İqtisad Universiteti & Buraxılış işləri

Bugün akademik karyeram üzrə ilk dəfə, buraxılış işləri üzrə komissiyanın sədri kimi çıxış etdim. Daha konkret desək, Azərbaycan Dövlət İqtisad Universitetinin kommersiya ixtisası üzrə, buraxılış işləri kommisiyasının sədri oldum. Bu mənim üçün ikitərəfli müsbət bir şey idi: birincisi ölkəmizin ən mötəbər biznes Ali məktəbində belə mötəbər vəzifədə olmaq superdir, ikincisi bu böyük məsuliyyətdir, çünki tələbələr bizim gələcəyimizi yaradanlardır. İstəyirəm, video-bloq formatında UNEC-də gördüklərimi Sizinlə paylaşım.İlk əvvəl deyim ki, mənim valideynlərim müəllimdirlər: atam filoloq alim, anam isə yenə Ali məktəbdə dərs deyir. Hər ikisi gözümü açandan müəllim olublar. Buna baxmayaraq, bu mükəmməl peşə sahiblərini sonsuz hörmətimlə yanaşı deməliyəm ki, mən özümü heç bir şəkildə müəllim hesab etmirəm. Mən daha çox bu işin biznes tərəfindəyəm və Qurban olduğum izn versə ömrümün sonuna qədər bizneslə məşğul olacam.

Bloqda UNEC-də olan son yeniliklər və ümumi olaraq buraxılış komissiyasının sədri olaraq müşahidə etdiklərimdən danışdım… buyurun baxın…

ƏLAVƏ OXUMAQ ÜÇÜN: