Yaxşı şərik necə olur?

Əziz oxucu, biznesdə şərik – partnyor amili çox vacibdir və uzunmüddətli biznes etmək üçün şərtdir. Azərbaycanımızda belə bir təsəvvür formalaşıb ki, şəriklik biznes qurmaq çox çətindir… mən isə daha dərinə gedə bilərəm – nəyin ki, şərikli, ümumiyyətlə biznes qurmaq çətindir. Düzgün seçilmiş şərik isə, səni bu çətinliklərini xeyli azalda, gəlirlərini artıra bilər. Bu videoda biz şəriklik barədə fikirlərimizi paylaşmaq istəyirik. Maraqlıdırsa… baxa bilərsiniz!)

Çox hörmət etdiyim bir yerli biznes adamının yaxşı bir sözü var idi: “Yaxşı şərik tapdıqda, Siz ikiniz birlikdə, 1 və 1 olaraq 2 deyil, 11 ola bilərsiniz. Üçüncü uğurlu adam tapsanız, 11 və 1 olaraq 12 deyil, 111 olma şansınız var”. Həqiqətəndə belədir. Dünyanın aparıcı şirkətlərini baxsaq görərik ki, fakt fakt olaraq qalır. Özünüz diqqət edin…

Google – Serqey Brin və Larri Peydj, Microsoft – Bill Qeyts və Pol Allen, Apple – Stiv Djobs və Stiv Voznak, Facebook – Mark Sukerberg və Eduardo Saverin və s. Azərbaycandada səhnə fərqli deyil. Məmur bizneslərini nəzərə almasaq, sektorda lider olmuş şirkətlərin bir çoxu, şərikli formada biznes aparır. Ad çəkməyə həvəsim yoxdur, bugün, gələndəfə bəlkə adlarda çəkərəm və ya özünüzdə öyrənə bilərsiniz.

Mənim qurduğum demək olar ki, butün bizneslər şərikli olub və bundan bir qramda olsun heyflənmirəm. İlk qurduğum iş – mağaza belə, şərikli açılıb və bu mənə çox böyük kömək, təkan olub. Sizdə şərikliklərdən qorxmayın, hətta ona gedin. Sadəcə getməmişdən öncə mütləq və mütləq bizim bloqa baxın. Məncə faydalı ola bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: