oxumusunuzsa çox sağ ol deyirəm.

Dostlar oxuyun, əminəm ki, Sizdə mənim kimi düşünəcəksiniz. Dövlət Qulluqçusu – dövlətə qulluq etməlidir, biznes adamı – Vergi verməlidir, Müəllim – öyrətməlidir və s.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close