image_pdfimage_print

Əziz oxucu, əminəm ki, çoxlarınız Target şirkətinin qurduğu müştərilər haqqında informasiya axını sistemi barədə tanışsınız… hətta gəzən əfsanəyə görə, şirkət müştərisi olan ailədə xanımın hamilə olduğunu valideynlərindən daha tez bilə bilir. Necə? Bax bu necələr barədə bu bloqda fikirlərimizi paylaşmaq istəmişi. Video baxın və məncə çox şey aydın olacaq.

Hal-hazırda dünyada olan bir çox qlobal lider şirkətlər müştəriləri haqqında informasiyaları düzgün və sistemli təhlil etməklə, müştəriyə maksimum tarqetləşdirilmiş təkliflər verirlər. Məntiq əslində çox sadədir, müştərini daha yaxşı tanımaqla, məhz onun üçün məhsul təklifi hazırlanır və müştəri bu təklifdən vaz keçə bilmir. İnsanlar müasir dövrdə hər şeyi, maksimum tez, rahat və özünə uyğun (tarqetləşdirilmiş) formada əldə etmək istəyir. Big Date bu istiqamətdə bizə sərhədsiz imkanlar açır.

Big Date nədir? Biz bloqda bu haqda qısacada olsa məlumatlar vermişik və əminəm ki, Siz video baxdıqdan sonra bu istiqamət üzrə daha çox araşdırmalar edəcəksiniz. Düzdə edirsiniz. Tezliklə, pərakəndə sahədə müştəriləri haqqında daha çox məlumata sahib olan şirkətlər qalib olacaqlar. İnformasiya isə, hal-hazırda onun mövcudluğu, çoxluğu deyil, onun düzgün emal edə bilənlər üçün silaha çevrilib. Yalnız rəqəmlər bizə heçnə vermir. Vacib olan ətrafımızda baş verən xaotik prosesləri belə – dijitallaşdırıb, hansısa bir qanunauyğunluqları tapa bilməkdir.

Bir sözlə video baxın və biz tezliklə bu haqda Sizə daha çox məlumatlar verəcəyik. Ən azı, keçən yazılarda olduğu kimi, bu sahənin ən böyükləri olan Walmart, Amazon, Ikeaların etdikləri barədə ətraflı söhbətlərimiz olacaq. Hesab edirəm ki, Sizədə bu sahə maraqlıdır. Hər dəfə dediyimiz kimi, pərakəndə ticarət biznes mühitinin aynasıdır və burada olan istənilən yenilik cəmi biznes düşüncədə inqilabı yeniliklər gətirə bilər.

Biz bu yenilikləri izləməli və fikirlərimizi Sizlərə paylaşmalıyıq. Bu, İlkin Manafovun borcudur. Azərbaycanda ən çox biznes kontenti olan bloqa sahib olmaq üçün bu şərtdir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close