image_pdfimage_print

Əziz oxucu, tez-tez dosltlarımızla söhbət etdikdə, hansı istiqamətin daha doğru olduğu barədə söhbət edirik: özünün kiçik (orta) şirkətində biznes və ya hansısa bir böyük şirkətdə menecer. Hər iki istiqamətində özünə görə müsbət və mənfi tərəfləri var. Bu yazıda bir vaxtlar böyük şirkətdə menecer olaraq çalışmış və hal-hazırda öz biznesimlə məşğul olan biri kimi, düşündüklərimi Sizinlə paylaşmaq istəyirəm. Hesab edirəm ki, bu yazı, həftənin ilk iş günündə (yəni sabah) işə başlayan menecer dostlarımız üçün və ya özünün biznesi qurmuşlar üçün maraqlı ola bilər.

İlk əvvəl deyim ki, çox tez-tez böyük şirkətdə rəhbər kimi işləyən dostlarımızın öz bizneslərini qurduğunun şahidi olmuşuq, eyni şeyin əksi, yəni biznes qurmuş birinin yenidən korporativ şirkətdə işləməsi çox nadir hallarda olur, adətən bu biznes sahibinin uğursuz olduğu zaman təkrarlanır. Səbəb, əslində çox sadədir. Şəxsi biznes insanın qarşısında çox saylı imkanlar açır, korporativ fəaliyyətdən daha həyacanlı, strestli və təbii olaraq uğurunun meyvəsi daha şirindir. Bunu bir dəfə, dadan insan, sahibkar kimi düşünən adam, heç vaxt “öz xoşu” ilə menecerlik həyatına qayıtmaz…

… bu arada Sizə deyim ki, burada heç bir şəkildə məsələ əməksəvərlikdə, məhsuldarlıqda, dahilikdə, bilikdə, sərbəst olmaq istəyində, daha çox pul qazanmaqda deyil. Qətiyyən. Kim deyirsə ki, sahibkarın drayveri yalnız pul qazanmaqdır, inanın ki, səhv düşünür. Sahibkarlıq – biznes bir yarışa, marafona bənzəyir – qaçdıqca, irəli getdikcə daha çox istəyirsən və dayandığın anda həyatın marağı itir.

Digər tərəfdən çox zaman şəxsi biznes sözünü – sərbəstlik terminin sinonimi kimi deyirlər. Yalandır. Bizneslə sərbəstlik arasında heç bir əlaqə yoxdur. Sərbəstlik varsa (məncə yoxdur, çünki normal insanın öhdəlikləri olur və öhdəliyi olan canlı heç vaxt sərbəst ola bilməz və s.) bu da bilin ki, əmək haqqına işləyən seqmentdə ola bilər. Necə biznes adamı sərbəst ola bilər?! Ayın sonunda, əmək haqları, icarə, vergi, kommunal ödənişlər… hansı sərbəstlikdən söhbət gedə bilər?! Əksinə, biznes adamı öz həyatını daha sərt qaydalarla tənzimləməlidir, çünki o, yalnız özünün deyil, onun idarə etdiyi gəmidə gedən hamının məsuliyyətini öz çiyinlərində aparır. Bunu başa düşmək üçün sadəcə sakit başla vəziyyəti təhlil etmək və sahibkar olmaq lazımdır.

Keçək əsas məsələyə, daha doğrusu əsas suala hansı daha yaxşıdır: şəxsi biznes və menecer karyerası? Hesab edirəm ki, bu sualla cavab vermək üçün ilk əvvəl başa düşmək lazımdır ki, bu adama görə dəyişir. Kimlərsə şəxsi biznesi son dərəcə böyüdə bilər, böyük şirkət formasına gətirər xoşbəxt olar, kimlər isə, sadəcə kiminsə qurduğu şirkətdə hansısa bir funksiyanı mükəmməl edərək xoşbəxt ola bilər. Daha doğrusu, biznes qurmaq və ya kiminlə şirkətində işləmək suallının cavabı fərdlərə görə dəyişir, dəyişməlidir.

Biznesin miqyasından asılı olaraq, sahibkarın bacarıqları dəyişməyə başlayır. Heç şübhəsiz ki, istənilən biznesin ürəyi məhsuldur (xidmətdir) və sahibkar ilk olaraq məhsul hazırlığında öz bilik, bacarıq, sözün tam mənasında “canını” qoymalıdır. Əgər menecer hansısa bir şirkətdə artıq mövcud biznes modelin, hansısa bir funksiyasını daha yaxşı etməyə çalışırsa, sahibkar ümumi səhnəni qurmalıdır. Qurmağa məcburdur. Burdadan sahibkar olmaq üçün bir neçə şərtlər formalaşır, bunlar aşağıdakılardır:

  1. Məhsul yaratmaq. Biznes adamı mütləq və mütləq öz biznesinin ana məhsulunu yaratmalıdır. O, dəqiq başa düşməlidir ki, müştərilər məhz nəyə görə öz pullarını sənə verəcəklər? Bu suala düzgün cavab vermə bacarığı sahibkar düşüncəsi ilə, menecer düşüncəsinin fərqini ortaya qoyur. Menecer adətən mövcud yolu, təkmilləşdirməli olduğu halda, sahibkar o yolu yaratmalıdır.
  2. Biznes idealoqiya yaratmaq. Şirkət sahibinin əsas funksiyası qurduğu biznesin “dinini”, “konstitutsiya” kitabını yazmaqdır. Sahibkar dəqiq formada şirkətində nə olar, nəyin olmazları barədə qaydalar qurmalıdır. Vacib deyil, bu tam doğru olsun, vacib olan bu qaydaların olmasıdır. Şirkət meneceri isə bu qoyulan qaydaları dəqiq formada tətbig etməlidir. Sizcə niyə menecer elə özü şirkətin idealoqiyasını yarada bilməz? Çünki, menecer gəldi-gedərdir, amma biznes sahibi daimidir və şirkətdə çox şey dəyişsədə idealogiya dəyişməz qalmalıdır.
  3. Qurban vermək. Biznes adamı, uğurlu biznes üçün mütləq qurban verməlidir. Mütləq. Yaxşı avtomobili, yaxşı evi, ailə ilə keçirilən vaxtı, cavanlığı və s. Menecer bunu etməz, etməlidə deyil, çünki biznes sahibi bunu etməsi “yad” heç vaxt etməz. Biznesdə effektiv qərarlar məhz iqtisadi nəzəriyyənin bizə öyrətdiyi baza prinsiplərə riayyət edildiyi halda effekt verir. Menecer heç vaxt şirkəti, sahib kimi sevə bilməz – necə dayə, heç vaxt uşağa ana ola bilmir!

Öz şəxsi təcrübəmdən yaşadığım və nəticə çıxardığım bir neçə sadə həqiqətləri nəzərinizə çatdırmaqdada fayda görürəm. Deyim ki, bugün menecer olaraq işləyən adamların 90% öz biznesini qurmaq istəyir, amma Sizə deyim ki, bu çox səhv düşüncə tərzidir, bizi səhv tərəfə yönləndirir. Menecerlər tərəfindən qəbul edilmiş bəzi səhv steoritipləri nəzərinizə çatdırım…

  1. Hələlik təcrübə toplayım. Belə bir fikir var ki, menecer olaraq böyük bir şirkətdə çalışmaq insana biznes qurmaq üçün təcrübə qazandırır. Yalandır! Böyük şirkətdə qazanılan təcrübə real biznesdə əslində heç bir mənə kəsb etmir. Əgər Siz, həqiqətəndə öz biznesinizi qurmaq istəyirsinizsə, kiminsə şirkətində işləmək sadəcə vaxt itkisidir. Diqqət edin, 2-3 il işləyib, hansısa baza prinsipləri bilmək, öyrənmək olar… vəssəlam. Başqa keçirdiyiniz vaxt sadəcə, itkidir. Mən, Embawood biznes üçün çox şey öyrənmişəm, amma əminliklə deyirəm ki, son 2 ildə öyrəndiklərimin bugün etdiyim biznesə heş xeyri yoxdur. Biznes təcrübə, yalnız bizneslə məşğul olduğunuz zaman formalaşır.
  2. Hələlik pul yığım. Buda geniş yayılmış fikirdir… guya kiminsə şirkətində çalışa-calışa pul yığılacaq və pulu götürüb öz biznesinə investisiya edəcəksiniz. Yalandır! Biznesə qoyulan pul, biznesdən qazanılan pul olmalıdır. Başqa yerdən tapılan pulu, Siz biznesə qoysanız, tezliklə o pulu itirəcəksiniz. Hər dəfə deyirik ki, biznes öz yağında bişməlidir. Siz biznesə nə qədər az pulla, nə qədər dibdən başlasanız bir o qədər uğurlu olmaq, pul qazanmaq şansınız çoxdur. Bu arada biznesdə uğur, pul qazanmaq sözünün sinonimidir. Təsadüfi deyil ki, dünyanın ən böyük şirkətlərinin qurucuları biznesə çox xırda formada başlayıblar. Biznesdə inkişaf orqanik olmaldır. Məmur pulları, real biznesin düşmənidir.
  3. Hələlik vəziyyət pisdir. Çox eşidilən söhbətlərdən biridə, hələlik Azərbaycanda biznes durumu pisdir, böhran bitsin edəcəm(lər)dir. Yalandır! Bu tənbən və qorxaq adam söhbətidir. Biznes bu xüsusiyyətin adamlarını heç sevmir. Bu daha çox menecer xüsusiyyətli adamlardır. Biznes daha çox ürək işidir, nəyin ki, ağıl. İnanın mənə, yaxşı dövr heç vaxt gəlməyəcək, çünki o dövr heç hara getməyib. Ən ciddi bizneslər, pis dövrlərdə meydana çıxır, dolayı yolla biznes üçün pis dövr olmur. İnsan yaşayırsa, biznes var. İnsanda, maşallah… yaşayır, “kstati” yaxşı yaşayır!)

Əziz oxucu, sonda Sizə deyim ki, mənim fikirimcə, məncə – xəyalların reallaşdırılması üçün şəxsi biznes çox önəmlidir və həqiqi xoşbəxtlik mənim fikrimcə şəxsi biznesdən keçir. AMMA və LAKİN, bu mənə belə gəlir.

Bəs sən? Sən necə düşünürsən?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close