image_pdfimage_print

Dünən dostlarımızla bu mövzuda söhbət zamanı, çox məhşur “uğur”lu sözünə müxtəlif tərifləri səsləndirildi. Həqiqətən də uğurlu biznes adamı və ya uğurlu şəxs son dərəcə subyektiv anlayışdır. Kiməsə görə uğur ayda 1 mln. dollar qazanmaq, kiməsə görə uğur ayda 1000 qazanıb, evə çörək aparıb onu rahat yeyə bilməkdir. Bu yazıda Azərbaycan reallıqlarında uğurlu insan anlayışına açıqlama verməyə çalışacayıq.

Yazını yazmaqda digər ilham qaynağı, butün yazılarını bir-bir oxuduğum bloger Kraynov oldu. O bu istiqamət üzrə fikirlərini bu yaxınlarda paylaşmışdı. Düşündüm, eyni mövzu Azərbaycan reallıqlarındada çox aktualdır.

Əziz oxucu, sosial şəbəkələrin bizim həyatımızın tərkib hissəsi olduğu kimi, bizlərə yeni həyat standartları formalaşdırıb. Artıq etdiklərimizin bir çoxu məhz facebook, instagram üçün olduğu heç birimiz üçün sirr deyil. Təbii olaraq sosial şəbəkələrdə bizim üçün uğurlu insan portreti təklif edir, yaradır. Adətən facebookda uğurlu olan insanlar sosial şəbəkələrdə çoxlu statuslar yazan, öz şəxsi həyatları barədə məlumatlar (şəkillər, videolar, statuslar) paylaşanlar olurlar. Bizim Sizinlə danışmaq istədiyimiz tip “facebook uğurluları” deyil.

Uğurlu insanları xaratkerizə edən parametrləri iki qrupa ayırmaq olar: xarici və daxili parametrlər. Xarici paramertlər dedikdə biz görünən tərəfləri, yəni hamı tərəfindən müşahidə edilə biləcək xüsusiyyətləri başa düşürük. Daxili parametrlər daha çox şəxsin özünə məxsus xüsusiyyətləridir. Bu yalnız onların özündə olur, amma unutmaq olmaz ki, məhz daxili göstəricilər bir insanı digərindən daha uğurlu edə bilər.

Uğurlu insanın xarici parametrləri hansılardır:

  1. Konkret bir sahədə ekspert, güclü insan olmaq. Hesab edirik ki, yalnız bir sahədə fokus olmaqla həqiqətəndə uğurlu olmaq mümkündür. Eyni vaxtda gücün bir neçə istiqamətə parçalanması, atalar misalında olduğu kimi “bir əldə, iki qarpız saxlamağa…” bənzəyir. Kim edib, uzunmüddətli perspektivdə məğlub olub. Mənim tanıdığım həqiqi uğurlu insanları yalnız bir sahə üzrə “AS” olduqlarını hiss etmişəm.
  2. Tanınmaq. Müasir dövrdə insanın uğurlu edən əsas parametrlərdən biridə tanınmaqdır. Çox vacibdir ki, insan ən azı ekspert olduğu sahədə tanınsın. Əgər keçmişdə şəxslərin tanınması vacib kriteriya kimi çıxış etmirdisə, bugün bu mütləqdir. Sizi tanımırlarsa, Sizin həqiqi formada uğurlu şəxs olaraq olmağınız mümkün deyil. Biznes həyatı, networking olmadan uğurlu ola bilməz. Tanınmaq dedikdə demirəm, Roya, Alim Qasımov olmaq… sadəcə hər peşənin öz tanınma “dozası” olur.
  3. Sözü gedən sahədə pul qazanmaq. Sayca ucuncü olsada bu mütləq göstəricidir. Müəllimindən, biznes adamına qədər… əgər Siz hansısa sahədə həqiqətəndə uğurlusunuzsa, bu sahədən pul qazanmalısınız. Vacib qeyd: Siz sözü gedən sahənin digər iştirakçılarından daha çox qazanmalısınız. Məsələn, əgər Siz tarix müəllimisinizsə, uğurlusunuzsa, deməli Sizin aylıq qazancınız digər tarix müəlllimlərindən çox olmalıdır. Eyni şey, həkimi, satıcıya, istehsalçıya, idmançıya, mühəndisə, İT adamına və s. aiddir.

Uğurlu insanın daxili paramemtrləri hansılardır:

  1. Zəhmetsevərlik. Bu yaxınlarda Azərbaycan sosial şəbəkələrindən paylaşılmışdı, Cem Yılmazın bu fikri: “Uğurlu insanların yeganə ortaq tərəfi – çox işləməkdir…” və s. Həqiqətəndə uğurlu insan heç bir şəkildə bəxtən asılı deyil. Bəxt hamının taleyində olur, hamının həyatda uğur qazanmaq üçün şansları olur və s. İşləyənlər qazanır, tənbəllər batır.
  2. İnadkarlıq. Hamıya məlumdur ki, uğurlu olmaq üçün böyük vaxt tələb edilir, digər tərəfdən bir sahədə bilik əldə etmək üçün, inad mütləq bir xüsusiyyətə çevrilir. Yalnız inadkar insanlar, eyni sahədə dəfələrlə uğursuzluqları olduqları halda davam edə bilirlər. Yuxarıda olanlardan nəticə çıxararaq, inadkarlıq bu istiqamətin vacib parametrlərindəndir.
  3. Sevgi. İnsanlara, vətənə, ailəyə, dostlara və əlbəttə ki, etdiyin işləri sevgi olması mütləqdir. Diqqət etmişəm, sevgi olduğu zaman, biz neqativ hadisələrdədə müsbət nələrisə görə bilirik. Bu bizim üçün hansısa işin həvəslə həyata keçirilməsi üçün vacibdir. Əslində biz sevgi sözünü ürəklədə əvəz edə bilərik. Ürəkli olduğumuz zaman, bizim işlərimiz daha yaxşı, sistemli gedir. Biz qorxmuruq.

Əziz oxucu, uğur heç bir şəkildə təsadüflə olmur. Yalnız yorulmaz işləməklə buna nail olmaq daha asandlaşa bilər (bu heçdə o demək deyil ki, yalnız işləməklə uğurlu olurlar və s.). Hesab edirəm ki, bir sahədə fokuslanmaq və konkret hədəflər işləmək bizi uğura dahada yaxınlaşdıra bilir.

Uğur heç bir şəkildə proses deyil. Uğur nəticədir, hədəfdir. Necə deyərlər layihə elmidir və konkret zaman kəsiyində ola bilir, ola bilər. Bu yazı  Novruz Bayramı ərəfəsində yazılır, hər birinizə Yeni Gündə, Novruzda bol-bol uğurlar arzu edirəm. Arzu edirəm ki, bizim bloqun oxucuları arasında uğurlu insanların sayı çox olsun.

Bayramınız Mübarək, əzizlərim!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close