image_pdfimage_print

İqtisad elmi ilə baza səviyyədə tanış olan hamıya məlumdur ki, bir konkret sahədə fokuslandıqda gördüyümüz işin effektivliyi daha yuksək olur. Məhz bu konsepsiyadan – autsorsinq fəaliyyəti, yəni biznesimiz üçün hansısa istiqamətin özümüz tərəfindən deyil, başqa şirkət tərəfindən edilməsi daha effektiv görünürdü. Bəs Azərbaycandan? Azərbaycanda hansısa həlqənin kənar şirkətə həvalə etmək yaxşı nəticə verirmir? Mənim fikrimcə vermir. Bilirsiz niyə?

İlk əvvəl qeyd edim ki, mənim öz biznes təcrübəmdə, Azərbaycanda bir neçə dəfə istehsalla bağlı işlərimizi autsorsinq etmişik… nəticə çox bərbad olub. İşləri həvələ etdiyimiz şirkət bizi tam olaraq yarıda qoyub – gedib. Getməyib, biz özümüz getmişik. Bunun müxtəlif səbəbləri var və mən yazı çərçivəsində səbəbləri Sizinlə bölüşmək istəyirəm.

Bilmirəm niyə… amma bizim bir çox kiçik və orta sahibkarlar, pullarını tam düzgün saya bilmirlər. Məsələn, hansısa istehsal prosesi quran bir şirkətə biz yeni model dizayn edib, bundan bizə istehsal et dedikdə… elə bir qiymət alırıq ki, ən geci, 2-3 aydan sonra… niyə bu istehsalı özümüz etməyək suallı meydana çıxır. Məni tanıyanlar bilir, mən satış – pərakəndəçilik işlərində özümü çox rahat hiss edirəm, elə gəlir bu işi daha çox sevirəm. AMMA və LAKİN…

…buna baxmayaraq, hər keçən gün, mən öz biznesimdə istehsala meyllilik elementlərini daha çox hiss edirəm. Hər keçən gün, beynimdə – Niyə mən bunu özüm istehsal etmirəm?! suallımı verirəm… və Sİzə deyim ki, hələlik tutarlı cavab ala bilmirəm. Azərbaycan bazarı çox balacadır və bu bazardan istehsalçı olaraq mənfəətli çalışmağın yeganə yolu, satış prosesindədə iştirak etməkdir. Eyni tezis satıcılar üçündə keçərlidir.

Bazar həcminin kiçikliyi yalnız bir istiqamətdə fokuslanıb, ciddi işləmə prosesinə mane olur. Məsələn, əgər Almaniyada (Rusiyada və s.) pərakəndə şəbəkələr yalnız pərakəndə satışla məşğuldularsa, Azərbaycanda bunu sistemli və davamlı etmək çox çətin olur. Diqqət edin, görəcəksiniz, hətta gündəlik istehlak malları kimi, yüksək dövriyyəli bir bazarda belə, lider olanlar ya istehsalçı (Azersun – BazarStrore, Embawood – Embawood, Madeyra, FAB – OMID) ya da distribyutor (Veysəloğlu – Aras) rolunda çıxış edirlər.

Autsorsinq prosesinin məntiqində, öz gücünü daha lazımlı fəaliyyətlərə yönləndirib, köməkçi işləri autsorsinq etmək durur, bizim bazarda isə, bu real görünmür. Çünki yalnız istehsal və ya yalnız satışla məşğul olub, effektiv biznes qurmaq mümkün olmur. İstehsalçı olsa, satış qanadın əsnəyir, satıcı olsan, istehsalçı. Hər dəfə, hansısa bir prosesi izlədiyim zaman, xarici analoqlarını təhlil edirəm. Nesə gərar vermək üçün mütləq dünyanın başqa ölkələri ilə analoq aparmaq istəyirəm… və məhz bu işdə, Azərbaycanda ciddi fərqliliklər olduğundan əminəm. Əmin olduğum üçün Sizinlə paylaşıram. Bizim bazarın balaca olması, bizi butün dəyər zəncirində iştirak etməyə sövq edir və nəzər yetirsəniz, yalnız bunu edən şirktələr bugün Azərbaycanda liderdilər.

Vertikal inteqrasiya Azərbayacanda şərtdir. Mən bugün yanaşmadan əminəm və hesab edirəm ki, xarici ölkələrdə tam əksi olan yanaşmanı ölkəmizdə tətbig etmək lazımdır. Bizim bazar balacadır, buradan məhsul istehsal edib, eksport etmək real görünmür, deməli bizdə tək istehsalda və ya tək satışda işləməklə ciddi böyümək real deyil. Hər iki həlqəni bir arada aparmaq lazımdır. Vacibdir. Birdə, vertikal böyümək, horizontal böyümə ilə müqayisədə, daha asand və az riskli görünür.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close