image_pdfimage_print

Əziz oxucu, bugün mənim ən yaxın dostlarımdan biri, çoxlarınının hörmət etdiyi Anar Bayramovun ad günüdür. Mən Anar haqda yazmaq istəyirdim, amma eşidəndə ki, Ad Günü məhz bugünə təsadüf edir… düşündüm elə, yazmağın əsl vaxtıdır. Beləliklə… Rafiq Vəliyevin (oxu Hünaltayın) razılığı ilə Anar Bayramov haqda heç vaxt bilmədikləriniz barədə oxumaq istəyirsinizsə… buyurun – Blog Sizin üçündür!)

İlk əvvəl deyim ki, Anarla tanışlığımız məhz Marketinq AİR-ə görə olub. Rafiq müəllim bir neçə dəfə bloqunda bu haqda yazıb, bir daha xatırladım ki, ilk görüşümüz məhz Park Fore baş tutub. Bu görüşə qədər xatırlayıram ki, Anarla bir neçə dəfə bloqda yazdığımız kommentlər vasitəsi ilə qiyabi tanışlığım var idi… nə yalan deyim, Anardan heç xoşum gəlmirdi. Nesə mənə çox özündən razı təsüratı yaradırdı…

Marketinq AİR çərçivəsində Anarı yaxından tanımağa başladım və tanıdıqca hiss etdim ki, bu adam həqiqətəndə mükəmməl şəxsiyyətdir. İstər dost, istər professional, istərsədə partnyor kimi Anar əvəzedilməz insandır. İstəyirəm bu yazıda Anar Bayramov dediyi bu 3 prizmada təhlil edim…

Anar Bayramov – dost kimi…. deməli, bir gün Anarla aramızda bir anlaşılmazlıq olmuşdu. Mən Anara bu məsələ ilə bağlı iradımı bildirdim və qismən “üstü-örtülü” formada bu məsələni danışdıq, bir-birimizi başa düşdük. Üstündən bir həftə keçmişdi və sözü gedən insident mənim demək olar ki, yadımdan çıxmışdı… (daha doğrusu unutmamışdım, amma özü elə aparırdım ki, unutmuşam) Anar mənə zəng etdi və bir-iki məsələ barədə söhbət etmək istədiyini dedi. Biz görüşdük və Anar məni incik salan söhbəti açıb dedi: “İlkin, mən istəmirəm ki, bizim aramızda bəzi söz-söhbətə görə inciklik olsun…” və tam səmimi formada məsələni mənə bir daha izah etdi. Sizdən nə gizlədim, hər şeyi başa düşdüm və hiss etdim ki, Anar çox səmimi insandır.

Bu söhbətdən sonra, Anar, Rafiq və mən uzaq bir səfərə getdik (Almaniyaya) və mən bir daha Anarın necə etibarlı adam olduğunu hiss etdim. Qurban olduğum hamınıza Anar Bayramov kimi dost nəsib etsin, inanın ki, xoşbəxtçilikdir.

Anar Bayramov – professional kimi… deməli bugünlərdə Anarın yeni iş yerinə keçməsi ilə əlaqəli, işdən çox gec çıxdığını, yorğun olduğunu hiss edirdim. Bir yaxın dostumla, Anar və mən, dostum üçün vacib olan bir proektə görə görüşəsi olduq. Görüş saat 20:00-da oldu və Anar görüşə gələn kimi, nootbuku açdı. Diqqət etdim, son dərəcə yorğun olmasına baxmayaraq ilk işini nootbuku açmaq oldu. Dostumla yarım saat içərisində Excelldə bir xeyli matritsa qurdular. Anar danışdıqca hiss edirdim ki, dostumuz satış kanallarının idarəedilməsi ixtisası üzrə mükəmməl biliyə malikdir. Yarım saat ərzində böyük dövriyyəsi olan dostumun biznesi tam başa düşdü, matritsalar qurdu…

…matrisa demişkən, öz biznesimlə əlaqəli hansısa bir qərar verməzdən əvvəl mütləq Anar Bayramova zəng edirəm, məsləhətşərəm onunla. Verdiyi məsləhətləri nə vaxt etmişəmsə, karlı çıxmışam. Tam səmimiyyətlə deyirəm ki, Anar Azərbaycanda satış kanallarının idarəedilməsi üzrə ən mükəmməl menecerlərdən biri, mənim gözümdə birincisidir. Anarın üstünlüyü yalnız bilikdə deyil, həmçinin yorulmaz işləmə həvəsindədir. Bilirsizdə… həvəslə işləyən menecer qədər şirkətə vacib heçnə ola bilməz!

Anar Bayramov – partnyor kimi... bilirsizdə Anar, Rafiq və mən artıq 5 ildən çoxdur, partnyor kimi ölkəmizdə sözün əsl mənasında biznesə səs salmış proektlər edirik. İstər Marketinq AİR icması, istər ölkənin ən mötəbər biznes tədbiri olan Milli Marketinq Forumu məhz bizim partny0rluğumuzla olub. Sizdən nə gizlədim, bu tədbirlər ən az rol mənim çiynimnədir. Əsas drayver Rafiq Vəliyev və Anar Bayramovun çiyinlərinə düşür. Əgər Rafiq işin daha emosional tərəflərində güclüdürsə, Anar bizim işlərin rasional dayağıdır.

Anar Bayramovun razılığı ilə atılan istənilən addım uğurlu olur. Səbəb?! Səbəb çox sadədir, bu adam mükəmməl hesablama qabiliyyətinə malikdir. Bəlkə buna görə, Anar Azərbaycanda bir neçə şirkəti tam müflisləşmədən xilas edib, mənfəətli şirkətə çevirə bilib?! Bilmirəm. Amma bilirəm ki, Anar Bayramov mükəmməl biz partnyordur, çünki o hər zaman lazım olan yerdə olub, ən lazımlı işi görəcək – problemləri həll edəcəkdir.

Əziz oxucu, bugün biz Anar və Rafiqlə birlikdə 9-cü AİR məzunlarına diplomları verdik, 5-ci ilimizi başa vurduq. Bu beş il ərzində biz çox dostlarla tanış olmuşuq, çoxlu nailiyyətlər əldə etmişik, amma mənim qazandığım ən böyük dəyər iki son dərəcə dəyərli insanlar olub: Anar Bayramov və Rafiq Vəliyev.

Bu yazıda mən Anar Bayramov haqda yazdım, 3 vacib bucaqdan Anarı Sizlərə çatdırdım… arzu edirəm ki, növbəti beş ildə, Qurban olduğumuz ömür versin və Anarın digər müsbət tərəfləri barədə Sizlərə danışım…

Anar səni Ad Qunu münasibəti ilə təbrik edirəm… Rafiqin dili ilə desək, arzu edirəm ki, hər zaman Excellin sonunda yazılan rəqəm üzünü güldürsün… digər şeylər düzələcək!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close