image_pdfimage_print

Musiqi – ruhun qidasıdır. Necə ki, insanın yeməyə, suya, hərəkətə, seksə, ünsiyyətə ehtiyyacı var. Eləcədə normal statistik hər bir insanın ruh olaraq, musiqiyə ehtiyyac duyur. Əminəm ki, Sizlərdədə bu belədir, mən musiqini çox sevirəm və həyatımı musiqisiz təsəvvür etmirəm. İstəyirəm bu yazıda Azərbaycan musiqi aləminə sözün əsl mənasında səs salmış fenomen bir xanımdan – Çinarə Əlizadə və onun “marketinqi” barədə düşündüklərimi Sizinlə paylaşam. 

İlk əvvəl deyim ki, səhərlər qaçış zamanı ən çox dinlədiyim musiqi Çinarə Əlizadədir. Bilirsiz niyə? Çox sadə, bu musiqi fərqlidir. Burada biz aydın şəkildə insan, hissiyat, emosiya, “maskasızlıq” eşirik – eşidirəm. Əgər müasir Azərbaycan esktradasında eyni tipli səslər, müxətlif səs effektləri vasitəsi ilə musiqidə sadəcə “küy” yaradırsa, Çinarə öz ifası ilə sözün əsl mənasında fərqlilik yaradıb. Nədir müğənninin fərqli edən tərəflər? Aşağıda Sizlərə sənətkarı fərqləndirən bəzi xüsusiyyətlərə göstərmək istəyirəm…

Fərq №1 – Musiqilərdə müğənni dominatlıq təşkil edir. Əgər diqqət etsəniz, Çinarə xanımın musiqi ifasında aydın şəkildə birinci yerdə səsdir. Müğənni öz səsini “makiyajsız” bizim nümayişimizə çatdırır. Nəticədə biz daha əvvəl yalnız Rəşid Behbudovlarda, Şövkət Ələkbərovada və s. dinlədiyimiz mükəmməl, xalis səslərə bənzər nesə eşitmiş oluruq. Biz xalis səsə açıq və təbii olaraq Çinarə bizim xoşumuza gəlir. Bənzər sözünü səhv dedim, fərqli bir şey eşitdik.

Fərq №2 – Sosial şəbəkələrdən mükəmməl istifadə. Mən çox istəyirdim ki, növbəti Milli Marketinq Forumunda, ölkənin ən mötəbər biznes tədbirində Çinarə çıxış etsin və bizə özünün sosial media strateqiyası barədə danışsın. Çinarənin yerinə, vaxta uyğun  olaraq YouTube kanallarında dərc etdirdiyi videolar, butün Azərbaycanımızı həndəsi silsiləilə bürüdü. Bu o deməkdir ki, Çinarə bazarı yaxşı bilir. Bu videolarda sosial media menecmentinin baza prinsipləri riayyət edilir və nəticələr göz önündədir.

Fərq №3 – Səmimiyyət. Bəli, bəli Çinarənin YouTube və ya digər sosial şəbəkələrdə videolarına baxsanız, rahatlıqla hiss etmək olur ki, mahnılar, yaşanaraq oxunur, səmimi və ürəkdən bir aura var. Bu müğənni üçün superdir, müğənni mahnını yaşaya bilir və təbii olaraq bəli ifalar dinləyiciçilərin daha çox xoşuna gəlir. 21-ci əsrdə səmimiyyət müştəri ürəyinə yol tapmağın qızıl qaydasıdır. Biz artıq səhnəyə bəzənib-düzənib çıxan müğənni deyil, bizim içimizdən çıxan mükəmməl səslər eşitmək istəyirik.

Azərbaycan musiqi sənətidə son vaxtlar “köpüklü” dövrünü yaşayırdı. Sadə dillə desək, müğənnilər səsinə görə deyil, qeyri-səs kriteriyalarına görə önə gedə bilirdi. Xalqın içində belə yollarla önə getmək olarmı? Əlbəttə yox. Xalqın gözü tərəzidir. Bunun üçün ciddi və dönməz sənət yolunun olması şərtdir. Çinarə ən azı, oxuduğu mahnılarla “köpüklü” müğənnilərdən olmadığını bir daha göstərir.

Marketinqdə (biznesdə) olduğu kimi, musiqi aləmində uğur qazanmaq üçün mütləq və mütləq fərqlənmək lazımdır. İllər boyu, Azərbaycan korifey sənətkarlarının həyat yoluna diqqət etsək, aydın şəkildə hiss etmiş olarsınız ki, onlar yaşadıqları dövr üçün ciddi yeniliklər etmiş insanlardır. Hər bir sənətkar, yalnız sahədə oturmuş hansısa bir qaydanı “pozmaqla” uğur qazana bilər, qalib ola bilər. Biznesdə – marketinqdə olduğu kimi.

Biznesdə fərqlənmək nəyisə daha yaxşı etməklə yanaşı, müştəri üçün hansısa bir prosesin mükəmməlləşdirilməsidir. Unutmaq olmaz, ikinci dəfə velosiped ixtira etmək düzgün deyil, amma mövcuz, beyinlərdə oturmuş steoritipləri dəyişmək, təkmilləşdirmək çox effektivdir. Vacibdir. Biznesdə çox vacibdir ki, sənin etdiyini digərləri etməsin, ən azı, sən bazara girənə qədər bu belə olmalıdır.

Deyilənlərə əsaslanaraq hesab edirəm ki, Çinarədən öyrənməlisə şeylər çoxdur. Yenilik gətirən adamlar biznes üçün vacibdir, inan ki, marketinqi öyrənməyin yolu şərti Kotlerin kitabları deyil, Kotlerin dediklərini icra edənlərə diqqət etməkdən keçir. Məncə!

Hesab edirəm ki, Çinarə öz ifası ilə bizə çox dərin treninq keçmiş oldu. İzləməyə davam edək.

P.S. Çinarəni cəmi-cümlətəni 2-3 aydır dinləyirəm.

ƏLAVƏ OXUMAQ ÜÇÜN

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close