image_pdfimage_print

Əziz dostlar, fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin ən böyük biznes tədbiri olan – Milli Marketinq Forumu, beşinci dəfə (!), 26-27 may tarixlərində Bakıda keçiriləcəkdir. Belə tədbirin təşkilatçılarında biri olmaq, sözün tam mənasında superdir. Milli Marketinq Forumu (MMF), ölkəmizdə biznes forumlar məntiqini ilk dəfə ortaya qoyan tədbir olmaqla yanaşı, yalnız marketinq üçün deyil, ümumi biznes üçün əhəmiyyətlidir. Bilirsiz niyə?

Hər dəfə Milli Marketinq Forumun açılışlarında dediyim ifadəni bir daha təkrar etmək istəyirəm – Milli Marketinq Forumunda, Marketinq Azərbaycanda marketinqin marketinqini edir. Özünün, peşəsinin marketinqini edə bilməyənlər kimlərinsə şirkətinin marketinqini necə edə bilər?! Məhz buna görə biz, keçirdiyimiz Forumlarla subut edirik ki, marketinq, hətta marketoloqlar üçündə lazımdır.

Milli Marketinq Forumu, Azərbaycanda biznesin real vəziyyətini özündə əks etdirir. Forumun həmtəsisçilərindən olan dostumuz Anar Bayramovun çox yaxşı sözü var – Milli Marketinq Forumu ölkəmizdə marketinqin real yerini göstərir. Bəli, sözün hər iki mənasında. Birincisi Milli Marketinq Forumunun səviyyəsi marketinqin səviyyəsini, yerini göstərir. İkincisi marketoloqlar 2 gün məhz Milli Marketinq FOrumunda olurlar. Bir olurlar, cəmləşirlər. Müzakirələr edirlər ki, sektoru və ölkə biznesini daha önə aparsınlar.

Yadıma gəlir, beş il bundan əvvəl, ilk dəfə Marketinq Forumu keçirmək istəyəndə hələ çox tez olduğunu bizə deyirdilər. İstər Rafiq Vəliyev, istrə Anar Bayramov isə “bugün tezdir, sabah gec” məntiqini ortaya qoyaraq, işləyirdilər. Diqqət edin, çoxlarımızın danışdığı vaxt, AİRçilər işləyib, ölkəmizdə ilk dəfə olaraq Milli Marketinq Forumu keçirdilər. Bu bir ilk idi və bu ilk öz ardınca digər Forumları gətirdi. Özünün düşünün, Milli İnsan Resursları Forumu, Maliyyə Forumu, Satış Forumu və s. Tezliklə bir çox ixtisaslar birləşib öz Forumlarını edəcəklər – superdir. Sevinirik ki, ölkəmizdə bir hərəkətin başlanğıcında rolumuz olub, AİR-in rolu olub.

Birinci Marketinq Forumu keçirildiyi zaman, keçirdiyimiz streslər, Foruma gələcək türk qonağın son günü imtina etməsi, təcili şəkildə türkiyyədən adam tapıb onunla bir-başa danışığa girmək… bir sözlə o günləri yada salanda indi belə, stresə girirəm. Amma hesab edirəm ki, əgər biz beşinci dəfə bu tədbiri edə biliriksə, deməli doğru yoldayıq, deməli bu iş düzgün iş olub. Bunu hiss etmək belə, superdir.

Forumda iştirak etmisinizsə, bilirsiniz… Milli Marketinq Forumu hər il ölkəmizdə biznesi düşündürən bir istiqamətə, bir konseptə həsr edilir. Bu il, konseptimiz – “dəyişək ki, var olaq”dır. Həqiqətəndə bu il, biznes üçün dəyişmə ilidir, məhz vaxtında bizneslərini müştəri ehtiyyaclarına görə dəyişə biləcək bizneslər ölkəmizdə liderlərə çevriləcəklər. İnternet, yeni müştəri davranışları, şəhərləşmədə olan trendlər biznesə yeni baxışlar tələb edir. Milli Marketinq Forumunda biz bu yeniliklər barədə danışaceyik.

Əgər keçən il, Forumun əsas mövzusu: “Böhrandan, yeni Dövrana” idisə, bu il artıq mövzu dəyişmək və inkişaf etməyin üzərində qurulub. Sizi bilmirəm, amma mənim üçün Forumun mövzusu belə ölkə biznesində olan trendləri ortaya qoymuş olur.

Bu il Forumun keçirildiyi məkan Badamdar Hotel olacaq (keçmiş Kempinski). Daha əvvəl biz Forumu – Cinema Plusda edirdik. Məkanın yeni olması, Milli Marketinq Forumunun yeni bir səviyyə gəldiyinin növbəti göstəcisidir. Necə dəyərlər, bizdə dəyişirik ki, inkişaf edək. Bu yeniliklər yalnız məkanla bağlı deyil, spiker seçimi, mövzular, forum zamanı müzakirələrə daha çox yer ayrılması kimi, yeniliklər bu il bizi gözləyir.

Biletlərimiz artıq satışdadır və hesab edirəm ki, bu ildə hər dəfə olduğu kimi, zalımızda oturmağa yer olmayacaq. Sevindirici haldır ki, hər keçən gün, Azərbaycanımızda təhsilə, elmə, aktivliklərə maraq daha çox artır. Təhsil demişkən, müasir təhsil artıq nəyisə öyrətmək deyil, öyrənmək üçün maraq yaratmaq, öyrənci üçün imkanlar yaradıb, üfüqlərini açmaqdır.

Biz Marketinq AİR bu dediyilənləri artıq 6-ilə yaxındır ki, edirik. Marketinq AİR özünün məzunla ordusu ilə, ölkəmizdə marketoloq fabrikinə çevrilmək üzrədir. Marketinq AİR savadlı, müasir, zəhmətsevər və pozitiv marketoloq fabrikidir. İnanmırsız? Bizim məzunlarla tanış olun və məni tam başa düşəcəksiniz!)

Əziz oxucu, sevdiyiniz işlərin üzərində çalışın, daimi olun və təbii olaraq öz biliklərini artırın. Dəyişin, dəyişin ki, inkişaf edə biləsiniz. İmkan olsa Milli Marketinq Forumunda görüşərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close