image_pdfimage_print

Bəli, bəli, bəli!!! Bugün bloqumuzda 1000-ci yazını paylaşmış oluruq. Nə az, nə çox, düz min dəfə, biz bu bloqda “Paylaş” düyməsini basmışıq. İstəyirəm, bəzi məlumatları Sizinlə bölüşüm…

Başlayaq bəzi populist statistikalardan…

  • İlkinManafov.com saytını A4 formatında, 12 şriftlə yazası olsaq, ümumi olaraq 4000 səhfədən çox yazı edir;
  • İlkinManafov.com saytının oxunma sayı 1 mln, 400 min dəfə olmuşdur.
  • İlkinManafov.com ortalama oxunma müddəti 5 dəqiqədir, deməli bizim oxucular, bloqda 7 mln. dəqiqə oxumaya vaxt sərf ediblər. Bu 117 min saat və ya 4850 gün və ya 14 il deməkdir!)
  • İlkinManafov.com saytında biz heç bir yazıda foto və ya şəkillərdən istifadə etmirik. Bu yazılarda maksimum çox məlumatlı tutumlu olması üçündür.

İlkinManafov.com bloqu, İlkin Manafov, yəni mənim üçün nədir?

  • Bloqda 1000 yazı var, nəzərə alsaq ki, bir yazının ortalama hazırlanma müddəti, 90 dəqiqədir. Deməli, bu mənim həyatımın 90 min dəqiqəsi və ya 1500 saat və ya 63 gün deməkdir. Yalnız bloqda yazılanları paylaşmaq üçün mən 63 gününü itirmişəm;
  • Bloq mənim həyat tərzimə çevrilib, olduğum yerdən, psixoloji vəziyyətimdən, maddiyatdan, ailədən olan durumdan, biznesdən asılı olmayaraq biz ortalama olaraq həftədə 3 dəfə olmaqla bloq paylaşırıq;
  • Bloq mənim üçün tribuna funksiyasını daşıyır. Bu bloq vasitəsi ilə, mən həyata, biznesə, dünyaya olan baxışlarımı sərgiləyirəm. Sözümü deyə bilirəm… və Sizə deyim, eşidilirəm;
  • Bloq İlkin Manafovun şəxsi brendinqində xüsusi rol oynayıb, oynayır. Məni tanıdır, məni yaxşı tanıdır və özümə məxsus dəsti-xətt formalaşmağında kömək edir;
  • Bloq İlkin Manafovu çox saylı yaxın və orta dostlar qazandırıb. Bloq Marketinq AİR-in yaranmasında, məni Rafiq və Anarla tanış olmağımda ciddi rol oynayıb.
  • Bloq İlkin Manafova fövqəl-bəşər kayf verir!))

İlkinManafov.com bloqu, oxucular üçün nədir? Əslində bu sualla cavab vermək mənə düşməz, amma ümumi faktları deyib, bu cavabı sənə buraxacam…

  • Hər həftə, bloq vasitəsi ilə minimum 5 məktub gəlir. Oxuculardan…
  • Hər həftə, bloqumuzu minimum 7 min nəfər oxuyur.
  • Oxucuların dediklərinə, bizim bloqu oxuyaraq çox saylı öz şəxsi bizneslərini quranlar olub və ya bizneslərinin həcmini genişləndirə biliblər.
  • Birdəfə bloqumuz pozulmuşdu… o zaman, bir xanım mənə yazıb dedi ki, “Sizin yazdıqlarınızın hamısı, məndə var. Nə zaman, istəsəniz, verə bilərəm…”.
  • Oxucular haqda danışmaq istəmirəm… özünüz məndən yaxşı bilirsiniz!)

Keçək, bir-az rəsmi-fason statiskalara…

  • İlkinManafov.com keçirilən müstəqil araşdırmalara görə, Azərbaycanımızda ən çox oxunan, biznes bloqdur;
  • İlkinManafov.com bloqunda olan kontent, Azərbaycanda yazılan butün biznes bloqların kontentindən ən azı 2 dəfə (!) çoxdur. Təsəvvür edirsiniz bu nə deməkdir?! Bizim bloq, tək-canına (!), Azərbaycanda olan butün digər bloqların cəmindən ən azı 2 dəfə çoxdur. Fəxr edirəm!) Kayf!)
  • Bloqumuzda ilk yazı, 2012-ci ilin, yanvar ayında dərc edilib. Başqa sözlə desək, bloqumuzun 6 yaşı var. Bu il birinci sinifə gedəcək!))
  • Bloqumuzda əsas istiqamət, biznes, brendinq və pərakəndə ticarətdir. Hesab edirəm bu 3 sahə üzrə kifayət qədər kontent yarada bilmişik. Bu superdir!
  • Bloqumuzda ən çox oxunan yazı, nə az, nə çox – 67 min dəfə oxunub. Təsəvvür edirsiniz? Hansı yazı olduğunu deyib, fikirlərini qarışdırmaq istəmirəm!)

Bloqumuz son 15 gündə, tamamiylə yeni formatda işləyir – YouTube videolar çəkirik. Düşünürük ki, bu format yeni şərtlərə tam uyğundur. Nesə, mənə elə gəlir, oxuma “moddan” çıxır və insanlar dinləmək, baxmaq istəyirlər. Əlbəttə, Azərbaycan dilində ən oxunaqlı bloq olaraq, biz daim yeniliklər etməliyik, Sizin gözləntilərinizi qarşılaya bilək.

Digər bir şad xəbər… bəli-bəli şad xəbər odur ki, bizim bloqa və təbii olaraq bizə – nifrət edən insanlar var. Bu superdir. Bu o deməkdir ki, kiminsə bizdən zəhləsi gedirsə, mütləq kiminsədə bizim bloqa qarşı platonik sevgisi var. Ən pis odur ki, bizim bloqda emosiya olmasın. Qurban olduğuma min şükür, bu belə deyil. Bizə nifrət edən və əlbəttə bizə sevənlər var.

Bizim bloqun özünə məxsus stilikstikası, dəsti-xətti var. Biz Azərbaycanımızda biznes qurmağın asand olduğunu düşünürük, biz istənilən uğursuzluğun səbəbini özümüzdə görməyə oxucuları çağırırıq. Birdə… biz deyirik ki, çalışmaq lazımdır, çalışanda, nikbin olanda hər şey düzəlir!)

Təsəvvür edin, rus sektorunu bitirmiş biri, Azərbyacan dilində “güclə” yazan biri – mən, Azərbaycanda dilində ən oxunaqlı biznes bloq yarada bilirsə… deməli, çalışanda alınır, yox?

Bizim bloqun şahi, bizim bloqu bloq, İlkin Manafovun ilham pərisi, Sizsiz, Sənsən. Məhz sən (!) məni, bu yazılara sövq edirsən, sağ ol, sağ ol dostum, sağ ol ki, məni başa düşürsən. Başa düşürsən demişkən…

… mənim bloqun işləməsində, mənə son dərəcə dəstək olan ailəmə çox sağ ol demək istəyirəm. Bax, mən bu yazını yazıram… və mənim xanımım mənə çay gətirir… inanın ki, bu xoşbəxtçilikdir. Xoşbəxtçilik demişkən…

…mənim atam, Yevlaxda rayon qəzətinin yaradıcılarından olub və ikinci ixtisası, jurnalistika olub. Bilmirəm, bəlkə bu “yazmaq” həvəsi ordan yaranır, atama oxşamışam… oxşamışam demişkən…

… mənim qızım Ülkər, özünün video bloqunu yaradıb… inanın ki, bu ideyanı mənə deyəndə yaxşı mənada ŞOK-a düşdüm. Bəlkə oda babasına oxşayıb!? Bilmirəm, amma bilirəm ki, bu bloqu mən çox sevirəm. Sabah, öz “kruqumda” bloqumun 1000 yazısını qeyd edəcəm. Mənim üçün çox dəyərlidir… dəyərli demişkən…

… Rafiq və Anar, bu bloqun belə həvəslə yazmağımda rolu böyükdür. Onlar həqiqətəndə dəyərli dostlardır. Hər ikisi mənim üçün ideoloji etalondur. Onlarla dost olduğum üçün, onlara görə AİR-in, İ-si olduğum üçün sevinirəm. AİR böyük gücdür, AİR bizim üçün çox əzizdir… əzizdir demişkən…

… mənim biznesimdə çalışanlar işçilər, bizim kollektiv mənim üçün çox əziz olmaqla yanaşı, bu bloqun əsas təkan verici güvvəsidir. Biz bloqumuzda ən çox öz biznesimizdə olanlar barədə yazırıq, onlardan danışırıq. Bizim işçilərimiz, İlkinManafov.com bloqunun, dolayı yolla, İlkin Manafov həkayəsinin gizli gəhramanlarıdır. Mən onlara çox sağ ol deyirəm. Bilirəm oxuyursuz… özdə iş vaxtı!)) Oxumayın… oxuyun bir-az oxuyun!)) bir-az demişkən…

… məni bir-azda oxusanız, başqa şeylər barədə danışacam… ona görə, ən mükəmməl danışıq, ən qısa danışdır deyib, bir daha hər birimizi bloqumun 1000-ci yazısı münasibəti ilə təbrik edirəm!

Sağ olun!

P.S. Bu ay bloqumuzda son 3 ildə ən çox yazısı olan aydır, deməli məndə “ikinci nəfəs” açılıb.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salam IlKin qardas, tebrik edirem ugurlariniza oz ugurum kimi sevinirem,haqqiniz var boynumuzda.Qeribe bir tesir qoymusuz bizde bu bloqun aludecisi olmusuq, har gun yeni yazi yeni fikirler gozleyirik ).Ugurlariniz davamli olsun twk edirem.Zehmetiniz itmir deyerlisiz.Sagolun helelik.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close