image_pdfimage_print

Bugün mənim elm – akademik karyeramda ciddi önəm daşıyan şəxslərdən biri, mənim PhD dissertasiyamım elmi rəhbəri, Elmlər doktoru proqramı üzrə elmi məsləhətçim – professor, Təbriz Əliyevin 70 illik yubileyində iştirak etdim. Azərbaycan Elmlər Akademiyasının akt zalında bugün çıxış edən, iqtisadçı professor alimləri diqqətlə dinlədikdə, bir məsələnin şahidi oldum – Təbriz müəllim kimi, şəxsiyyətlər Azərbaycanda az olur. İstəyirəm bu yazını, Azərbaycan İqtisad Elminin mənim gözümdə banisi, müəllimim Təbriz Əliyevin şərəfinə həsr edim.

Yadıma gəlir, İqtisadi İnkişaf Nazirliyinin tərkibində, İqtisadi İslahatlar mərkəzinin aspirantı idim və elə ilk vaxtlarda istəyirdim ki, elmi rəhbərimi özüm seçim. Ailədə ata və əmim elm xadimi, alim olduqları üçün, elmi rəhbərin aspirant üçün necə vacib adam olduğunu bilirdim…

… Təbriz müəllimdən əvvəl, rəhmətlik professor Şəmil Səmədzadə ilə görüşdüm. O vaxt Şəmil müəllim mənə, alternativ enerji mənbələrindən istifadə etmək və onun Azərbaycan reallıqlarında tətbigi barədə dissertasiya yazmağımı tövsiyyə etdi və bu mövzu üzrə mənim elmi rəhbərim ola biləcəyini dedi. Şəmil müəllimə sonsuz hörmətim olduğuna baxmayaraq, mənim ürəyimdə marketinq – biznes sevgisi var idi və dissertasiya işimi mütləq real sektordan yazmaq istəyirdim.

Axtara-axtara Təbriz müəllimi tapdım. Son dərəcə pozitiv, enerjili, işləməyə meylli və ən əsası real sektoru, biznesi başa düşən adam olduğu aydın şəkildə hiss edilirdi.

Bu arada haşiyə çıxım, Təbriz müəllim, post-sovet məkanında ilk dəfə olaraq sosialloji sorğularla ehtiyyacların təyin edilməsi, müştəri seqmentasiyası marketinq anlayışlarına tətbig edən şəxs olmuşdur. Təbriz müəllimə qədər post-sover alimləri dissertasiya çərçivəsində sosialloji sorğularda istifadə etmirdilər.

Həmçinin Təbriz müəllim hələ, 70-ci illərdə Azərbaycan SSR-in iqtisadi planını qurduğu zaman, indi ki, “mavi okean” strateqiyasını tətbig etmişdi. Əlbəttə, həmin vaxtlar hələ İnsead koreyalı professoru, Kim Viçan “blue ocean” strateqiyası barədə yazmamışdı. Amma mənim elmi rəhbərim bunu bilirdi!

İlk görüşümüz, AZİ-də oldu və Təbriz müəllimə emal sənaye müəssisələrinin inkişafında marketinqin rolu barədə dissertasiya yazmaq istədiyimi dedim. Həmçinin istəyirdim ki, dissertasiya işim o vaxt çalışdığım Embawood şirkətinin ana strateqiyasına uyğun olsun. Bir növ bir güllə ilə, iki dovşan vurmaq istəyirdim. Professor, məni dinlədikdən sonra söhbəti marketinq araşdırmalarından saldı və əlbəttə ki, aramız 100% bir kontakt yarandı.

Dissertasiya işimi cəmi 18 ay ərzində bitirdim, elmi şuradan, institut elmi şurasından və s. keçdim və müdafiyə etmək üçün, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna yönləndirildi. Mövzu istiqamətində Siemens kimi qlobal şirkət elmi işimizə aprobasiya vermişdi, İqtisadi İnkişaf Nazirliyi işin nəticələrini xarici ticarət əlaqələrinin genişlənməsində, mebel sektorunun inkişaf planının yazılmasında istifadə edirdi. Bir sözlə dissertasiya işinin istər elmi yeniliyi, istər aktuallığı, istərsədə praktiki aprabasiyası tam olaraq hazır idi. Təbriz müəllim elmi rəhbər olaraq məni mükəmməl məsləhətlər verirdi. Necə deyərlər, kimi (oxu nəyi) hardan tutmaq lazım olduğunu deyirdi.

Mən Təbriz müəllimdən yalnız iqtisad elmini öyrənmirdim. Təbriz müəllim gunu-bugündə mənə həyat dərsi keçir, öyrədir. Müasir biznesdə, həyatda insanlarla münasibət qurmağı bacarmaq son dərəcə böyük bir qabiliyyətdir. Professor məni, bu sahədə çox kömək edib. Xatırlayıram (bəlkədə Sizdə oxumusunuz), İqtisad Universitetinin, marketinq kafedrasının rəhbərini ilə aramızda çox qısa, amma qısa olduğu qədərdə həmin vaxt üçün məni çox narahat edən bir konfliktimiz var idi. Yalnış anlaşılma olmuşdu. Məsələni, Təbriz müəllimə danışdım, mənə sözün tam mənasında həyatı başa saldı, öz həyat təcrübəsində mənə danışdı. Böyüklük etdi. Səhvlərimi düzəltdim. Hər şey daha normal oldu.

İndi həmin vaxtları xatırlayıram və bir daha əmin oluram ki, həyatda bəzi şeyləri başa düşmək üçün gərək insan yaşa dolsun. Necə deyərlər, böyüklərdən məsləhət almaq şərtdir.

Bugün professorumuzun 70 yaşı münasibəti ilə çıxışlar edənləri dinlədikdə, bir daha əmin oldum ki, mən çox xoşbəxt insanam. Bəli – bəli çox xoşbəxt. Mənim ətrafımda son dərəcə müsbət insanlar var. Valideynlərim, ailəm, dostlarım, biznes – partnyorum, işçilərimiz, elmi rəhbərim… bir sözlə Qurban olduğuma təşəkkür edirəm ki, qarşıma belə mükəmməl insanlar çıxarıb. Hətta bu bloqu oxuyanlarda çox yaxşı insanlardır!) Sağ olsunlar, Sağ olun!

Birdə bugün iclasdan sonra hesab edirəm ki, doktorluq dissertasiyamı daha səhlə işləməliyəm. Düzdür, akademik karyera ilə biznes karyerası bir arada çox çətin olar… amma nesə ürəyimdə belə bir istək yaranıb, götürdüyüm doktorluq dissertasiyası 40 yaşına qədər həll edim. Bilmirəm. Həm istəyirəm, həmdə vaxt və enerji verməyə heyfim gəlir… Neysə, bu haqda danışarıq. Mövzumuz bu deyil.

Mövzumuz odur ki, Azərbaycanımızda bəlkədə çoxlarının tanımadığı, ölkəsini sevən, sözü düz deməyi bacaran, savadlı, güclü, bilikli şəxsiyyətlər var. Təbriz müəllim, bizim professor, belə insanlardan biridir. Əziz Təbriz müəllim, biz Sizinlə fəxr edirik. Bu bloqu Sizin şərəfinizə yazırıq.

Sağ olun!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close