image_pdfimage_print

Əminəm ki, çoxlarınız qalın kitablarda şirkətlərinin missiyası, vizyonu barədə çoxlu-çoxlu oxumusunuz. Hətta, daha dəhşətlisi iqtisadi təhsil alan dostlarımızın çoxuna menecment dərsində – şirkətin missiyası ilə vizyonu arasında olan “incə” fərqlər soruşulub və s. Bu yazıda istəyirəm Sizlərə biznesdə misiya və vizyon barədə düşündüklərimi deyim… AMMA və LAKİN yazıya elə başlamadan deyim ki, bu qulağa yaxşı gələn hər iki sözün biznesdə rolu sadəcə və sadəcə…

YoooxDur! Bilirsiz niyə?

Əgər Siz bu yazını oxuyursunuzsa deməli Sizə həqiqətəndə maraqlıdır – NİYƏ? Əziz dostum, biznes insanların ehtiyyaclarını qarşılayaraq pul qazanmaq sənətidir. Missiya, vizyon biznesdə necə ola bilər axı!? Biznesin bir missiyası var – pul qazanmaq. Biznesin bir vizyonu var – müştərinin, bazarın istədiyini təklif etmək. Vəssəlam. Əslində vaxtınız yoxdursa, heç bloqun arxasını oxumayın, çünki altda biz bu dediyimizi tezisi “bərkitmək” üçün real biznesdən misallar verəcəyik.

Əlbəttə, biz bilirik ki, bu yazını oxuyan konsultantlar bizimlə heç razı olmayacaq. Onlar deyəcəklər – şirkətin uzunmüddətli inkişaf strateqiyasını hazırlamaq üçün, mütləq missiya və vizyon olmalıdırrrr… ay yalansa… neysə, bilirəm bloqu xanımlarda oxuyur, ona görə normal leksikonda deyim ki, missiya və vizyon yalnız bir şey üçün cəmiyyətə xeyrlidir. Bilirsiz o nədir?

Düzdür… missiya lox – pulu çöldən (oxu rüşvətlə) qazanmış şirkətlərdən pul qazanmaq üçün əla vasitədir. Müştəri dəyərini artıracaq hansısa bir xidmətə investisiya qoymaq əvəzinə sözü gedən “böyük” bizneslər konsaltinq şirkətləri tuturlar, onlara pul verirlər və deyirlər: “Sən Allah, bizim pulumuzu götür, bizi aldat…” Ümumiyyətlə Azərbaycanda konsaltinq xidmətlərinin qiyməti qalxmalıdır. İki dəfə. Yox, azdır, 3 dəfə, 4 dəfə… 10 dəfə! Qoy artsın, onsuzda konsaltinq xidmətlərinə pul xərcləmək “lox”luq əlamətidir… Qoy loxlanmaq istəyən adamlar, tam loxlansınlar!))

Neysə… konsaltinq ayrı mövzudur, bura toxunmayım, keçək missiya – vizyona. Missiya nədir?

Birincisi… deyirlər ki, Missiya hansısa şirkətin uzunmüddətli dəyərlər toplusudur. Düzdür? İndi əzizlərim, özünüz diqqət edin – istehlakçı davranışları hər gün fərqli formada olur. İstehlakçılar dəyişir, missiya necə dəyişməz qalar? Biznesin bir və yeganə missiyası ola bilər – istehlakçıların ehtiyyaclarını ödəyib, pul qazanmaq. Bu cümlə üçün, 10 minlərlə manat (dollar) xərcləməyə dəyərmi?!) Vallah dəyməz. Başınızı aşağı salıb işinizi görün. Missiya kitablarına, strateqiya-zada yox, müştərinizə baxın.

İkincisi deyirlər ki, guya missiya şirkətin əməkdaşlarını motivasiya etmək üçündür… ay qardaş – yalandır! İnsanı motivasiya edəcək amillər barədə rəhmətlik Maslao danışıb – piramida qurub (riyazətçilər buna üçbucaq deyir) və bizə izah edib ki, insanlar instinktlərlə hərəkət edir. Primitiv instinktlər. O bizneslər ki, müştərilərin instinktlərini xitab edir – lider olur. Missiya necə motivasiya edə bilər?! Bizi motivasiya edəcək instinktlər KPİ şəklində qoyulur və biz işləyirik. Missiya, vizyon inanın ki, boş şeydir. Boş şey deyil eee, pul tələsidir!)

Üçüncüsü deyirlər guya missiya olmadan biznes cəmiyyətə ziyan vurur… – YALANDIR! Biznes cəmiyyətə ziyan vura bilməz, biznes sadəcə cəmiyyətin aynasıdır. Biznes cəmiyyəti, bazar iqtisadiyyatında daha müsbət istiqamətdə dəyişir. Biznesmen bilirsiz nə vaxt oğru olur? Ona qarşı oğurluq ediləndə. Biznes bilirsiz nə zaman vergidən yayınır? Onun haqları taptalananda. Biznes bilirsiz nə vaxt işçilərinin haqlarına girir (və ya müştərisinin) onun haqları taplananda və s. Əzizlərim, biznes ölkənin aynasıdır. Azərbaycan biznesi cəmiyyətin aynasıdır. Şirkətləri sistemli çalışdıran istehlakçıların diqqət etdikləri nöqtələrdir. Biz necə bir mağaza görmək istəyiriksə, biznes həmin mağazanı bizə təklif edəcək. Nə az, nə çox. Missiyalıq deyil!)

Əziz oxucu, son vaxtlar Azərbaycanımızda güclü şirkətlərin, güclü biznes adamlarının çoxaldığının şahidi oluram. Hesab edirəm ki, hər keçən gün ölkəmizdə biznes mühiti bir addım önə gedir. Yerli şirkətlər söhbət etdikdə, son iki ildə (devalvasiyadan sonra) necə düzgün işlədiklərini, öz yağlarında bişən şirkətlərin lider olmalarını hiss edirəm. Bu superdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close