image_pdfimage_print

Dostlarında bildiyi kimi, bu il, mən, Azərbaycan Dövlət İqtisad Universitetinin, buraxılış işləri komissiyasının sədri olaraq çıxış edirdim. Əlbəttə, bu çox böyük məsuliyyətdir və mənə bunu etibar etdikləri üçün, Universitet rəhbərliyi minnətdarlığımı bildirirəm. Bugün, 100-ən çox məzunun diplomlarına qol çəkdim. Yazı çərçivəsində Ali məktəb diplomlarının rolu barədə, Sizinlə fikirlərimi bölüşmək istəyirəm.

İlk əvvəl, başda İqtisad Universitetinin məzunları olmaqla butün dostlarımıza göz aydınlığı vermək, təbrik etmək istəyirəm. İqtisad Universiteti kimi, tarixi kökləri olan Universiteti bitirmək böyük sevincdir. Bu superdir. Amma, biz hesab edirik ki, diplom heç bir şəkildə Sizi (bizi) gələcək uğursuzluqlardan qoruya bilməz. Həmçinin uğurlarımızında zamini deyil. Bu haqda fikirlərimi bilmək istəyən dostlarımızı, çox yormadan video baxmağa dəvət edirəm. Buyurun baxın.

Sonda mütləq fəxarət hissi ilə qeyd etmək istəyirəm, UNEC ölkəmizin təhsilində gedən yeniliklərin, innovasiyaların lokomotividir. Hesab edirəm ki, bir vaxtlar rüşvətxor NarXoz kimi tanınan yeri, belə qısa zaman içərisində tam rüşvətsiz və inkişaf edən bir təhsil müəssisənə çevirmək son dərəcə güclü iradə və əzmkar işləmək tələb edir. Görünür, bu UNEC kollektivində var. Halal olsun!

UNEC sübut etdi ki, yalnız ASAN xidmət deyil, Azərbaycanın istənilən sahəsində rüşvəti tarixlərə salmaq olar. Başda Ədalət müəllim olmaqla, UNEC kollektivi bacardı…

…bacardı demişkən, UNEC biznes məktəbinin etdikləri məncə ümumiyyətlə Azərbaycan təhsilində şanlı səhfə kimi qiymətləndirilmədir. Yalnız 2 ilin ərzində fantastik işlər görülüb və burada UNEC biznes məktəbinin rəhbəri Nazim müəllimi, gənc və enerjili dostumuz Fariz müəllimə çox sağ ol deməyə borcluyam. Sağ olun dostlar. Sağ olun ki, Azərbaycan təhsilini belə sistemli şəkildə inkişaf etdirirsiz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close