image_pdfimage_print

Cəmi bir gün. Sabah. 26 may. Azərbaycanda. Milli Marketinq Forumu keçiriləcək. Azərbaycanımızın ən mötəbər biznes tədbiri artıq beşinci dəfə keçirilir.

Əziz oxucu, Siz təşkilatı komanda üzvlərində olan enerjini, pozitivliyi, sevinci, ruhu görsəniz… əminəm ki, sevincdən təəsüblənırsiniz. Hamı, bir nəfər kimi, sabaha hazırlaşır. Zarafat deyil, bu il olacaq Forum bizim üçün yubiley forumdur. Həmçinin bilirsiniz ki, Milli Marketinq Forumu bizim keçirdiyimiz ən strateji tədbirdir. 

İlk əvvəl deyim ki, Milli Marketinq Forumu – MMF – bügün ölkə biznes camisəyisində ciddi brendə çevrilmişdir. Təsadüfi deyil ki, bu ilin sponsorlar çox ürəklə bizim tədbirə dəstək olmaq istəyirdilər. Sağ olsunlar. Sponsorlar olmasaydı, dostlarımız olmasaydı, Milli Marketinq Forumu olmazdı, olsaydıda… belə mötəbər formatda olmazdı.

Mötəbərlik demişkən hər keçən il, Foruma gələn spikerlərə qarşı tələblərimizi artır, onlar daha ciddi seçilməyə çalışır. Düşünürəm ki, bu il olacaq Forumun spikerlərinin sözün əsl mənasında Marketinqdə, Biznesdən danışmağa sözü olan insanlardır.

Forumun təsisçilərindən olan Anar Bayramov və Rafiq Hünaltay (Vəliyev) özlərinin çox saylı işlərinin arasında Foruma vaxt tapırlar… bəlkə Təşkilatı Komandada gücü, dəstəyi onlardan alır. Sözün əsl mənasında gündə 16 saat işləyirlər… təsəvvür edirsiniz bunun üçün insanda gördüyü işə necə sevgi olmalıdır. Sağ olsunlar. İstər Rafiq, istər Anar, istərsədə digər dostlarımız sağ olsunlar.

P.S. Bu bloqu yaza-yaza yadıma düşür ki, bizim German Studioda və ForHome olan dostlarımız tam gücü ilə işlərini atıb… Forumla məşğuldular. İnanırsız, hirslənirəm… amma bir söz deyə bilmirəm, axı Milli Marketinq Forumuda vacibdir.

P.S.S. Bu arada Sizə deyim həm ForHome, həmdə German Studioda satışda olan adamların hər üçün Marketinq AİR məzunudurlar. Hərdən Rafiq və Anar deyir ki, onların bizim işçidə, sənə kömək edirlər. 

Sabah Forumun açılış çıxışına mən edəcəm. Deyəcəklərim var. Vacib sözlər. Onları yazı ilə demək mümkün deyil. Yalnız səslə deyə bilərəm. Sevincliyəm. Həyacanlıyam. Hətta Qorxuram!)

Son vaxtlar gündəlik işlərə, biznesə başım o qədər qarışıb ki, hətta bloquda çox yaza bilmirəm. Bugünlərdə Sizə deyəcəm çox şeylər var. Bir-az vaxt tapan kimi, bloqda hamısını Sizə (sənə) danışacam. Əminəm ki, sənədə maraqlı olacaq.

Əgər sabah vaxtın varsa sən mütləq və mütləq Milli Marketinq Forumunda iştirak etməlisən, çünki çox dəyərli və vacib məlumatlar olacaq. Hamı bilik və təcrübəsini paylaşmaq üçün yarışacaq. Demirəm butün çıxışlar faydalı olacaq, amma əminliklə deyirəm ki, Forum çox faydalı olacaq. Təsəvvür edin ki, cəmi 40 manata, 2 gün hər şey daxil, biznes istirahəti səni gözləyir. Sənin yerində olsaydım mütləq gələrdim.

Sabah görüşərik, yaxşı?)

Pullman Hotel, keçmiş Kempinski – Badamdar. İki gün, 26-27 may. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close