Hansı sahədə çalışırsan?

Çox banal sual kimi səslənsədə müasir biznesin əsas uğur faktora məhz bu suallın üzərində cəmləşib – sənin qurduğun biznes hansı sahədədir? Özünüz düşünün…

  • Siz mebel satırsız, yoxsa rahatlıq?
  • Siz uşaq baxçası xidmətləri göstərirsiz, ya valideynlər üçün işıqlı gələcəyə ümid verirsiz?
  • Siz qida satırsız, yoxsa dadlı yemək və ya ümumiyyətlə, xanımın öz sevdiyi kişi qarşısında daha bacarıqlı görünməsinə xidmət edirsiniz?!
  • Siz bloq yazırsınız, yoxsa öz şəxsi PRnızı güclü edib, hörmət qazanmaq istəyirsiniz?
  • Siz… bunu çoxaltmaq olar və biz bu video bloq çərçivəsində sözü gedən mövzuya toxunmaq istəmişik…

… çalışdığınız biznes nə üçün fəaliyyət göstərir? Bunu düzgün başa düşənlər bugün həqiqətəndə biznesdə böyük uğurlu əldə edə bilirlər, edirlərdə.

Bizim çalışdığımız sahə mebel mağazalarıdır. Daha konkret desək, biz mağazalardan müştərilərə mebel təklif edirik. Sizcə bu çalışdığımız sahənin düzgün tərifidir? Məncə yox. Məsələn, bizim sadəcə xobbi kimi, baxdığımız onlayn mebel satışı üzrə ixtisaslaşan, ForHome.az portalıda mebel satır. Onun mağazası yoxdur, amma oda mebel satır. Deməli, necə satdığın vacib, hətta, nə satdığında vacib deyil… vacib olan insanların səndən niyə və nə aldıqlarını başa düşməkdir. ForHome.az öz nəticələri ilə sübüt eidr ki, bu biznesin böyük inkişaf potensialı var və hətta mebel kimi çətin alınan məhsul belə, işi düzgün təşkil edildiyi halda internetdən satıla bilər…

Sizə açıq deyim, böyük kvadraturalı mebel salonlarının erası bitib. İnsanlara daha tez, daha rahat, daha ucuz mebel lazımdır. ForHome öz konsepti ilə bunu sübüt edir. Evinə rahatlıq almaq istəyənlər mebeli rasional şəkildə ForHome.az seçirlər. Bu superdir… amma əsas super olan odur ki, texnoloqiya dəyişsədə, insanların təməl ehtiyyacları dəyişmir. İnsanlara mebel deyil, rahatlıq, özünü ifadə lazımdır. Mebel bunun üçün vasitədir. Onun necə əldə ediləcəyi… texnoloqiya.

Neysə… vaxtınız olsa video baxarsınız, məncə maraqlı ola bilər!) Güzgünün qarşısında durun və konkret hansı sahədə çalışdığınızı təyin edin… inanın çox təəcünlənəcəksiniz və çoxlu yeni ideyalar gələcək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN: