image_pdfimage_print

İstənilən normal statistik insan daha yaxşı yaşamaq, daha çox pul qazanmaq, sağlam olmaq və ya sadəcə xoşbəxt olmaq istəyir. Bəs hamı nail ola bilirmi və ya hamıda bu dediklərimiz alınırmı?! Əlbəttə, yox. Başqa sözlə desək, hamı istəyir, amma kimlərdəsə alınır. Dolayı yolla, nəyisə istəmək azdır… bu istədiklərinə çatmaq üçün addımlar atmaq lazımdır. Fikirlərimi açıqlamaq istəyirəm…

İlk əvvəl deyim ki, ətrafımızda baş verənlərə diqqət etdikdə, bəzi sadə həqiqətlər hiss edilir. Diqqət edin:

  • hamı sağlam olmaq istəsədə, çox az adam səhərlər idman edir, dietaya fikir verir və s.
  • hamı biznes qurmaq istəsədə, çox az adam bunun üçün vaxtını, rahat həyatını qurban verir və ya daha çox işləyir.
  • hamı yüksək maaş almaq istəsədə, çox az adam yeniliklər edir, öz üzərində çalışır və s.
  • hamı bloqer olmaq, cəmiyyətdə yaxşı tanınmaq istəsədə, çox az adam bunun üçün mütəmadi vaxt ayırır, araşdırma edir və s.

Bir sözlə, istəməkdən çox, edənlər həyatda nəyəsə nail olur, nail ola bilər. İstəyirəm bu yaxınlarda dinlədiyim və mənim üçün çox təsirli olan bir əhvalatı Sizə danışım…

Keçmiş zamanlarda, gül və su olur. Onlar birlikdə yaşayırlar və təbii olaraq bir-birini möhtac olmaları ilə yanaşı, qarşılıqlı hörmətləri olur. Günlərin bir günü, gül suya deyir: “Mən səni, sevirəm…”

Su cavab verir: “Məndə səni sevirəm…” bir neçə saat keçdikdən sonra, gül bir daha dilə gəlir və deyir: “Su, mən səni çox sevirəm. sənsiz yaşaya bilmərəm…”

Su yenidən cavab verir: “Məndə səni sevirəm, sənin qoxun məni valeh edir. Səni sevirəm və sən bunu bilirsən!”. Gül bu sözləri eşidir, gülümsəyir və növbəti 3 saatdan sonra, gül, çox əzik bir formada, asta səslə deyir: “Su, mən sənsiz yaşaya bilmərəm, səni sevirəm…”

Bu dəfə, su həkim çağırmağı düşünür. Həm gülün səsi, siması onun xoşuna gəlmir, həmdə eyni sözü dəfələrlə deməsi şübhə doğurur. Həkim gəlir və gülü müayinə etdikdən sonra, suya deyir. 

“Gülün ömrünə az qalıb, o saralıb, solub. Ona mütləq su lazımdır!”…

Əziz oxucu, bizim həyatımız bu misala bənzəyir. Xoşbəxt olmaq üçün, uğur qazanmaq üçün, sadəcə seni sevirəm (səni istəyirəm) demək azdıq. Nəsə etmək, nəyisə düzəltmək lazımdır. Necə bizim misalda gül, susuzluqdan məhv olur, eləcədə bizim arzularımız, hədəflərimiz icrasızlıqdan, tənbəllikdən tələf olur. Sevirəm demək azdır, sevgini göstərmək lazımdır, dostlar!

Su seni sevirəm, deməsinə baxmayaraq, gülün ən böyük ehtiyyacı suyun sevgisi olur və gül susuzluqdan məhv olur. Bizim biznesimizin ən böyük ehtiyyacı bəzən sadəcə bizim ona yetirəcəyimiz diqqət olur. Sağlamlığımız sadəcə onunla maraqlanmağımızı istəyir. İşimizin yaxşı getməsi üçün, sadəcə həvəsli olmağımız lazım olur və s. İstəyirəm demək azdır, hərəkət etmək, istəklərimizə nail olmaq lazımdır. Məncə!

Hər keçən gün, bizim həyatımızda itirilən bir şans və ya gələcəyimiz üçün yatırılan böyük bir investisiya ola bilər. Hansı olacaq? Biz hansının olmasını istəyirik? Əlbəttə, biz istəyirik yaxşı olsun, amma hər günümüzün daha yaxşı olması üçün nələrisə edirikmi?! Bax, əsas sual, əsas işin canı burda yatır və bizi düşünməyə vadar edir.

Bu yazıda mən bəlkədə Sizlərə çox banal və hamı tərəfindən bilinən bir həqiqəti danışdım, amma inanın, həyatda ən böyük işlər xırda həqiqətlərin qəbul edilməsindən başlayır. İnanın!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close