image_pdfimage_print

Əziz oxucu, Sizləri sevindirməyə tələsirəm… bugünlərdə ölkə iqtisadiyyatında, aydın sezilən və 2015-ci ildən bu yana bəlkədə özünün pik nöqtəsində olan bir trend hiss edilir. Müsbət trend. Mənim fikrimcə ölkəmizdə son istehlakçı ilə işləyən bizneslərdə ciddi artım hiss edilir. Dolayı yolla desək, xalqla, əhalinin orta gəlir səviyyəli istehlakçıları ilə işləyən bazarlarda böhran sonrası inkişaf meylləri var. İstəyirəm bu barədə Sizlərə düşündüklərimi və gördüklərimi bölüşüm.

İlk əvvəl deyim ki, ölkəmizdə neft erasının bitməsindən sonra iki, son dərəcə aydın sezilən sahədə ciddi artım hiss edilir: kənd təsərrüfatı və turizm (xidmət sektoru və s.). Bu sahlərin təsirindən bəzi xırda yerli miqyaslı yerli istehsal şirkətkləridə keçən illəri nisbətən öz biznes imkanlarını genişləndiriblər. Ümumiyyətlə… hal-hazırda hansısa biznes adamının böhran haqda danışması sadəcə və sadəcə yersizdir…

… bəli neft dövründə olduğu istehlakçı bugün bazarda yoxdur, amma bu o demək deyil, bazar yoxdur. Hələ-hələ bugün istehlakçı bazara inkişaf edir. Əhalinin tənbəl olmayan kütləsində pul gəlirləri artmağa başlayır. Səbəb çox sadədir, kənd təsərrüfatı və ya turizm olan gəlirlər daha çox orta gəlirli ailələr səviyyəsində bölüşdürülür. Əgər neft gəlirləri bir-başa olaraq neft fonduna, ordan büdcəyə dövlət proektləri formasında gəlirdisə… bugün neft gəlirləri yoxdur və ölkə pul, neft fondundan deyil, bir-başa istehlakçılar tərəfindən gəlir.

Nəticədə nə olur?! Nəticədə əgər əvvəllər dövlət layihələri üzərində biznes qurmuş şirkətlər zəifləyir, yerinə istehlakçı bazlı, B2C bazarlarda işini quran şirkətlər önə keçir. Məsələn, pərakəndə ticarətdə Veyseloğlu, Kontakt Home və ya yerli istehsalçıların bazarda xarici analoqlarını sıxışdırılması aydın şəkildə hiss edilir. Turizm sektorunda vəziyyət fərqlənmir Yalnız paytaxt Bakıda deyil, bölgələrdədə bir tərəfdən Hotel – istirahət obyektlərinin qiymətlərinin manat bazında qalxması, digər tərəfdən müştəri artımı müşahidə edilir. Restoran biznesi gündən-günə inkişaf edir və s.

Diqqət edilməsi vacib olan digər bir məsələ, neft erasında dövlət layihələri hesabına “piylənən” şirkətlərin bazarda olan dəyişikliklərə gec reaksiya vermələridir. Hesab edirəm ki, bəzi sahələrdə tezliklə lider dəyişimi hiss ediləcək, çünki neft erasının liderləri bugün çox ləng hərəkətlər edirlər… onlara hələdə elə gəlir ki, bazarda vəziyyət çox çətindir, əslində isə bu “liderlər” sadəcə istehlakçı davranışlarında olan yenilikləri iqnor edirlər. Müştərini başa düşmürlər, gunahı özlərində deyil, xarici amillərdə axtarırlar. Nəticə özünü əlbəttə, çox gözlətmir.

İstehlakçı bazarlarında artım və inkişaf meylləri olması, özünü importdan asılılığın azaldılması üçün düzgün bazarlarda olacaq yerli istehsal sahələrinidə aktual edir. Ölkəmizdə bazara başa düşən istehsalçılar gündən-günə çoxalır və əminəm ki, bu temp artan istiqamətdə inkişaf edəcək. İqtisadiyyatımız tezliklə Neft iyinin çıxmasının həzzini yaşayacaq. Bunun üçün biz çalışdığımız sahələrdə daha çox işləməli, gələcəyi pozitiv baxmalıyıq.

Ölkədən qaçmaq deyil, ölkəmizdən neqativi qaçarmalıyıq, yox?) Hələ problemlərdən qaçıb, nesə qazanan adam görməmişəm.

Əziz oxucu, indi biznesə başlamaq üçün ölkəmizdə çox mükəmməl imkanlar var: istər sırf siyasi, istər biznes mühit, istərsədə istehlakçı-bazar cəhətdən. Sadəcə işini sevən və tənbəl olmayan adamlar tələb edilir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close