image_pdfimage_print

Əziz oxucu, məndə bilirəm ki, son aylarda bloqumuzda daha az yazı dərc edirəm. Bu heçdə o demək deyil ki, Sizinlə söhbət etmək bizə maraqlı deyil və ya bizim bloqumuz üçün vaxtımız yoxdur… əsla! Sadəcə son vaxtlar biznes düşüncələrimizdə bir neçə dəyişikliklər olub. Fikirlərim tam formalaşmayıb deyə, Sizinlə tez-tez danışa bilmirəm. Daha konkret desək, bizim az bloq yazmağımızda aşağıdakı səbəblərimiz var…

Bu səbəblər barədə danışmazdan əvvəl deməliyəm ki, bloq mənim həyatımın tərkib hissəsidir və məhz bu bloq vasitəsi ilə mən düşüncələrimi Sizlərə çatdırıram. Nə az, nə çox, düz 5 ildən çoxdur ki, biz Azərbaycanda dilində ən çox oxunan biznes bloq yarada bilmişik. Bloqumuzda məqalələrimizin sayı, 1000-ə yaxınlaşır və düşünəndə ki, bir vaxtlar bloqda cəmi 3-5 yazı var idi… getdiyimiz yola hörmətim dahada artır. Neysə… keçək əsas məsələyə… niyə mən bloqda son vaxtlar gec-gec yazıram?

Birincisi son günlərdə biznes istiqamətində yeni bir layihə üzərində işləyirik. Bu layihə bizim etdiyimiz işlərin davamı kimi görünsədə yeni bilik, bacarıq tələb edir. Ən əsası isə, mən məcburən daha çox araşdırmalıyam. Bilirsiniz müasir biznesdə ən sadə yol, bençmarkinq etməkdir. Hələ-hələ Azərbaycan kimi balaca bazarı olan ölkələrdə hansısa bir biznes ideyanı test etmək üçün xarici təcrübə əhəmiyyətlidir.

Məsələn, mən son vaxtlar yeni layihəmizlə əlaqəli olaraq Rusiya və Türkiyyə təcrübəsini öyrənirəm. Hesab edirəm ki, bu təcrübə Azərbaycan kimi ölkələrdə qurulan biznesləri daha doğru olmasını təmin edir. Bu bençmarkinq bloq yazmaq vaxtını alır.

Amma tezliklə əldə etdiyimiz real praktik təcrübəni Sizinlə elə bu bloqda paylaşacam.

İkincisi bu yaxınlarda belə bir xasiyyət formalaşıb məndə – istəyirəm bloqda yazılanlar konkret mənimlə əlaqəli bir şeylər olsun. Məsələn, əgər əvvəllər bloqda P&G və ya Colanın reklamını təhlil edirdimsə, indi istəyirəm öz praktikamda olanları yazım. Necə deyərlər öz başıma gələn, öz cibimə təsir edən biznes alətlər barədə danışım.

Bilirsiniz birinci gündəndə demişəm bloq mənim üçün xobbidir. Bu baxımdan öz istəklərimi bəzən bloqun inkişafına qurban verirəm. Bloqumuzda yalnız praktikadan, Azərbaycanda işləyən metodlardan danışmağı özümüzə söz vermişik. Ehdimizə sadiq qalmaq istəyirik. Yalnız sınanmış metodlardan yazıram. Qalın kitablardan köçürmürük!)

Heç eybi yox, axı Sizdə bu bloqu real praktikadan yazıldığı üçün oxuyursuz

Üçüncüsü son vaxtlar idmana daha çox vaxt ayırmağa başlamışam. Hesab edirəm ki, bu vacibdir – idman bizi daha səmərəli və effektiv işləməyimiz üçün lazımdır. Sizədə tövsiyyə edirəm ki, açıq havada idman etməyə əhəmiyyət verəsiniz. İdman etdiyim üçün, daha əvvəl bloqa ayırdığım səhər saatlarım ixtisara düşüb… amma bunu tezliklə həll edəcəm, çalışacam, bloqumuza xüsusi vaxt yeri qoyum.

İdman etmək yalnız can sağlığı üçün deyil, həmdə qısamüddətli dövrdə effektivlik üçündə vacibdir. Hesab edirəm ki, bizneslə məşğul olan adam, stresdən kənar qalmaq və uzunmüddət ərzində həvəslə işləməsi üçün idman mütləqdir.

Əziz oxucu, bloq bizim üçün vacibdir, proirotetdir. Qurban olduğumuz ömür və can sağlığı verdiyi müddətcə bloqumuz davam etdirəcəyik, Sizinlə danışmaq, Sizə biliklərimizi paylaşmaq bizi daha güclü edir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close