image_pdfimage_print

Əziz oxucu, Milli Marketinq Forumu artıq beşinci dəfə keçirildi. Sizdən nə gizlədim, bugünə qədər keçirdiyimiz tədbirlərin içərisində ən möhtəşəmi, ən mükəmmələ yaxını məhz bu Forum oldu. İstəyirəm yazıda dostlarımız üçün Milli Marketinq Forumunun pərdə arxası barədə bəzi fikirlərimi bölüşüm.

İlk əvvəl deyim, Azərbaycanımızda heç bir ictimayi birlik və ya konkret təşkilatı struktur olmadan, ardıcıl şəkildə keçirilən çox az tədbir var. Çox sevindirici haldır ki, Milli Marketinq Forumu belə tədbirlərin başında durur. Biz artıq beşinci ildir ki, bu Forumu keçiririk və bizdən sonra ölkəmizdə Forum sözü yaxşı mənada “dəbə” minib. Artıq digər peşə sahibləridə öz forumları keçirmək istəyirlər, Milli Marketinq Forumunun modelinə baxırlar.

Bu il, Forumun izdahamını, təşkilati komandanın mükəmməl işini, yer seçimini, texniki imkanları və s. görən bəzi dostlarımız bizdən soruşurdu: “Siz belə tədbiri tək başınıza necə edirsiniz?”. Cavab çox sadə idi – “Əmin olun, birdən-birə olmayıb…” həqiqəndə Marketinq Forumunda hər bir element, hər bir detal illərin bizə verdiyi təcrübənin nəticəsidir. Xatırlayıram, birinci Milli Marketinq Forumunda cəmi 2 mikrafon var idi, hətta bir dəfə Forum zamanı video çəkiliş tamamiylə bərbad vəziyyətdə idi və s. Bugün bizdə olan performans heç bir şəkildə rahatlıqla qazanılmayıb.

Birdə düşünsən ki, bu Forumun istər təsisçiləri, istərsədə təşkilatı komanda yalnız işdən sonra bu layihə ilə məşğul ola bilir… nəticələr həqiqətəndə yaxşı mənada təəcübləndirir.

Bu il Forum ilk dəfə olaraq Cinema formatından uzaqlaşıb, şəhərimizin teart səhnəli yeganə Hoteli olan Badamdan (keşmiş Kempinski, indi ki Pullman) Hoteldə keçirildi. Bu bizim qarşımızda ciddi maliyyə öhdəlikləri qoymaqla yanaşı (bir anlıqda, əgər biletlər satılmasaydı, 15-16 min manatlıq pulu üçümüz verməli olacaqdır: Anar, Rafiq birdə Rafiq)), həmdə mənəvi cəhətdən hansısa mənada risk idi. Açıq deyim, mənim üçün bir o qədər risk deyildi, Rafiq və Anara güvənirdim… amma yenədə!))

Həmçinin bizim zallarda bilet sayı maksimum 300 olurdu, bu dəfə… bilet sayımız 560 keçirdi… buda o demək idiki, hətta bilerləri alsalar belə, kimlərsə Foruma gəlməsə, mən özümü piss hiss edəcəkdim, axı biz öyrəşmişik hər zaman anşlaqa!) Bu o demək idiki, Forumda bilerlər daha çox satılmalı idi, zal böyükdür, boş olmasın.

Qurban olduğumuza min şükür, bu dəfə biz Forumlar tarixində ən çox bilet satışı etdik. Əslində biletlərin 40 manat olmasıda təsadüfi deyildi, çünki Forum təşkilatına bu dəfə həqiqətəndə ciddi xərclər çekmişdik… heç nə yox, bu il Forumun fotoqraq və video çəkiliş büdcəsi Milli Marketinq Forumunun adına layiq idi və s.

Beşinci Milli Marketinq Forumunun əsas şuarı olan – dəyişək ki, var olaq – konseptinə hər bir detal adaptasiya edilmişdi. Spikerlərimizin Foruma hazırlıq prosesindən tutmuş, ümumi səhnə tərtibatı, yemək verilmə tərzi, kofe – çay fasilələri. Bir sözlə bu dəfə Forumda üçün heç bir şeydə xərcdə qaçmamışdıq. Biz hiss edirdik ki, son dərəcə güclü MMF brendi, bizdən bu diqqəti tələb edir. Zarafat deyil, ölkəmizdə marketinqin yaşı nədir ki, onun beşinci dəfə Forumu keçirilsin!?)

Bu dəfə bilet satışları ilə paralel sponsorlarda bizi xilas etdi. Xilas etdi dedikdə, biz Forumu xərclərini hesablayanda Rafiq və Anar müəllimlər yekdilliklə dedilər ki, bu il bizim üçün yubiley forumudur və biz heç bir xərcdən çəkinmək istəmirik… nəticədə bizdə çəkinmədik və öz aramızda belə razılığa gəlmişdik ki, nə ziyan olsa birlikdə həll edəcəyik – daha əvvəl etdiyimiz kimi. Amma sponsorlar sağ olsunlar, ölkəmizdə Marketinqin inkişafı üçün bu forumun əhəmiyyətini qəbul edib bizim yanımızda oldular. Bu superdir. Sağ olsunlar. Bizə maddi heç bir ziyan deymədi, Azərbaycanımızda isə daha bir Marketinq Forumu keçirildi.

İştirakçı sayımız rekord həddə olmaqla yanaşı, Forumda olan şirkət sayıda keçən illərə nisbətən daha çox idi. İnsanlar əminliklə bilirdilər ki, Azərbaycanımızda yalnız işləyənlər irəli gedir, gedəcək. Sizdən nə gizlədim… bir-ara özümə sual verirdim: “Bu Forumlar, tədbirlər mənim vaxtımı çox alır… nəyimə lazımdır axı, mənim bu!?” amma Milli Marketinq Forumundan sonra ki, izdihamı, insanlarda olan pozitivliyi görüb bir daha əmin oldum ki, Forum mütləqdir, Marketinq AİR mütləqdir, sosial aktivliklər mütləqdir. Bilirsiz niyə? Bu məni xoşbəxt edir.

Mən burda Sizlərə təşkilati komanda haqda yazmaq istəmirəm, amma əmin edirəm ki, son dərəcə böyük zəhmət və iradə qoydular dostlarımız bunun üçün. Sağ olsunlar. Sağ olsunlar ki, belə ağır və çətin işdə yanımızda oldular və ən əsası bu işi BACARDILAR!

Tezliklə Milli Marketinq Forumunun videoları paylaşılacaq və Siz Foruma olmamısınızsa hər şeyin şahidi olacaqsınız. Çox sevindirici haldır ki, ölkəmizdə hər keçən gün, Marketinq inkişaf edir. Kimlərsə bunu görmürsə əmin olun, əlində yalnız danışmaq gələnlərdir. Çox danışmaq yox, çox etmək lazımdır. Bilirsizdə edənlər, hər zaman danışanlardan öndə olur!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close