Monthly Archives İyun 2017

Əziz oxucu, bugünlərdə bir məsələni müşahidə etmişəm – çətinlik, maniyə bizim üçün yeni imkanlar yaradır. Başqa sözlə desək, hansısa bir işdə güclü olmaq üçün biz mütləq maniyələri dəf etmə bacarığını əldə etməliyik. Bu bacarıq isə, yalnız çətinliklərə düşdüyümüz zaman formalaşır.

Əziz oxucu, aşağıda olan videoda Sizlərə bloqumuzun gələcəkdə inkişaf üçün hansı vacib addımların lazım olduğu barədə danışdıq. İnanıram ki, Sizdə mənim razılaşacaqsınız.

Düşünürəm ki, 1000-ci yazıya cəmi 15 yazı qalmış, bu yeniliklər bizim üçün şərtdir. Mən heç istəmirəm ki, bizim Azərbaycanın ən oxunaqlı biznes blog kateqoriyasından geriləsin. Sizcə necə düşünürsüz? Videoda deyildiyi yenilikləri etməyə dəyərmi?

Musiqi – ruhun qidasıdır. Necə ki, insanın yeməyə, suya, hərəkətə, seksə, ünsiyyətə ehtiyyacı var. Eləcədə normal statistik hər bir insanın ruh olaraq, musiqiyə ehtiyyac duyur. Əminəm ki, Sizlərdədə bu belədir, mən musiqini çox sevirəm və həyatımı musiqisiz təsəvvür etmirəm. İstəyirəm bu yazıda Azərbaycan musiqi aləminə sözün əsl mənasında səs salmış fenomen bir xanımdan – Çinarə Əlizadə və onun “marketinqi” barədə düşündüklərimi Sizinlə paylaşam. 

Bugün mənim elm – akademik karyeramda ciddi önəm daşıyan şəxslərdən biri, mənim PhD dissertasiyamım elmi rəhbəri, Elmlər doktoru proqramı üzrə elmi məsləhətçim – professor, Təbriz Əliyevin 70 illik yubileyində iştirak etdim. Azərbaycan Elmlər Akademiyasının akt zalında bugün çıxış edən, iqtisadçı professor alimləri diqqətlə dinlədikdə, bir məsələnin şahidi oldum – Təbriz müəllim kimi, şəxsiyyətlər Azərbaycanda az olur. İstəyirəm bu yazını, Azərbaycan İqtisad Elminin mənim gözümdə banisi, müəllimim Təbriz Əliyevin şərəfinə həsr edim.

Əziz oxucu, çox zaman bizə elə gəlir ki, hansısa bir işi bizdən yaxşı edən insanlar nəyisə daha yaxşı bilir və ya hansısa bir qeyri adi bacarığa sahibdir. Bu yaxınlarda almaniyanın aparıcı biznes jurnalı hesab edilən Abzatzwirtschaft çox maraqlı bir araşdırma ilə tanış oldum… daha konkret desək Alman iqtisadçılar hesab edirlər ki, Biznesdə uğur qazanmış insanların, digərlərindən əsas fərqi çox bilmək deyil, bildiklərini tez icra etməkdədir. Mövzu barədə fikirlərimi açım…

Əziz oxucu, Milli Marketinq Forumu artıq beşinci dəfə keçirildi. Sizdən nə gizlədim, bugünə qədər keçirdiyimiz tədbirlərin içərisində ən möhtəşəmi, ən mükəmmələ yaxını məhz bu Forum oldu. İstəyirəm yazıda dostlarımız üçün Milli Marketinq Forumunun pərdə arxası barədə bəzi fikirlərimi bölüşüm.

12
Close