image_pdfimage_print

Gündəlik həyatımızda doğru hesab etdiklərimizi “qızıl 10luq” formasında 2 dəfə çatdırmışıq, daha doğrusu bizim bu istiqamətdə bloq postlarımız olub. Həyat davam etdikcə, təbii olaraq yeni öyrəndiklərimiz olur və mən bu yazıda hal-hazırda, yəni 2017-ci ilin may ayında özüm üçün qızıl bildiyim növbəti 10 qaydanı, Sizə təqdim etmək istəyirəm…

İlk əvvəl deyim ki, əgər bizim birinci qızıl 10luğumuz daha çox hansısa bir şirkətdə işləyən menecerlər üçün faydalı idi. Elədə olmalıdır, çünki bu qaydaları dedikdə mən şəxsi bizneslə məşğul deyildim və butün beynimi Embawood şirkətinin uğurları üçün istifadə edirdim, ən azı mənə elə gəlirdi. Bu qaydalarla burada tanış ola bilərsiniz.

İkinci qızıl 10luğum 2014-cü ilə təsadüf edir. Bu zaman mən, artıq müstəqil olaraq bizneslə məşğul edim və yazdıqlarımı oxuya-oxuya həmin dövrü yadıma düşür. İstəsiniz buradan qaydalarla tanış ola bilərsiniz.

Hər zamanın öz hökmü var. Bu qətiyyən o demək deyil ki, mən daha əvvəl yazdıqlarımla razı deyiləm. Əsla. Sadəcə indi Sizin oxuyacağınız versiya ən təkmilləşmiş olduğunu hesab edirəm. Başlayaq…

Qayda 1 – Rəhbər vəzifəyə kənardan işçi alma. Çox banal səslənir, hə? Amma inanırsınız, bir çox şirkətlər bunu bilə-bilə etmirlər. Çalışmaq lazımdır ki, biznesinizdə rəhbər işçilər “altlardan” çıxsın, yetişsin. Bunu edə bilən bizneslər çox güclü olurlar, daha yaxşı pul qazana bilirlər. Məsələn, AzerSun, Veyseloğlu, Kontakt və s. kimi şirkətlərdə “kənardan” çox nadir hallarda yüksək vəziyəyə adam gəlir. Nəticədə işçilər rəhbər vəzifədə olduqları zaman hər şeyi yaxşı başa düşürlər və s. Bir sözlə çalışın şirkətinizdə rəhbəri, özünüz yetişdirəsiniz.

Qayda 2 – Oğru və tərbiyəsizdən başqa heç kimi işdən çıxarma. Biznesdə pis işçi olmur, yerində olmayan işçi olur. Əgər Sizin əməkdaşınız oğru və ya tərbiyəsiz deyilsə, işdən çıxarmaq doğru deyil. Sadəcə sözü gedən adama bacardığı, istedadını reallaşdıra biləcək işi vermək lazımdır.

Qayda 3 – Heç bir halda qohum və dostunuzla biznes etməyin. İnanın bu belədir, əgər bunun əksi olubsa, bilin ki, sadəcə və sadəcə o adamın bəxti gətirib. Çox nadir hallarda, Sizin qohumunuzda məhz Sizin axtardığınız adamlar olacaq, yaxşı olar ki, axtarmayasınız. Bu sözlər sırf bu işdə təcrübəsi olan biri kimi deyiləm, əvvəlcədən “YOX” demək, işdən çıxarmaqdan daha yaxşı olur.

Qayda 4 – Uğurlu biznes, pul qazanan biznesdir. Ola bilər ki, böyük əksəriyyət hallarda biznes adamı pul üçün biznes etmir. Hətta daha dərin deyim, yalnız pul qazanmaq üçün qurulan bizneslərin uğurlu olma şansı çox aşağadır. AMMA və LAKİN. Sizin biznesiniz varsa, Siz bu işi yaxşı bacarırsınızsa bunun qarşısında pul qazanmalısınız. Kim əksini deyirsə, bilin ki, biznesi tam başa düşmür və ya məmur pullarını xərcləyir – “ağzı isti yerdədir”.

Qayda 5 – Tənqid edən adamlar, böyük əksəriyyət hallarda bacarıqsız adamlar olur. Əgər kimsə Sizin biznesini tənqid edirsə və ya Siz hansısa biznes barədə tənqidi fikir deyirsinizsə, böyük ehtimal Siz sadəcə tənqid etdiyiniz biznesi başa düşmürsüz. Diqqət etmək lazımdır ki, bu tənqid zamanı sosialoji dəyərlərlə, biznes dəyərlərini qatmayasınız. Əgər ZARA-da satıcı mənimlə rusca danışırsa və Azərbaycan dilini, Azərbaycanı sevmirsə… əlbəttə biz onu tənqid etməliyik, biznes cəhətdən deyil, sosial problem kimi və s. Biznesi tənqid edən adamlar əksər hallarda biznesdən uzaq adamlar olurlar.

Qayda 6 – Gunahı özündə görməyən adamlardan qaçmaq lazımdır. Əgər Sizin partnyor, işçi, dostunuz və s. hansısa bir məsələnin həllindən özünü-tənqid formasında yanaşmırsa, ondan qaçmaq lazımdır. Bəli-bəli, müştəridən başqa heç kim belə davrana bilməz. Eyni şey ən çox bizim özümüzə aiddir. Nəsə alınmırsa, nəyisə edə bilmirik və səbəbini bilmək istəyiriksə – sadəcə güzgüyə baxmaq lazımdır.

Qayda 7 – Sağlamlığa fikir vermədən, bizneslə uzunmüddətli məşğul olmaq mümkün deyil. Sağlamlıq bizim həyatımız, ömrümüz üçün vacib hesab edildiyi qədər, effektivliyimizədə çox təsir edir. Səhərlər idman etmək, çoxlu su içmək, imkan daxilində pəhrizlə yemək bizim gündəlik fəaliyyətimizin daha effektiv olması üçün şərait yaradır. Həmçinin bizim, nəfsimizi, iradəmizi tərbiyə edir.

Qayda 8 – Pislik etməyin, hətta qarşınızda olan buna layiqdirsədə. 2016-cı ildə bir nəfər Sizində tanıdığınız bir Ali məktəb müəllimi ilə münasibətim çox gərgin idi. “Dostumuz” bu gərginlikdə mənə qarşı çox kobud hərəkət etmişdi və mən bir anlığına hər şeyi unudub, gücümü cəmləyib ona zərbə – pislik etmək istəyirdim… xoşbəxtlikdən həmin vaxtlarda dostlarımız araya girib mənim, pislik etməyimə mane oldu. Sonradan olanları təhlil edib, əmin oldum ki, pislik etmək, heç vaxt yaxşı nəticə vermir.

Qayda 9 – Ən faydalı kitab – təcrübədir. Təcrübənin verdiyi biliyi heç bir kitab verə bilmir. Həyat təcrübəsi isə, insana ən faydalı elementdir – bu element heç bir kitabda yazılmır. Yaşayıb, görməlisən.

Qayda 10 – Edənlər, danışanlardan hər zaman öndə olur. Danışmayın, hətta çox düşünməyində… sadəcə edin. Bəli-bəli dünyanın ən böyük şirkətləri belə icra ilə, etməklə qurulub. İnanın birinci heçnə olmayıb, sadəcə ediblər. Sonra çoxlu “edə-edə” bugün bizim nağıl hesab etdiyimiz şirkətlər qurublar. Çox oxumayın, durun-durun işlə məşğul olun. Vse – məndə yazmıram. Getdim işləməyə.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close