image_pdfimage_print

Ölkəmizin ən mötəbər biznes tədbirinə – Milli Marketinq Forumuna sayıla günlər qalmışkən, Azərbaycan biznesindən, Azərbaycan şirkətlərindən yazmaq çox böyük həzz verir. Bir tərəfdən çoxlu ortaq dostlara, digər tərəfdən özümün bir-başa biznesin içində olduğuma görə yerli şirkətlərimizdə olanları aydın şəkildə görə bilirəm. Bu yazıda Sizə, devalvasiyalardan sonra, ölkə biznesində sözün əsl mənasında parlayan şirkətlər barədə danışmaq istəyirəm. Sonda bir-iki kəlmə böhranda ciddi şəkildə geriyə gedənlərdəndə danışacam.

Beləliklə gördüklərim, yaşadıqlarımı qələmə alaraq, bloqumuzda yerli şirkətlərin biznes yanaşmaları barədə söhbət edirik. Bəlkə buna görə bloqumuz Azərbaycanda bizneslə məşğul olanlar (olmaq istəyənlər) üçün bizə daha faydalı olur. Bilmirəm. Amma bildiyim odur ki, bu bloq mənim üçün çox mükəmməl xobbidir və əsas məntiqimiz paylaşmaqdır. Marketinq AİR kimi, Milli Marketinq Forumu kimi, yazdığımız kitablar kimi və s.

Hər böhranda olduğu kimi, bu böhran zamanıda sözün əsl mənasında mükəmməl işləyən şirkətlər, bu şirkətlərə rəhbərlik edən sahibkarlar ortaya çıxdı. Çıxır. Bu hadisələri görmək üçün sadəsə ölkədə olan bizneslərə daha “soyuq başla” baxmaq lazımdır. Diqqət edin – soyuq başla, marketoloqlar kimi yox. Bəlkədə güləcəksiniz, amma bu iki ildə (devalvasiyalardan sonra yəni) uğurlu olan şirkətlər məhz marketoloqlar tərəfindən tənqid edilənlər oldu. Burda belə nəticə gəlmək olar ki, marketoloqların sözünə qulaq asmaq olmaz?! Bilmirəm, amma bloqumuzun əsas hissəsini, uğur qazanmış şirkətlər barədə danışmağın vaxtı olduğunu bilirəm. Uğurlu şirkətlər hansılardır?

Veysəloğlu – pərakəndə şəbəkələri. Daha əvvəl biz yazılarda qeyd edirdik ki, ölkəmizdə pərakəndə ticarət çox az inkişaf edib. Həqiqətəndə bu belə idi. Amma son 3 ildə, Veyseloğlu şirkətinin timsalında pərakəndəçilikdə ciddi addımlar atılıb. İstər şirkət sahiblərindən Aydın Talıbovun biznes vizyonu, istər şirkət daxilində işçilərin yetişdirilmə strateqiyası, istər son vaxtlar aydın formada hiss edilən – Alman pərakəndəçiliyindən bençmarkinqi Veysəloğlunu ölkənin bir nömrəli pərakəndə şəbəkəsi edib.

Mən bu şirkəti, istehsalçı kimi görmürəm. Ulduz şirkəti yerli istehsalçıdır, kateqroyasında liderdir, amma hesab edirəm ki, Veysəloğlu çox vaxtında və düzgün formada topdan satıcı rolundan pərakəndəçi roluna doğru hərəkət edir. Alman pərakəndəçilərindən eyni anda həm Aldi (Oba marketlərdə), həmdə Rewe (Edeka) konseptindən istifadə etməsini məncə çox doğrudur və boş pərakəndə ticarət bazarında şirkətin böyük pay qazanmasına gətirib çıxaracaq.

Veysəloğlunun işində səhv varmı?! Əlbəttə var. Çoxlu səhvlər var. Məsələn, ola bilər ki, şirkət Oba marketlərinin açılışında, yerləşməsində (yer seçimində) səhvlər edir, bu çox pis olsada, çox da təbiidir. Məsələn, özünün “köhnə” dostlarına qarşı, daha əvvəl Veyseloğlu malları satan mağazalara qarşı düzgün mövqe tuta bilmir, buna görə onlar Veysəloğlu mallarından imtina edir – təbiidir hallardır bunlar. Məsələn, son günlərdə ölkə mediasında yayılan xəbərlər – PR sisteminin şirkətdə zəif olması… səhvlər var. Amma bilirsizdə kimlər səhv etmir!? Düzdür – ölülər. Veysəloğlu bügün bazar ən çox işləyən şirkətdir. İş olan yerdə səhvlər olur. Wallmart və ya Aldi-ni bugünə qədər “söyürlər” və ya Rusiyada erməni əsillidə olsa, Qaliskinin qurduğu Magnitə guya hamı nifrət edir… AMMA fakt-fakt olaraq qalır, liderləri və güclüləri sevmirlər.

Metak – boru istehsalçısı. Bu şirkəti mən yalan olmasın 8 ildir izləyirəm. Başını aşağı salıb işləyən və sistemli şəkildə inkişaf edən tək-tük yerli şirkətlərdəndir. Böhran zamanı, tikinti sektoru “çökəndə” Metak bazarı reklamla bombalayırdı. Brendin tanınması devalvasiya dövründə özünün pik nöqtəsinə çatmışdı. Məhsul siyasətində etdiyi daim yeniliklər, dostumuzda olsa deyim – Tural Xalfayevin və ətrafında olanların etdikləri şirkəti ölkə biznesinin parlayan siması etdi. Sizi bilmirəm, amma mən işləyən adam görəndə sevinirəm. Metakda belə adamlar çoxdur.

İstər Balaxanı sənaye parkında qurduqları yeni sahələr, istərsədə ölkə xaricində – Rusiyada fabrik bir daha dediklərimizi sübut edir. Metak sistemli şəkildə devalvasiyadan güc ala bilib. Daxili bazarda brend tanınması, satış kanallarında, xarici bazarda aktivlikləri yerli istehsalçı şirkət olaraq doğru yolda olduğunu göstərir. Metak misalı sübut edir ki, işləyəndə hər şey alınır. Hə, əlbəttə istəmək azdır, həmdə işləməlisən!)

Kontakt Home. Elektronika bazarı devalvasiya ən hissiyatlı sektordur desək yanılmarıq. Sektorda demək olar ki, yerli istehsal yoxdur. Hər şey 100% dollarlaşıb. Bu bazarda çalışmaq üçün gərək dəmir nervilərin olsun. Məsələn, biz elektronika bazarında tam olaraq çıxdıq – işləyə bilmədik. Gücümüzü mebelə verdik, çünki burda daha rəqabətqabiliyyətli hiss edirdik özümüzü. Amma Kontakt Home bu dövrlərdə mağazalar açırdı. Bakıda yaranan icarə xausundan düzgün istifa etdilər və hamı mağazanı bağlayıb qaçmaq istəyəndə mükəmməl yerlərdə mağazalar açdılar.

Bilirsiniz, pərakəndəçilikdə yer seçimi həqiqətəndə stratejidir. Bunu Kontakt çox yaxşı bilirdi. Hamı ayağını tormuza qoyanda, Kontakt ayağını qaza qoyurdu. İstər etdikləri reklamlar, istər kampaniyalar, istər şəbəkə daxilində məhsul siyasəti şirkətə böhranda ciddi üstünlüklər yaratdı. Həqin ki, pulları çox idi, amma inanın ki, pulu daha çox olanlar, pulunu qoruduğu zaman Kontakt irəli getdi.

Mebel sahəsindədə şirkət son vaxtlar bazar payını xeyli artırıb. Düzdür, Kontakt hələdə mebel bazarında ciddi oyunçu olmasada, düşünürəm ki, gələn ildən bazar sahibi olacaq, mebeldədə. Şəbəkə daxilində yaradılan Hoffman brendidə devalvasiyada çox uğurlu oldu. Şəbəkəyə əlavə divident qazandırdı. Aydın hiss edilir.

Əziz oxucu, belə şirkət sayını sonsuz dərəcədə çoxaltmaq olar. Devalvasiyanın birinci günündən dediyimiz kimi, əsl sahibkarlar böhranda önə çıxırlar. Böhran yaxşı imkanlar yaradır, çünki bazar konyukturu ciddi dəyişir, yeniliklərə ehtiyyac yaranır və s. Həm böhranda köhnə oyunçular yorulmuş ola bilir. Yorulmaq demişkən, devalvasiyadan qabaq son dərəcə mükəmməl performans göstərən bəzi şirkətlər bu ildə “vəziyyət pisdir”, “satışlar düşüb…” tipində olduqları üçün ciddi geriyə getdilər.

Məsələn, mənim üçün sözün əsl mənasında biznes məktəbi olan Embawood şirkəti son illərdə ciddi durğunluq mərhələsinə qoşulub. Ola bilər ki, bu dahi sahibkar Elşad Abbasovun biznesdən qisməndə olsa kənarlaşmasının nəticəsidir, ola bilər, şirkətdə işçilər – kollektiv “yorulub” amma nəticə, nəticə olaraq qalır, Azərbaycan ən mükəmməl biznes yanaşması olan şirkətində işlər, biznesə baxış tam bazar şərtlərinə uyğun deyil.

Eyni məsələ, bir vaxtlar bazara yenilik gətirən İdeal Parfumeriya şəbəkəsində sezilir. Şirkət staqnasiya yaşayır. Kampaniyaları effektiv deyil, yenilikçilik azdır və s. Görəsən burdada İlgar müəllimin biznesdən kənarlaşması səbəbdir?! Bilmirəm. Amma bilirəm ki, İdealdada, Baku Elektroniksdədə, Embawood-da ruh düşkünlüyü var.

Əziz oxudu, bu yazı Milli Marketinq Forumu ərafəsində (biletlər burdan al) yazılır və Sizdə bilirsiniz ki, mən bu Forumun təşkilatçısı olmaqla yanaşı, Milli Keyslər panelinin moderatoruya. Təsadüfi deyil ki, bu paneldə çıxış edəcək şirkətlər, yeni iqtisadi şəraitdə ciddi uğur qazanmışlardır. Biz bu şirkətləri Sİzlərə təqdim edəcəyik, Sizdə əmin olun, biznesdə pis vaxt olmur. Sadəcə müştəri davranışları dəyişir, biznes adamı bu dəyişiklərə uyğun bazara təkliflər verməlidir….

… Benjamin Franklinin məhşur sözü olmasın: “Mən Sizin hər birinizə böhranın tezıliklə bitməsini arzulayıram, amma bunu gözləməyi heç kimə tövsiyyə etmirəm”.

Forumda mütləq görüşərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close