image_pdfimage_print

Əziz oxucu, 26-27 may tarixlərində, artıq 5-ci dəfə (!), Azərbaycanımızda ən mötəbər biznes tədbir – Milli Marketinq Forumu keçiriləcəkdir. Forumun gündəliyi, spikerlərin adları və mövzuları, bileti necə almaq barədə Siz Forumun saytında məlumat ala bilərsiniz. Bu bloqda isə, mən Forumun həmtəsisçisi olaraq Sizlərə iştirak etdiyiniz zaman əldə edəcəyiniz faydalar barədə danışmaq istəyirəm. İkimizin arasında qalsın, bu sırf bloqun oxucularına “özəl”dir!))

Əvvəla deyim ki, 1-2 yaxın dostlarımız mənə: “İlkin, sən bu forumlara çox vaxt ayırırsan, niyə bunu edirsən…” tipində suallar verir. Onlar deyirlər ki, onsuzda mənim fəaliyyətim biznesdir və düşündükdə Milli Marketinq Forumununun mənim konkret olaraq etdiyim biznesə heç bir faydası yoxdur. Əslində ilk baxışdan düz deyirlər… AMMA və LAKİN mən bu dostlara tam olaraq başa sala bilmirəm ki, Milli Marketinq Forumu mənim üçün, İlkin Manafov şəxsi üçün etdiyim bizneslərdən qat-qat vacibdir. Baxın, bu sözləri heç bir şəkildə emosiyaya qapılıb yazmıram, şuurlu formada yazıram – Milli Marketinq Forumu, mənim üçün etdiyim işlərin içərisində ən dəyərlilərindəndir. Niyə?!

Niyəsi əslində çox sadədir. Milli Marketinq Forumu ölkəmizdə marketinqin real vəziyyətini ifadə edən birinci – yeganə tədbirdir. Bu tədbirdə biz Azərbaycanımızda marketinqin vəziyyətini forum şəklində müzakirə edirik. Marketinq biznesin drayveridir. Müasir biznes bugün marketinq olmadan işləyə bilməz – batar. Biznes olmasa Azərbaycan iqtisadiyyatı olmaz. Azərbaycan iqtisadiyyatı olmaz – bizim biznes olmaz və s.

Dolayı yolla mən, İlkin Manafov olaraq borcluyam ki, Azərbaycanımızda Milli Marketinq Forumunun təşkilatında yaxından iştirak edəm. Əlbəttə, hərə ən çox özünə cavabdehdir, amma mən, Forumun digər təsisçiləri olan istər Anar Bayramov, istərsədə Rafiq Hünaltayında adından deyə bilərəm ki, onlarda Milli Marketinq Forumunun keçirilməsi özlərinin bir-başa borcu hesab edirlər. Azərbaycanlı borcu. Türk borcu.

P.S. Biznes üçün Sosial məsuliyyət-zad deyil aaa, bu şəxsi sosial məsuliyyətdir!)

Keçək ikinci vacib məsələyə, niyə Milli Marketinq Forumunda iştirak etmək, məhz Sizin üçün vacibdir?

Bu sualla cavab vermək üçün, biz başa düşməliyik ki, Forum heç bir şəkildə öyrənmək yeri deyil. Əlbəttə, bu forumlardan çox şey öyrənmək olar, amma Forum daha çox təcrübə paylaşı üçün platforma – meydan rolunu oynayır. Milli Marketinq Forumu, ölkənin aparıcı marketoloqlarına meydan verir ki, onlar öz təcrübələrini bizə danışsınlar. Forumda iştirak etməyin birinci faydası ondadır ki, burada Siz real olaraq ölkədə canlı biznes-personajların, başqa sözlə desək marketoloqların “ağızlarından” təcrübələri eşidəcəksiniz, istədiyiniz zaman, müzakirəyə qoşulub, sual verəcəksiniz. YouTube izlədiyiniz videodan bu çox fərqli və öyrədicidir.

İnsan həyatından ən dəyərli resurs sağlamlıqdır. Biznesdə nədir? Bəli, düz deyirsiniz. Biznesdə ən dəyərli resurs tanışlıqlardır. Biznesdə tanışlıqlar, pulun aça bilmədiyi qapıları açır. Dünyada, eləcədə Azərbaycanda biznes, iclaslarda, müşavilərdə, ofislərdə deyil, idman zallarında, pivəxanalarda (PUB), çayxanalarda (kofe shoplarda), restoranlarda, hamamlarda həll edilir. Forumda iştirak etməyin ikinci faydası ondadır ki, Siz biznes tanışlıqlar qazanacaqsınız. Bu tanışlıqları qazanmaq üçün, Siz həftələrlə telefonlarda qala bilərdiniz, bu tanışlıqları qazanmaq üçün biz öz ortaq dostlarımızda istifadə edə bilərdik və s. Amma bununla belə, Forumlarda əldə edilən tanışlıqlar gələcəkdə daha faydalı ola bilir, çünki burada əslində ortam çox yumşaq və rahat olur.

Hər birimizin həyatında çətin zamanlar olur və heç təsadüfi deyil ki, bu çətin anlarda “əlimiz işdən soyuyur”, bu təbiidir. Bizə elə gəlir ki, ölkədə vəziyyət pisdir, bizə elə gəlir ki, guya nəsə səhv gedir və ya biz bacarıqsızıq və s. Bu vaxtlarda bizə güclü motivasiya, həvəsləndirməyə ehtiyyac olur. Əgər bu motivasiyanı biz almasaq, işimizi yaxşı etmə şanşımız azalır və biz daha pis işləyirik. İşlərimiz daha pis gedir, bir növ biz qapalı – dairəyə düşmüş oluruq. Bundan xilas olmaq üçün biz mütləq özümüzdən uğurlu – güclü – bacarıqlı insanların ətrafında olmalıyıq. Milli Marketinq Forumunda biz artıq 5-ci ildir ki, sektorda real iş görmüş, ciddi uğuru olan şəxsləri dəvət edirik. Diqqət edin, biz natiqləri çağırmırıq, biz real uğur qazanmışları dəvət edirik. Dolayı yolla MMF spikerləri biznes sahəsində öz sözlərini demiş şəxslər olurlar. Forumda iştirak etmənin üçüncü faydası, Sizin (bizim) motivasiya almağımızdır. Biz real insanları dinləyirik və işimizə daha güclü yapışırıq. Həvəsimiz artır. Bu superdir. Bu çox dəyərlidir, dostum!

Yuxarıda qisməndə olsa toxunduğumuz faydalardan əlavə Milli Marketinq Forumu özündə 500 nəfər iştirakçının qatıldığı tədbiri ifadə edir. Bu tədbirdən başqa heç harda Azərbaycanda real biznesdə olan bu qədər insan bir arada toplaşmır. Bizneslə məşğul olan biri kimi, Sizi əmin edirəm ki, sektorundan asılı olmayaraq əksər sahibkarın problemləri bir-birinə oxşayır və bu problemlərin həlli təcrübə mübadiləsi ilə həll edilə bilər. Forum bizə bu şansıda verir.

Deyilənlərə həmçinin Forumda olacaq xüsusi səhnə-səs effektlərini, hər iki gündə yemək, çay fasilələrini (tam ödənişsiz – biletin qiymətinə bunlar daxildir), sertifikatları, forum günü təklif edilən kitablara xüsusi endirimləri əlavə edəsi olsaq…

…bir sözlə dediklərimiiz ümumiləşdirərək Forumda iştirakın aşağıdakı səbəblərini göstərmək olar:

  1. Təcrübə mübadiləsi, spikerlər və iştirakçılar.
  2. Biznes tanışlıqlar – 500 çox real biznesdə çalışan iştirakçı.
  3. Motivasiya, enerji – drayv.
  4. Müzakirılərdə iştirak, debatlara qoşulma, mentorlarla, gələcək partnyorlarla iş görüşləri.
  5. Forum zamanı, 2 gün, intelektual insanların içərisində istirahət – əyləncə və s.

Əziz oxucu, bizneslə məşğul olmaq məncə pilləkənə bənzəyir, sən daim nesə edib, bir addım yuxarı qalxmalısan. Əminəm, tam əminəm ki, Milli Marketinq Forumu bu pilləkənləri qalxmaq üçün son dərəcə faydalı tədbirdir. Burda mütləq və mütləq iştirak etmək lazımdır.

… və Sizə deyim, bu dediklərimizi çoxları bilir. Bilir ki, Forum biletlərinin satışında tam olaraq “ajiotaj” yaşanır. Forumda mütləq görüşərik, yaxşı?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close