image_pdfimage_print

Əziz oxucu, çoxlarınızın bildiyi kimi, mənim biznes karyeram marketoloq olaraq başlayıb. İlk olaraq əyalətdə olan KUR kompyuter fabriki, daha sonra Embawood-da marketoloq olaraq işə başlamışam. KUR-də cəmi 2 ay işlədiyimdən əsas iş – karyeram Embawood əlaqəlidir. O vaxt işə düzələndə şirkətdə ən az əmək haqqı alan mərkəzi ofis işçisi edim, işdən çıxanda ən yüksək əmək haqqı alanların sırasında idim… AMMA bugün mən Sizə şirkətdə əmək dəyərini qaldırmaq üçün nə etmək lazımdır sualı barədə deyil, marketoloqlar haqda fikirlərimi paylaşmaq üçün yazıram.

Beləliklə… marketoloqlar barədə bugünə qədər heç vaxt demədiyim, amma şəxsi təcrübəmlə sınadığım bir neçə məsələni Sizlərə deyəcəm. Amma xahiş edirəm, heç kimə deməyin!)

İlk əvvəl deyim ki, Azərbaycan meyarları ilə marketinq direktoru olaraq çox uzun yol getdiyim kimi görünür. Özünüz düşünün, Azərbaycan brendi olaraq dünyanın 10-dan çox olkəsinə məhsul ixrac edən şirkətdə qlobal marketinq direktoru olmaq insana çox şey öyrədir. Bəli-bəli. Fəxarət hissi ilə demək istəyirəm ki, bizim eks-işçilərdən ibarət komanda bugün ölkənin aparıcı şirkətlərində marketinq direktoru olaraq çalışan ulduzlar ibarətdir. Halal olsun!

Keçək əsas məsələyə – sirrlərə:

Sirr № 1 – marketoloqları dinləməyin. Əgər Siz hansısa şirkətdə marketinq direktoru olaraq çalışırsınızsa, digər marketoloq dostlarınızın dediklərini tam iqnor edin. Onlar səhv deyirlər. Hətta onların dediklərini əskinə edin. Marketinq peşəsinin işi müştərini başa düşmək olduğu halda, Sizin şirkətdə çalışmayan marketoloqlar bunun tam əksini edəcək. Hətta onlardan nəyisə soruşub əksini etsəniz uğurlu olma şansınız çoxalır. Öz praktikamdan danışım…

… deməli, bizim bir kampaniyamız var idi – Bahar fürsətləri. Söhbət vaxtına çəkər. Bu kampaniyada mebel alan müştərilərə yataq örtükləri hədiyyə edilirdi. Söhbət 2009-cü ilin (!) mart ayından gedir. Kampaniya başladıq və həmin vaxtlar mak.az saytından forumlar var idi – mak.forum – orda bizi bir tənqid edirlər, bir tənqid edirlər gəl-görəsən. Az qalıram utandığımdan çölə çıxmayım (o vaxt özgüvənim az idi, indi tənqidləri oxuyanda daha güclü oluram). Digər tərəfdən satışlar rekord qırır – müştəri xoşbəxtdir. Şirkətdə hamı bizi təbrik edir, deyir – halal olsun-zad!) mak.forum deyir… marketoloq deyilsiz, ay reklamda belə oldu, ay müştəri belə getdi, ay kadr belə çıxdı. Neysə… bu hadisə zamanı bir-az şübhələndim ki, “marketoloqların dedikləri ilə, müştərinin dediyi arasında deyəsən əks əlaqə var!” və…

… və müəyyən vaxtdan sonra imic kampaniyası etmək istədik. Reklam çəkir – McCann… aktyor oyunu super və s. Reklam həmin il, yenədə həmin mak.foruma çıxdı, qardaş… hamı tərifləyir, hətta ən yaxşı reklam oldu – 2011-ci ilin səhv etmirəmsə… digər satışlar  – 0. Kollektiv, satış komandası mənə “topa” tutub, deyirlər, sən necə marketoloqsan, şirkətin pulu havaya gedir. Bu nə kampaniyadır-zad)) Fokus qruplarda müştərilər bizə gülür… AMMA forumlar elə demir!)) Forumlar deyir super kampaniyadır. Necə ola bilər?! Həəə, bax bu anda başa düşdüm ki, marketoloqların rəyi ilə, müştəri rəyi arasında əks əlaqə var.

Bugün, Kontakt Home, Araz marketi marketoloq dostlarımız “gülləyə” tutur – Marketinq Azərbaycanda Qrupunda və s. AMMA Sizə əmin edirəm ki, bu şirkətlər satış rekordları qırırlar. Əminəm onlar bizə gülürlər. Deməli… deməli, bu marketoloqlara çoxda-şey eləməyin!)

Sirr № 2 – Marketoloq dəyər zəncirini bilmirsə – “apar-tulla”. Hər bir biznesin özünə uyğun dəyər zənciri var. Təhçizat zənciri demirəm, dəyər zənciri deyirəm. Düşünsək ki, biznesin məqsədi dəyər yaratmaqdır, deməli marketoloq biznesin əsas siması kimi dəyər zəncirini formalaşdırmaqda əsas adam rolunda çıxış etməlidir. Düzdür? Çox təəsüf ki, bugün marketoloqları biznesin dəyər zənciri barədə ümumiyyətlə xəbərsiz olurlar. Məhz buna görə marketinqlə – sahibkar arasında “uçurum” yaranır.

İşə – kollektivə gələn istənilən marketoloqa ilk əvvəl şirkətin müştəri üçün hansı dəyəri yaratdığını və bu dəyəri necə yaradıldığı izah edilməlidir. Marketoloq brendin imicini formalaşdırmaq üçün başa düşməlidir ki, brend necə dəyər formalaşdırır. Kobud desək, sahibkar pulu necə qazanır. Müştəri niyə məhz bizdən alır. Bu suallar çox bəsit görünsədə, inanın ki, ölkəmizdə çalışan marktinq direktorların çoxu bu sadə məntiqi tuta bilmir.

Yadıma gəlir, Türkiyyə bazarına girmək üçün həmin ölkədə böyük araşdırılma sifariş verildi. Müştəri araşdırması, seqmentasiya, satış kanalları və s. Sonda nəticələr çıxmışdı, amma o ölkədə bizim dəyər zəncirimiz formalaşmamışdı. Başqa sözlə desək, biznesin hansı üsullarla pul qazanmağı düşündüyünü bilən yox idi. O gün, bugün mənim üçün dərs oldu ki, marketinq – brend strateqiyalar əslində əməliyyat strateqiyası, müştəri dəyər zənciri olmadan tam olaraq havadır.

Sirr № 3 – ən dəyərli marketinq kitabı (təlimi və s.) müştəri müşahidəsidir. O vaxtlar ayda minimum 5-6 marketinq barədə kitablar oxuyurdum. Həmdə dissertasiya yazdığımda nəzəri tərəflərim pik həddə çatmışdı. Ancaq o haqda düşünürdüm, marketinq strateqiyası, müştəri davranışları və s. və ilaxır… Mənə elə gəlirdi ki, hər il təlimlərə gedərək, çalışdığım şirkətə daha faydalı ola bilərəm…

… amma bugün bilirəm ki, ən dəyərli kitab müştəri başa düşməkdir. Onlarla söhbət etməkdir və s. Hal-hazırda öz şirkətimdə hansısa marketinq kampaniyası edəndə ideya məndə gəlibsə… böyük ehtimal uğursuz olur. Təsəvvür edirsiniz?! Amma əgər bu ideyanı mağazalarımızda çalışanlar verirsə super olur. Effektiv olur. Bir daha deyirik, ən dəyərli marketinq kitabı, müştərinin istəklərini başa düşmək, onu dinləməkdir. Onu oxuyun. Ona diqqət edin.

Inanıram ki, dediklərimiz Sizlər üçün faydalı olar… mənim marketinq karyeram bitib, paylaşmaq istədiklərimi Sizlərə mütəmadi deyəcəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Close