image_pdfimage_print

Bugünlərdə çox maraqlı bir kitabı oxuyub bitirdim – The İdeal Executive (İdeal rəhbər). Kitab yayudi əsilli, amerikan professor İsax Adizes tərəfindən yazılmasına baxmayaraq inkişaf etməkdə olan ölkələrin biznes subyektləri üçün son dərəcə praktik alətləri özündə birləşdirir. Əgər bu kitabı oxumamısınızsa, cəmi 4-5 dəqiqənizi sərf edib bloqumuzu oxuyun. Söz verirəm, bilmədiyiniz bir çox faktla tanış olacaqsınız. Vaxtınız varsa, başlayaq?

Kitab haqda yazıya başlamazdan əvvəl deyim ki, təxminən 2 il bundan əvvəl dostlarımızda olan Pərviz Azerilli ilə çayxanada söhbət edirdik. Pərviz son dərəcə dərin bilikləri malikdir və onunla söhbət etmək bəzən, Ali&Ninodan (şərti Ali Nino) aldığımız və bir həftəyə oxuyub bitirdiyimiz kitabdan daha faydalı olur. Neysə… xatırlayıram, Pərviz həmin dövrlərdə mənə demişdi ki, biznesi mükəmməl idarəetmək üçün bir nəfər yekdik rəhbər olmaq mümkün deyil. Dostumuz bunu çox sadə dildə ifadə edirdi: “İdeal rəhbər eyni anda, həm maliyyəçi, həm sahibkar, həmdə adminstrator kimi düşünə bilməz və s.”. Fikir çox maraqlı gəlmişdi və mən ağlımın bir küncündə bunu saxlamışdı…

…ənənəvi olaraq həftə sonu, kitab mağazalarınız gəzirdim və sözü gedən kitabı (bu arada bizim kitablar satış rekordları) gördüm. Sizi bilmirəm, amma mən mütləq bir kitabı ən azı 15-20 dəqiqə oxuduqdan sonra alıram. Bu kitabdada belə oldum… kitabı açdım… oxumağa başladım… və birdə gördüm oğlum kitab mağazasında “yumşaq desək” bir-birinə qatıb. Əgər vaxtında “müdaxilə” etməsəydim, Nigar xanımın salonunda “sağlam” kitab qalmayacaqdı… amma müdaxilə vaxtında oldu. Oğlumu sakitləşdirib kitabı alıb mağazadan çıxdım (!)

Kitabı sözün tam mənasında “bir nəfəsə oxudum”. Pərvizin dediyi məntiq kitab tam olaraq açıqlanırdı. Daha konkret desək, İdeal Rəhbət kitabında müəllif qeyd edirdi ki, mükəmməl rəhbər olmaq üçün, şirkəti mükəmməl idarə etmək üçün mütləq 4 ana funksiyalar olmalıdır. Bu funksiyalar aşağıdakılardan ibarətdir:

  1. Producing results – biznesin əsas nəticələrinin istehsalı (yaradılması). Müştəri ilə işləmək, bir növ qazanmaq.
  2. Administering – adminstrasiya və ya nəticə istehsalı prosesini yönləndirmək, nəzərət etmək.
  3. Entrepreneeuring – təşəbbüskarlıq. Bir növ biznes ruhu, yenilikçilik.
  4. İntegrating – Əlaqələndirmə və ya qoyulan hədəfə çatmaq üçün şirkət daxilində mövcud olan ayrı-ayrı elementlərin bir istiqamətə yönəldiməsi.

İndi bir anlığına düşünün ki, Siz elə bir rəhbər olmalısınız ki, bu 4 funksiyanın, xasiyyətin hamısı Sizdə olsun. Bu mümkündürmü? Praktikada mümkün deyil. Ən azı, ona görə ki, sadalanan 4 xasiyyətin çoxu bir-birinə zidd anlayışlardır. Sahibkarlıq ruhu olan insanın, nəticə vermə qabiliyyəti yaxşı ola bilməz. Niyə?

Məsələn düşünün ki, sahibkarlıq fəaliyyəti uzunmüddətli düşüncə tələb etdiyi halda, nəticə istehsalı günlük, aylıq, rüblük düşünməlidir. Əgər onlar səhv etsələr, işlər pis gedəcək və ya ümumiyyətlə əmək haqqı vermək üçün pul olmayacaq.

Şirkət daxili inteqrasiya təşkil etməklə, adminstrativ xarakteri bir nəfərdə cəmləşdirmək mümkün deyil. Hər bir hədəf özünə uyğun icra alətləri tələb edir. Adminstariv adamın uğurlu olması üçün etdiyi addımlar, heç vaxt təşəbbüskar üçün bir ola bilməz və ya əksinə.

Əslində ailədədə bu belədir. Düşünün həm ata, həm ana tam olaraq özlərini işə həsr ediblər. Onlar öz övladları üçün pul qazanırlar, düşünürlər ki, uşaqları yaxşı ali məktəblərdə təhsil alsınlar və s. Bizim yuxarıda olan formada müzakirə etsək, valideynlərin ikisidə Producing results məşğuldur. Bu zaman uşaqların tərbiyə edilməsi (administering), ailə daxili müzakirələr (integrating), uşaqların gələcəyini təyin etmək onlara məsləhətlər vermək (entrepreneeuring) kimi valideyn funksiyaları havada qalacaq. Bu zaman əlbəttə uşaqların tərbiyəsidə tam ürəyimizdə olmayacaq. və ya əksinə ata və ana butün günü uşağa nəzərət edir, amma pul qazanmır. Buda pisdir.

Kitabda müəllif iddiya edir ki, əgər Siz uzunmüddətli və sağlam biznes rəhbərlik qurmaq istəyirsinizsə heç vaxt bunu bir nəfərdə cəmləşdirə bilməzsiniz. Siz mütləq funksiyaları bölüşdürməlisiniz. Siz mütləq öz biznesinizin adminstraturunu, pul qazananını, ilhamlandıracaq və inteqratorunu tapmalısınız.

Mənim bu çox ağlıma batdı. Çalışacam işdə bunu tətbig edim və hətta beynimdə bu vəzifələri (şərti vəzifə) adamlada təyin etmişəm. Biz hər ay, mağaza rəhbərləri ilə iclaslar edirik. İstəyirəm bu iclasların yanına 4-lü formatda olan iclaslarda əlavə edim. Çox inanıram ki, effekt verəcək.

Tövsiyyə edirəm ki, Sizdə bu kitabı tapıb – oxuyasınız. Çox maraqlı və oxunaqlıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close