image_pdfimage_print

Əziz oxucu, son vaxtlar beyinimdə çox maraqlı, maraqlı olduğu qədərdə banal səslənəcək bir sual dolanır: nəyi və ya hansı formada outsorsinq etmək doğrudur? Başqa sözlə desək, biznesinizdə problem varsa, bu problem şirkət daxilində həll edilməlidir ya kənara çıxarmaq lazımdır? İstəyirəm yazı çərçivəsində sözü gedən məsələ ilə bağlı fikirlərimi, şəxsi təcrübəmi Sizlərlə paylaşım.

Deməli son 2 ayda bölgələrdə olan mağazalarımız üçün mərkəzləşmiş proqram (1C – mağaza) qurlaşdırırıq. Artıq bütün mağazalarda 1C işləyir və… və biz çox çətinliklər yaşayırıq!!! Niyə? Çox sadə komandamızda 1C bilən demək olar ki, yoxdur, mənim hesabatçılıqdan zəhləm gedir… və proqram heç bir şəkildə yerində oturmur. Son 5-6 gündə məcbur olub, butün digər işləri tullayıb, girişmişəm proqrama… inanırsız, işlərin keyfiyyəti dahada artıb. Görəsən niyə? Yəni Siz düşünürsünüz ki, işlərin effektiv getməsi üçün, mütləq rəhbər bir-başa işin içində olmalıdır?

Biznes partnyorumun maraqlı bir sözü var – deyir, o işdə ki, özüm əlimi bulamıram, əziyyət çəkmirəm, uğurlu olmur. Maraqlı olan odur ki, həqiqətəndə məndə bunu hiss edirəm, mənə elə gəlir ki, nəyinsə sistemli getməsi üçün mən mütləq özüm etməliyəm… deyəcəm, güləcəksiniz… mən bugünə qədər German Studio-ın sosial şəbəkələrdə olan reklamları üçün pulu özüm qoyuram. Bilirsiz niyə?) Mənə elə gəlir ki, postları mənim kimi, digərləri düzgün tarqetinq edə bilməz!) Gülməlidir hə?! Amma neyniyim elə düşünürəm)

Dünya biznesi diktə edir ki, yalnız əsas istiqamətlərdə fokuslanmaq lazımdır, digər işləri outsorsinq et, bizdə isə, gündən-günə outsorsinq gözümdən düşür. Hətta mənə elə gəlir ki, bu yalnız mənə özəl olan bir problem – dərt deyil. Ölkəmizdə olan bizneslərin çoxu, məcburi qaydada vertikal inteqrasiyaya gedir. Səbəb çox sadədir, bazarda onu qane edən təklif yoxdur.

Azərbaycan bazarının kiçikliyi bizneslərə tam olaraq ixtisaslaşmağa, konkret bir sahə üzrə çalışmağa maniyələr yaradır. Bazar kiçik olduğu üçün, biznes adamları məcbur olub, öz işləri ətrafında olan butün sahələrə həmlə edirlər, işlərini genişləndirmək istəyirlər. Məsələn, mebel satan, həmdə istehsalçı olmaq istəyir və ya hansısa bir sahədə çalışan həkim… həmdə filan şeyi bilirəm… demək istəyir və s. Bazar balacadır, çox pul qazanmaq üçün, eyni işi mükəmməl görməkdənsə, bir çox işi yaxşı görmək tələb edilir.

Sözü gedən problem həmdə, ölkədə olan internet bizneslərində zəif olmasına gətirib çıxarır. Bugün ölkəmizdə ciddi biznes potensialı olan internet proekt etmək, ən azı çox çətin görünür. Ona sərf edilən enerjiyə dəymir, ondansa offlaynda biznes qurmaq daha yaxşıdır. Səbəb yenədə bazarın balacalığı, Türkiyyə  və Rusiya kimi demək olar ki, bizim üçün eyni dilli ölkələrin qonşuluğu ola bilər. Məsələn, bugün Türkiyyə kimi qonşumuz olduğu üçün yüngün sənayenin ölkəmizdə inkişafı çox çətindir. Tekstil, trikotaj kimi istehsal istiqamətləri sadəcə səmərəsiz görünür, Türkiyyədən gətirmək daha sərfəlidir və s.

Neysə… Sizidə çox yormayım, sadəcə təəsüf ki, bugünə qədər olan təcrübəm deyim ki, hansısa bir işdə nəticə əldə etmək üçün mütləq qolunu çirmələyib özündə öyrənməlisən, işində içində olmalısan ki, insanlara düzgün tapşırıqlar verə biləsən. Edənlər, etdirənlərdən öndədir!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close