image_pdfimage_print

Əziz oxucu, bloqumuz vasitəsi ilə, bizlərə çox saylı e-maillər gəlir. Oxucularımız bizdən soruşurlar: Biznes qurmaq üçün nə etmək lazımdır, ideyanı hardan götürək, filan qədər pulum var nə edim və s. Sizdən nə gizlədim bloqda bizə gəlin suallara daha çox yazdığımız postlarla cavav vermək istəyirik və bu yazıda, biznes qurmaq üçün nə lazımdır deyil, hansı xüsusiyyətlər biznesinizə mane olur suallının üzərində Sizinlə danışmaq istəyirəm. Beləliklə hansı üsullarla biznesə başlamaq olmaz?

İlk əvvəl deyim ki, mənim təcrübəmdə etdiyim ən uğurlu biznes proektləri sırf, yaxşı və vaxtında icra etdiyim işlər olub. Hansı işləri ki, düşünmüşəm – …oxu çıxır!) Diqqət edin, yaxşı, super ideyası var kimi düşündüyüm deyil, məhz icrada tez və düzgün etdiyim layihələr uğurlu olub. Dolayı yolla, yaxın dostların dediyi kimi, bəzən çox düşünmək, biznesin düşməni olur. Bəlkə buna görə deyirlər ki, 30 yaşında evi, 40 yaşında pulu olmayan adamlardan qorxmaq lazımdır. Bəlkə istəyirlər ki, 40 yaşdan sonra iş qurmaq çox çətin olur – çox düşünürsən. Biznes düşünmək deyil, etməkdir. Necə deyərlər, karvan yolda düzələr

Neysə, keçək əsas məsələyə nə biznesə mane olur?

Birinci maniyə – Pul. Biznes qurmaq üçün ilk mərhələlərdə ən böyük problem puldur, amma pulun olmaması deyil, pulun olması biznes qurmaq istəyən adamın arzularını gözündə qoyur. Pul olduğu zaman Sizin biznes öz yağında bişmir. Ən güclü bizneslər sıfırdan qurulduqda olur. Biznes sənətdir, elmdir və əgər Siz qazanmadığınız pulları biznesə qoysanız o pullar batacaq.

Biznesi güclü edən, pul deyil, effektivlikdir. Effektiv olmaq üçün Siz sıfırdan işə başlayıb, sistemli şəkildə öz vərdişlərinizi artırmalısınız. Birinci reklam, hər zaman pulsuz reklam vasitələri olmalıdır, birinci satış nöqtəsi Sizin öz telefonunuz və ya maliyyə tələb etməyən digər resurs olmalıdır. Heç bir kredit, heç bir valideyn pulu və ya hansısa dəyərli əşyanızın satıb biznesdə Sizə kömək etməz. Edə bilməz.

Çox zaman, ayda standart əmək haqqı alan adamlardan eşidirəm: “Hər ay pulumda kənara qoyuram, özümə biznes açacam – pul yığıram…”. Bu yolla biznes qurmaq sadəcə mümkün deyil, yığdığınız pulu tam etirəcəksiniz. Bilirsiz niyə? Çünki biznes pul qazanmaq sənətidir, bu sənətə yiyələnmək üçün sadəcə sıfırdan işə başlayıb, yavaş-yavaş artırmaq lazımdır. Ömründə biznesdən 500 manat qazanmayan adamın, 5 minlik biznes qurması heç vaxt effektiv ola bilməz!

İkinci maniyə – Böyük olmaq. Biznes qurmaq üçün növbəti maniyə böyük biznes qurmaq həvəsidir. Əlbəttə, əlbəttə bizdə qəbul edirik ki, uğurlu biznes adamı biznesi tirajlanan olmalıdır. Amma ilk vaxtlarda böyük olmaq haqqında arzulamaq, qurduğunuz biznesi miqyasından böyük göstərmək sadəcə uğursuzluğu tezləşdirir. Xırda olmağın ən böyük üstünlüyü odur ki, biznesin hansı istiqamətdə və necə böyüməli olduğunu sahibkar, işçilər, menecer deyil, müştəri deyir.

İlk biznes xırda, bir nöqtədən başlamaq lazımdır. Dünyanın ən böyük şirkətlərinə baxın… düşünün ki, Wallmart yaradıcısı, Sem Ueltonun özünün birinci mağazasını açdığı zaman, düşünür ki, elə bir mağaza açım ki, sonra bunu dünyanın ən böyük şəbəkəsi edim… edə bilərmi?! Əlbəttə, yox. Birinci bir mağazadan başlamalısan ki, daha böyük bizneslər barədə düşünə biləsən.

Yadıma düşür, “Mən necə Wallmart-ı qurdum” kitabında şirkətin ilk yaranma mərhələsi barədə Sem Ueltonun deyir ki, ilk mağazalarımız açılanda merçandayzinq o qədər bərbad idi ki, böyük şirkətlər bizə mal vermək istəmirdi. Bu çox təbiidir, biznes evulyusiya yolunu sevir, revulyusiya biznesin düşmənidir məncə…

Düşünün ki, Elşad Abbasov, Embawood qurduğu vaxtlar pərakəndə şəbəkə qurmağa çalışardı… və ya Veyseloğlunu qurduğu zaman, düşünürdü ki, Araz və Oba marketlər açacam… mümkündürmü düşünmək?! Əsla yox. Edirsən, sonra biznes inkişaf edir.

Üçüncü maniyə – HərşeyŞunaslıq. Hər dəfə fikir verirəm ki, yeni biznes qurmaq istəyən adamlar, eyni vaxtda bir neçə sahədə çalışmaq istəyirlər. Onlara elə gəlir ki, yalnız mebel satmaq olmaz – onun yanına ev əşyaları qoyulmalıdır, onlara elə gəlir ki, bir mətbəxə yönəlmiş restoran olmaz, orda mütləq milli, avropa, türk, yapon, imkan varsa özbək, italyan və s. hər şey olmalıdır. Əzizlərim, hər şey satmaq, hər şey istehsal etmək və ya bizdə hər şey var demək,  biznesin düşmənidir.

Hər şey etmək, bir şeyi mükəmməl etməyə mane olur, nəticədə effektivlik azalır. Biznes əziyyət çəkir və sonunda müflis olur. Çox şey etməyin, bir şey edin – yaxşı etməyin, mükəmməl edin! (edək). Effektiv olmadan uzunmüddətli biznes qurmaq mümkün deyil, bunun yolu isə dar ixtisaslaşmadan keçir. Dostlarımız bilir, mən bir sahədə işləməyin tərafdarı olmuşam və əminəm ki, eyni vaxtda bir neçə bizneslə məşğul olan insanların uğurlu olma şansı ciddi şəkildə azalır. Azdır!

Əziz oxucu, yazdıqlarım biznes həyatımda yaşananlar əsasında çıxardığım nəticələrdir. Düz və ya səhv… sənin özünə bağlı, Sağ ol, sağ ol ki, oxuyursan!)

ƏLAVƏ OXUMAQ İSTƏYİRSƏNsə

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close