image_pdfimage_print

Əziz oxucu, son vaxtlar çox sadə bir məsələnin şahidi olmuşam. Müasir marketinq, brend idarəetmə məhz xırda detalların üzərində inkişaf edir. Başqa sözlə desək, fil satmaq üçün, fildən çox üstündə veriləcək bül-bül əhəmiyyət kəsb edir. İstəyirəm bloq çərçivəsində mövzu barədə fikirlərimi Sizlərlə bölüşüm.

İlk əvvəl deyim ki, bloqumuz çərçivəsində gündəlik başımıza gələn hadisələrə “marketinq”, “Biznes” gözü ilə baxmağa çalışırıq. Bloqumuzun qaydalarını dəyişmədən. Sizə ya öz biznesimizdə başımıza gələnlər barədə, ya da gündəlik həyatda olanlardan danışırıq. Öyrətmirik, paylaşırıq. Bugün başıma gələn hadisədə indi Sizə yazdığım bloqun fundamenti rolunda olub…

… deməli, “dədə-baba” qaydası ilə booking.comda Hotel rezervasiya etmək üçün daxil olmuşdum. Tbilisidə 3 günlük səfər edəcəkdim. Daha əvvəl Tbilisidə qaldığım yerlərin qiymətləri məni pis mənada təəvübləndirmişdi, əvvəl olan qiymətlər arasında qiymətlər minimum 40% yüksək idi. Novruz Bayramı ərəfəsində Tbilisədə Azərbaycanlıların axını hiss edilirdi. Neysə… booking.comdan qızımında təkidi ilə çox gözəl görünüşü olan mənzil (apartment) rezervasiya etdim.

Bugün Tbilisdə olduq və mənzilin açarlarını götürüb içəri qirdikdə hiss etdim ki, yalnız Gürcustanın baş naziri bizim baş nazirimizdən irəli deyil… evini adi formada icarəyə verən Gürcu belə işinə daha kreativ yanaşır. Necə? Çox sadə, mənzildə bizi gözləyən sadə, amma son dərəcə xoş detalları Sizlərə deyib, yazımıızın əsas tərəfinə keçəcəm. Beləliklə:

  • Mənzildə tamamiylə ödənişsiz içi dolu meyvə qabı, çay, konfet, içməli su var idi. İcarədar bizim Azərbaycandan gəldiyimizi bilib, iki növ qara çay almışdı: onlardan biri Azərçay idi və təbii olaraq bunu mənə göstərdi: “Xüsusi olaraq Sizin üçün almışam…” dedi;
  • Mənzildə TV açıq idi və orada olan bir kanalda Nickelodeon göstərirdi. Bu çox xırda detal idi, amma bizim uşaqlar içəri girdikdə bunu soruşub. Əvəzində arendator bizədə demədən kanalı açıb evdən çıxıb. Təsəvvür edirsiniz?
  • Mənzilin sahibi, bizim üçün Tbilisidə uşaqlarla gəzmə planı yazıb masaya qoymuşdu. Sadəcə düşünüb ki, əgər 2 böyük, 2 balaca bir mənzildə qalacarlarsa bu bizə maraqlı ola bilər… nə gizlədim çox dəyərli məlumatdır, mənim üçün və s.

Əziz oxucu, müasir marketinq xırda detalların üzərində hərəkət edir. Bugün Gürcü icarədarın etdikləri heç bir şəkildə dövlət, hökümət və ya baş nazir tərəfindən edilməyib. Adam sadəcə işini sevir, müştəriləri ilə uzunmüddətli münasibət qurmaq istəyir. Heç təsadüfi deyil ki, Tbilisi hava limanında passport qeydiyyatından keçən kimi, çaxır hədiyyə edilir. Qiyməti heçnədir, amma dəyəri çoxdur. Düzdür?

Müasir biznesdə rəqabət səviyyəsi gündən-günə artır. Müştərilərlə yalnız mükəmməl məhsul təklif etmək azdır. Onların sevimlisinə çevrilmək, emosialar satmaq lazımdır. Buna gedən yol, xırda dəyərlərin üzərində işləməkdən keçir. Fil satmaq üçün, üstündə bül-bül mütləqdir. Adi bül-bül yox, müştərinin xoşuna gələcək bül-bül.

Bunun yolu əslində çox sadə, sadə olduğu qədərdə mürəkkəb görünür. Müştərini, başa düşmək, onun istədiyini təklif etmək azdır. Baza məhsuldan, müştərinin bir-başa ehtiyyacının ödənilməsindən əlavə, məhz Sizə özəl olan xüsusiyyətlər belə demək mümkünsə, Sizin öz “souzunuz” olmalıdır. Ən məhşur aşpazlar kimi, yeməyin özündən çox onunla təqdim edilən souzlarda fərqlənmək olur. Dünyada lider brendlər bu xırdaçılıqları, fil üstündə bül-bülləri yaxşı başa düşür.

Düşünə bilərik ki, çalışdığımız biznesin “bülbülünü” necə tapmaq olar? Bilmirəm. Bunu yalnız bu biznesin sahibi, başqa sözlə desək “fil”i yaradan bilə bilir. Amma bir məsələdən əminəm bülbül mütləqdir və onu yaratmaq üçün işini sevməlisən. Hər şey pul deyil, hər addımda cari (əməliyyat) mənfəətini düşünmək lazım deyil. Əlbəttə, əlbəttə ki, biznes pul qazanmaq fəaliyyətidir. Amma ciddi pul qazanmağın yolu, bəzən almamışdan öncə verməkdən başlayır.

Bəlkədə, buna görə alverlə, biznesin yeganə fərqi biznesdə verib-almağın vacib olmasındadır?! Dediklərimi düşünsəniz, Sizə çox minnətdar olaraq.

P.S. Son iki bloqun qonşularımız haqda yazılması tam təsadüfidir. Sadəcə deməyə borcluyam ki, bir türk oğlu, türk olaraq deməliyəm ki, Gurcu biznes məntiqinin formalaşmasında Anadolu türklərinin rolu çox böyükdür. Hələdə, Gurcüstanda servis-xidmət anlayışı bizlərdən çox geri qalır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close