Monthly Archives İyul 2017

Bugün dostumuz, Anar Bayramovla (Rafiqdə orda idi) Park Fore-də çay içirdik. Söhbət ordan-burdan düşdükdən sonra, Anar dedi ki, niyə gündəm haqqında fikir bildirmirsiz, bugün həm jurnalistika günüdür, həmdə jurnalistlərə dövlət büdcəsindən evlər bağışlanıb. Əslində düz deyirdi, mən həqiqətən də işə-gücə başımın çox qarışdığı üçün reaksiya vermədiyimi dedim… amma indi, saat artıq 23:25 olsada, istəyirəm jurnalistika müsir Azərbaycan jurnalistika barədə fikirlərimi Sizinlə paylaşım. Beləliklə, Azərbaycan jurnalistikası: dırnaq içərisində və ya böyük hərflərlə?!

Bugünlərdə çoxtan tanıdığım dostlardan biri, mənimlə görüşüb, açdığı yeni biznesi müzakirə edirdi. Tanışımızın biznes sahəsi, pul qazandığı yer ənənəvi biznes olsada, yeni qurduğu iş – internetdədir. İnternetdə kifayət qədər yaxşı və iri miqyaslı biznes qurub, Azərbaycan həcminə görə. Görüşdə biznesin genişləndirilməsi, şaxələnmə kimi mövzularda söhbət etdik… məndə bloqumuzun dəyərli oxucularına (tamaşaçılarına) istədim görüşdən çıxardığım bəzi nəticələri bölüşmək istəyirəm.

Buyurun, video baxın…

Mənə yaxşı bir satış meneceri lazımdır – gəlsin satışlarımızı artırsın və ya mənə yaxşı bir mühasib lazımdır – gəlsin hesabatçılığı düzgün qursun və ya mənə… və s. və ilaxır. Əminəm ki, bu sözləri hər gün eşidirsiniz… indi isə, hazır olun mən bu mövzu barədə fikirlərimi deyim. Yaxşı işçi, nağıllarda olur, biznesdə isə bilirsiz nə olur!?

Çox məhşur bir aforizm var: yaxşı xokkeyçi şambanın olduğu yerə deyil, olacağı yerə getməlidir – biznesdədə bu belədir. Biz bloq çərçivəsində Sizinlə biznes qurduğumuz zaman diqqət edəcəyimiz sahələr barədə söhbət etmişik. Məncə bizneslə məşğul olan dostlarımız üçün maraqlı ola bilər…

Əziz oxucularımızın bildiyi kimi, bizim marketinq – biznes sahəsində əsas funksional bilik istiqamətimiz, ixtisaslaşdığımız sahə – brend yaratma və brendinq fəaliyyətidir. Məhz buna görə, Ana dilimizdə olan yeganə brendinq haqqında ədəbiyyatın – kitabın müəllifi mənəm. Bilmirəm. Biz hesab edirik ki, brend müasir biznesin ən vacib elementlərindən biridir. Niyə!?

Çox da… sadə. Əgər biznesin məqsədi daha çox pul qazanmaqdırsa, bunu yalnız müştəri üçün dəyər yaratmaqla əldə etmək olar… belə-baxanda bunu hamı, hətta bir vaxtlar Marks belə deyirdi. Əlavə dəyər yaratmaq gündən-günə çətinləşir. Artıq hamı nəyisə daha yaxşı edə bilir. Deməli qalib gəlmək üçün brendinq qabiliyyəti önə çıxır. Dəyəri müştəriyə brend çatdıra bilir(bilər). Video bloqumuzda toxunduğum mövzular barədədir. Buyurun…

Sizin qurduğunuz biznesin həcmindən, tutumundan asılı olmayaraq – bazar müqayisədə bu heçnədir. Vacib olan çalışdığınız sahənin dəqiq sərhıdlərini hesablamaq və gücünüzü hara yönəldilməsini təyin etməkdir. Video bloqda Sizinlə bazarın təyin edilməsi və biznes strateqiyası barədə fikirlərimizi paylaşırıq. Buyurun… maraqlı olsa baxın.

Əziz oxucu, Sizlərində bildiyi kimi, biz ölkəmizdə internet bizneslərin gələcəyinə böyük ümidlə baxmasaqda, son vaxtlarda internetdə mükəmməl biznes imkanların olduğunu deyirik. Daha doğrusu yeni biznes qurmaq istəyən dostlarımıza ilk olaraq özlərini mütləq internetdə sınamalarını tövsiyyə edirik. Bunun bir neçə səbəbi var və video bloqda bu haqda Sizinlə söhbət etmişik. Buyurun, maraqlıdırsa baxa bilərsiniz.

Close