image_pdfimage_print

Əziz oxucu, bugün Yevlax şəhərində keçirilən qeyri-neft sektorunda çalışam sahibkarlarla ölkə prezidentimizin görüşündə məndə iştirak edirdim və cənab prezidenti görmə imkanım oldum. Açığı bu mənim ölkə Prezidenti ilə 2-ci görüşüm idi və tam səmimi şəkildə Sizlərə deyim: Görüş mənə güclü biznes motivasiya verdi. Bilirsiz niyə?

İlk əvvəl deyim ki, cənab prezident öz nitqində son dərəcə nikbin görünürdü. Bu super idi, əgər ölkə başçısı vəziyyətin super olacağını deyirsə, deməli biz biznes adamları bu vəziyyəti super etmək üçün əlimizdən gələni etməliyik. Bu təbiidir, çünki hər bir insanın həvəsləndirməyə, motivasiya ehtiyyacı var. Eləcədə, biznes adamının. Bu həvəsləndirmə, bu motivasiya görə cənab prezidentə çox sağ ol deyib, niyələrə keçmək istəyirəm.

Hə, birdə deyim ki, mənim Azərbaycan prezenditi ilə ilk görüşüm nə az nə çox, düz 20 il bundan əvvələ təsadüf edir. Ümummilli lider bizi,  fevral ayının 2-də qəbul etmişdi və sonra Gənclər günü elan ediləcək tarixi kofransda iştirak etdim. Onda mən, 7-ci və ya 8-ci sinifdə oxuyurdum… amma dəqiq xatırlayıram bu görüşdən sonra şahmatla daha əzmlə məşğul olmağa başlamışdım. Bir sözlə elə o vaxtda ölkə prezidenti ilə görüş məni motivasiya edirdi.

Bugün ki, görüş Yevlax şəhərində keçirilirdi və təbii olaraq bu görüşün mənim üçün ikiqat əhəmiyyəti var idi: bir tərəfdən ölkə prezidentinin sahibkarlara dəyəcəkləri maraqlı idi, digər tərəfdə doğulduğum və ilk biznesə başladığım şəhərdə bunun həyata keçirilməsi. Bilirsiz, Yevlax mənim doğulduğum yer olmaqla yanaşı, Azərbaycanın corafi paytaxtıdır!)

Tədbirdə Embawood şirkətinin təsisçilərindən, mənim üçün həyat müəllimə olan Məhşur müəllimlə birlikdə oturdum, son dərəcə maraqlı və hər bir hərəkəti ilə mənə dərs verən adamlarla görüşmək superdir. Bilirsiniz, mənim biznes fəaliyyətimdə Embawood sahiblərinin rolu çox böyükdür. Mən onlardan çox şey öyrənmişəm. Sağ olsunlar!

Görüşdə, çoxtan tanıdığım bir sıra sahibkarlarla fikir mübadiləsi apardım və bir daha əmin oldum  ki, istənilən böhran – fürsətdir. Sahibkarın, biznes adamının böhrandan problem kimi danışması sadəcə onun zəifliyini göstərir. Biznes adamının professionallığı, onun məhz yeni iqtisadi konyukturda, böhranda düzgün gərar vermə, həvəslə işləmə və nəticə olaraq irəli getmə bacarığında əks edilir. Bunu edə bilən biznes adamları ölkə biznesinin müxtəlif sahələrində liderdilər. Nə qədər banal səslənsədə: böhran – fürsətdir.

Əlbəttə, biz bloqda ölkə rəhbərinin dedikləri barədə danışmaq istəmirik, çünki bunu Siz çox rahatlıqla KİV-də baxa bilərsiniz, amma bir şeyi Sizə çatdırmalıyam ki, görüşdən sonra, öz işçilərimizlə bir-bir söhbətlər etdim. Bazarda vəziyyətin müsbətə doğru dəyişəcəyinə, bu illərdə işləyən şirkətlərin tezliklə bazar liderinı çevriləcəkləri barədə onlara söz verdim. Bilirsiniz, bizim işçilərimiz, bizim ən dəyərli müştəriləridirlər. Onlar məmnun olmasalar, onlar bizə inanmasalar müştəri bizə heç vaxt inanmaz. Mənim bəxtim çox gətirib, bizim komanda çox güclü, etibarlı və əzmkar dostlardan ibarətdir. Öz aramızda qalsın, amma mən işçilərimizdən çox razıyam!)

Hər keçən gün ölkə biznes icması, yeni iqtisadi duruma daha çox adaptasiya edir. Böhran yoxdur, yeni iqtisadi konyuktur var. Müştəridə alıcılıq qabiliyyəti aşağı deyil, müştəridə alış verdişləri dəyişib. Bugün biznes adamları bu yeni vərdişlərə görə öz marketinq-mikslərini tənzimləməlidirlər. Bazara uyğun məhsul, bazara uyğun qiymət, bazara uyğun satış strateqiyası və əlbəttə bazara uyğun kommunikasiya strateqiyası olmalıdır. Bunun edin və biznesiniz çiçəklənəcək. Edə bilsək, çiçəklənəcək.

Facebookşunasları dinləməyin, ölkəmizdə turizm, kənd təsərrüfatı, tikinti kimi lokomotiv sahələrdə inkişaf templəri var. Ciddi inkişaf, məncu bu inkişafı Sizdə görürsünüz. Dostlar biz işləməliyik, ölkədən qaçmaq (oxu getmək) yox, ölkəmizdə olan neqativ ünsurləri qaçırmalıyıq. Birlikdə, əməyimizlə. İşləmək və intelektual biznes düşüncəsinin qarşısında heç bir maniyə dayana bilməz. Heç bir neqativdə.

Neqativ bizim əzmkarlığımız qarşısında uduzacaq. Tənbəl olmayanda, öz problemlərimizi görüb onun üzərində işləyəndə məncə alınır. Super alınır. Hərəkət edin… Azərbaycanda biznes qura bilməyən adam, xaricdə daha çətin biznes qura bilər…

…ölkəmizdə demək olar ki, istənilən sahələrdə boş bazar imkanları var. Hələ-hələ bu dövrlərdə. İndi etmək, indi işləmək lazımdır. İnanın, bir-azda gözləsəz gec olacaq. Kimlərsə etmək istədiyimizi edəcək. Başlayın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close