Brendin Biznesdə rolu barədə

Əziz oxucularımızın bildiyi kimi, bizim marketinq – biznes sahəsində əsas funksional bilik istiqamətimiz, ixtisaslaşdığımız sahə – brend yaratma və brendinq fəaliyyətidir. Məhz buna görə, Ana dilimizdə olan yeganə brendinq haqqında ədəbiyyatın – kitabın müəllifi mənəm. Bilmirəm. Biz hesab edirik ki, brend müasir biznesin ən vacib elementlərindən biridir. Niyə!?

Çox da… sadə. Əgər biznesin məqsədi daha çox pul qazanmaqdırsa, bunu yalnız müştəri üçün dəyər yaratmaqla əldə etmək olar… belə-baxanda bunu hamı, hətta bir vaxtlar Marks belə deyirdi. Əlavə dəyər yaratmaq gündən-günə çətinləşir. Artıq hamı nəyisə daha yaxşı edə bilir. Deməli qalib gəlmək üçün brendinq qabiliyyəti önə çıxır. Dəyəri müştəriyə brend çatdıra bilir(bilər). Video bloqumuzda toxunduğum mövzular barədədir. Buyurun…

Həqiqətəndə müasir dövrdə “ad” olmadısa, biznes heç vaxt daimi olmayacaq. Brendin verdiyi üstünlüklər nədir:

  1. Rasional müqayisədən xilas edir. Bəli-bəli… heç kim İphone 7 alanda, “bu niyə bahadır” demir. Çünki o telefon yox, Ayfon alır və müştəri müqayisə kreteriyasını zəiflədir;
  2. Brend təkrar müştəri gətirir. Məhz güclü brendə görə müştərilər təkrar-təkrar geri dönürlər. Bu superdir. Sizə bir şad xəbər verim, German Studioda təkrar və (və ya) tövsiyyə ilə gələn müştərilərin satışda payı 50% keçir !!! Bu o deməkdir ki, bizə lazım olan kütlə bizi tanıyır və bəyənir. Sevindim!)
  3. Brend bizi qiymət “müharibəsindən” xilas edir. İnsanlar brendləri seçir və seçimi öz tanıdığına verir. Brend məhsul hər zaman, NoName məhsuldan baha olub, olacaq. Gələcəkdə kimin brendi güclüdür, o qalib gələcək!

Brendinq əhəmiyyətinin böyük olmasını təbliğ etmək üçün, biz Elmlər Doktoru proqramı üzrə – dissertasiya mövzusunu dərc etdirmişəm. Bilmirəm, amma Brendin vacibliyi 100% bilirəm!

Çox danışıb vaxtınızı almayım. Buyurun YouTube kanalımızda olan videolara baxın, maraqlı olsa müzakirədə edə bilərik. Həmçinin Sizə deməliyəm ki, burda olan butün videolar (eyni video) YouTube kanalında açıq formada təqdim edilir. Girin baxın, fikirlərinizi bizə deyirsiniz.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: