Internet biznes və Azərbaycan reallıqları

Əziz oxucu, Sizlərində bildiyi kimi, biz ölkəmizdə internet bizneslərin gələcəyinə böyük ümidlə baxmasaqda, son vaxtlarda internetdə mükəmməl biznes imkanların olduğunu deyirik. Daha doğrusu yeni biznes qurmaq istəyən dostlarımıza ilk olaraq özlərini mütləq internetdə sınamalarını tövsiyyə edirik. Bunun bir neçə səbəbi var və video bloqda bu haqda Sizinlə söhbət etmişik. Buyurun, maraqlıdırsa baxa bilərsiniz.

Qeyd etməliyəm hal-hazırda Azərbaycanımızada internetdə biznes qurmağın əsl vaxtıdır. Yeni tələb formalaşdırmaq üçün, internet bizə yaxşı fürsətlər açıb və yaşlı-nəsil biznes adamları bu sahədən çox uzaqdırlar. Deməli… deməli sadədə ürəkli işləmək və ilk dövrlərdə aza qane olub, biznesimizi inkişaf etdirməliyik.

İnternet bizneslər məncə heç bir şəkildə baza prinsiplərinə görə digər bizneslərdən fərqlənmir. Müştəri ehtiyyacları yenədə hər şeyin təməl nöqtəsidir və biznes model bunun üzərində cəmləşməlidir. Əks halda heç bir biznesdən söhbət gedə bilməz. Məncə!

Faydalı olmaq ümidiylə, bloqumuzu izlədiyiniz üçün Sizlərə təşəkkür edirəm!

ƏLAVƏ OXUMAQ ÜÇÜN: